Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Elektroşokla düzələn deyillər

Deputatxana üzvlərimiz bugünlərdə yığışıb təzə qanun qayırıblar ki, azərbaycanlılara qarşı elektroşok qurğusundan istifadə eləməyə icazə verilsin. Yanlış anlamayın, özləri eləməyəcək, polislərə səlahiyyət veriblər onlar eləsinlər. Çünki haqq üçünə, deputatların işi-gücü çox olur: dükan aç, arvad-uşağı xaricdə gəzdir, xaş yeyib gəyir, məşuqəyə təzə villa al və sairə. Hələ aradabir “yuxarıdan” gələn əmr və tapşırıqlara əsasən düymə basmaq, Amerikanı söymək, Jirinovskini qəbul eləmək tipli xırda-para işlər də olur. Azərbaycanlıları elektroşoklamaq da bunun üstünə gəlsə gərək deputat yorğunluqdan yıxılıb ölsün. Deputat öləndə gərək onun yerinə təzəsi qoyulsun. Bunun əli düyməyə öyrəşsin, dükan açsın və sairə.

Gördüyünüz kimi, deputat olmaq ağır vəzifədir və azərbaycanlıların elektroşoka verilməsinin polislərə tapşırılması azərbaycanlılar tərəfindən çox alqışlanır.

Doğrudan da bu azərbaycanlılar son illərdə yaman artıb-törəyiblər, bəziləri isə həddindən artıq həyasızlaşıbdır, görürsən orda-burda mızıldanırlar ki, niyə bizə neft pulu verilmir, niyə Qarabağ qaytarılmır, niyə qiymətlər bahadır, niyə, niyə, niyə... Gözünə girsin tiyə! Vallah, dünyada bu cür qədirbilməz camaat tarixən görünməyibdir! Bunlardan ötrü ən uzun bayraq dirəyi düzəldirsən, peyk uçurdursan, Binəqədidə ot əkirsən, ancaq yenə narazıdırlar. O üzdən, elektroşok qərarı çox önəmlidir, hətta bir qədər gecikmişdir.

Yeri gəlmişkən, deputatxanada müzakirələr zamanı da azərbaycanlıların bu abırsız hərəkətlərinə diqqət yönəldilmişdir, misal üçün, bir deputat xanım deyib ki, azərbaycanlıları elektroşokla tutmaq ədalətsizdir, onları ayağından güllə ilə vurmalıyