Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Aşura ruhiyyəsi İŞİD-ə qarşı

İraq gəncləri Aşuradan ilhamlanaraq İŞİD-ə diz çökdürürlər.

Təsnim İnformasiya Agentliyi xəbər verir ki, İran parlamentinin deputatı doktor Qulaməli Həddad Adil müqəddəs müdafiə dövrünün şəhidlərindən olan Əbülşühəda Cüneydinin anım mərasimində deyib: “Şəhidlər İslam İnqilabının qələbəsi və davamı rəmzidirlər. Onlar İmam Hüseynin (ə) yolunu gediblər.”
Höccətülislam vəlmüslimin Cüneydi Rudsərin imam-cüməsi olub. Cənab Həddad Adil deyib: “Onun yüksək vilayətçilik ruhiyyəsi vardı, bu ruhiyyə ilə övladlarını İslam İnqilabı yolunda fəda etdi.”
Tehran əhalisinin parlamentdəki nümayəndəsi cənab Həddad Adil deyib: “Əbülşühəda Cüneydi özünü İslama vəqf etmişdi, İmam Hüseyn (ə) yolundan nümunə götürərək xalq və inqilabçıların xatirəsində əbədiləşmişdi.”
Cənab Həddad Adil şəhidlərin Allahın razılığı yolunda cihada getdiyini yada salaraq deyib: “İmam Xomeyni (r) Allahın razılığı üçün qiyam qaldırdı. Şəhidlər də yalnız Allahın razılığı üçün döyüşüblər.”
Doktor Həddad Adil Kərbəla hadisələrini yada salaraq bu hadisələrdə əmr be məruf və nəhy əz munkərin əsas məqsəd olduğunu bildirib: “İmam Hüseyn (ə) əmr be məruf və nəhy əz munkər dəyərlərini dirçəltmək üçün qiyam qaldırdı. Kərbəla imamət və vilayət dərsi, Ğədirin davamıdır. Kərbəla Ğədirin ardınca baş verdi və Peyğəmbərin (s) Ğədiri-Xumda buyurduqlarının təsdiqi idi. Peyğəmbər (s) İmam Əlinin (ə) canişinliyini elan etməklə ona itaətin namaz və oruc kimi vacib olduğunu bildirdi. Cəmiyyətə rəhbərlik qorunmalı, rəhbər salehlərdən olmalıdır. İmam Hüseyn (ə) qiyam qaldırdı ki, cəmiyyətin rəhbəri saleh insan olsun. Cəmiyyətin tərbiyəsində hakimiyyət mühüm məsələdir. Seyyidüşşühəda Kərbəlada elan etdi ki, hakimiyyət məsələsi vacib dini vəzifələrdən əhəmiyyətsiz deyil. Əgər cəmiyyətin ixtiyarı Yezid kimilərin əlində olsa cəmiyyət məhv olar. İmam Hüseyn (ə) özünü, ailəsini, yaxınlarını cəmiyyətin xoşbəxtliyinə qurban verdi. Dini hökumət cəmiyyəti islah edir. Kərbəla bəsirət dərsidir və bu bəsirət yolu azmamaqdan ibarətdir.”
Doktor Həddad Adil deyib: “Bəziləri İslam şüarları ilə səhnəyə daxil olur. Amma Kərbəla həzrət Abbas kimi qəhrəmanları nümunə göstərir. Cənab Rəhbər Ayətullah Xamenei 88-ci il fitnələrində buyurdu ki, bəsirət dumanlı fəzada haqqı batildən seçməkdir. Şimr Siffeyn savaşında Əmirəlmömininin (ə) tərəfində idi. Amma Aşurada Hüseynə (ə) qarşı vuruşurdu. Aşura alicənablıq, sədaqət, vilayətçilik dərsidir. İmam Hüseynin (ə) hərəmi dünya şiələrinin mənəvi paytaxtı, mənəvi sərmayəsidir.”
Doktor Həddad Adil İslam İnqilabının Aşuradan dərs aldığını bildirərək deyib: “Hələ 1342-ci ildə İslam İnqilabı məhərrəm və Aşurada başladı. İmamın (r) inqilabının zirvə nöqtəsi 42-ci ilin məhərrəm ayı idi. İmam Xomeyni (r) Ayətullah Xameneidən istədi ki, məhərrəm ayının 7-ci gecəsindən Pəhləvi rejiminin tənqidinə başlasın. Bəli, inqilabımız Kərbəladan ilham aldı. 1342-ci ildə əzadar qruplar bir yerə toplaşmaq qərarına gəldilər. Onların şüarı bu idi ki, inqilabımız Hüseyn (ə) inqilabı, rəhbərimiz Xomeynidir. Aşuradan iki gün sonra şah rejimi imamı həbsə aldı. 42-ci ildən 57-ci ilə qədər xalq hər il Aşurada imamla beyətini təzələdi.”
Doktor Həddad Adil zalım rejimin hiylələrinə işarə ilə deyib: “Rejim nə qədər fəal olsa da, məhərrəm günlərində başını itirirdi. Allahu Əkbər nidası 1357-ci ildə məhərrəm ayında Tehranda səsləndi. İnqilabın qələbəsi, şahın süqutu Aşura və Tasuanın bərəkətlərindən idi. İmam Xomeyni (r) buyurmuşdu məhərrəm ayı qanın qılınca qələbə ayıdır. Xalqımız 8 il dünya imperializminə qarşı müharibə apardı. Səddam düşünürdü ki, bir həftəyə İranı alacaq. Əslində zahiri hesablamalar da bunu təsdiqləyirdi. Amma xalqın vilayətə bağlılığı, Aşura dərsləri bütün mərkəzlərin hesabatlarını puça çıxardı.”
Doktor Həddad Adil gənclərə tövsiyə etdi ki, müharibə iştirakçılarının xatirə kitablarını oxusunlar. Şəhid Cüneydinin 4 oğlu isar dərsini atasından aldı. Bu ata İmam Sadiq (ə) məktəbinin şagirdi idi.”
Cənab Həddad Adil Aşura məktəbinin sərhəd tanımadığını vurğulayaraq deyib: “Əzəmətli Hüseyn (ə) iqtidarı İŞİD-i məhv edəcək. Bəzilərini qızışdırdılar ki, İslam oyanışının genişlənməməsi üçün Suriya və İraqı nəzarət altına almaq lazımdır. Amma gördüyünüz kimi gənclər Hüseyn (ə) şüarları ilə İŞİD-in qarşısında dayanıblar. İraqlı gənclər Aşuradan ilham alaraq İŞİD-ə ardıcıl məğlubiyyətlər yaşadırlar. Kərbəla və Nəcəfə ziyarət səfərində şahid oldum ki, ölkəyə Hüseyn (ə) fədakarlığı fəzası hakimdir, şəhidləri təvaf üçün hərəmə gətirirlər. Kərbəlanın əzəməti hamını təsirləndirib. Düşmən müsəlmanlar arasında, şiələr və sünnilər arasında təfriqə yaratmaq istəyir. Ehtiyatlı olmaq istəyirik. İŞİD, Ən-Nüsrə müsəlmanlar arasında ixtilaf salıb, İslama zərbə vurmaq üçün cahil çeçenləri İraq və Suriyaya gətiriblər.”
Cənab Həddad Adil deyib ki, Ayətullah Xamenei bütün söhbətlərində şiə və sünnilərə vəhdətə çağırır. O, şiə və sünnilər arasında ixtilafın ən böyük təhlükə olduğunu bildirib. Doktor Həddad Adil Cənab Rəhbərin Həcc təşkilatçıları ilə görüşdəki sözünü yada salıb və bildirib ki, Cənab Rəhbər müsəlmanların vəhdəti üçün çalışır.
Doktor Həddad Adil düşmənlərin əxlaqsızlığı yaymaqla məqsədə çatmaq istədiyini yada salaraq deyib: “Fars dilində 110-120 peyk şəbəkəsi xalqın etiqadını məhv etmək üçün fəaliyyət göstərir. Bu şəbəkələr əxlaq və Quranı ayaq altına alıb, İslam adı altında ümməti parçalayırlar. Eyni mərkəzdən pul alanların məqsədi də birdir.”
Doktor Həddad Adil İsfahanda son təxribat hadisələrinə münasibət bildirərək deyib: “İslam Şura Məclisində əmr be məruf və nəhy əz munkər qanunu təsdiqlənməmiş İsfahanda cəmiyyəti çaşdırmaq üçün qadınların üzünə sulfat turşusu atdılar. Məqsəd parlamenti bu qanunun təsdiqindən çəkindirməkdir.”
Doktor Həddad Adil İranın İŞİD-ə qarşı koalisiyaya qoşulmaması haqqında deyib: “İranın dünyada böyük iqtidarı var.”
Cənab Həddad Adil Ayətullah Məhdəvi Kəninin haqqında deyib ki, mərhum alim İmam Xomeyniyə (r) və Cənab Rəhbərə ən sadiq insanlardan olub, onun vilayəti-fəqihə itaəti danılmazdır.
Cənab Həddad Adil deyib: “Ayətullah Məhdəvi Kəni öz bəsirətini göstərdi, 80 yaşında ikən Xibrə Məclisinə rəhbərliyi qəbul etdi. Sağlamlıq durumu yaxşı olmasa da imamın (r) vəfat ildönümü məclisinə qatılan mübariz alim bununla vilayəti-fəqihə bağlılığını nümayiş etdirdi.”
Söhbətinin sonunda Cənab Həddad Adil bir daha şəhidlərin xatirəsini əziz tutaraq belə mərasimlərin gənclərin imanına müsbət təsirindən danışdı. O bildirdi ki, İslam şüarları şəhidlərin xatirəsi ilə səhnədə qalır. Cənab Həddad Adil İrana qarşı sanksiyalara da münasibət bildirdi. Parlament nümayəndəsi dedi ki, düşmənin sanksiyaları İran xalqının mənəviyyat və vilayətçiliyi qarşısında nəticəsiz qalacaq.

Nur-az.com


1126 بازدید
در حال ارسال اطلاعات...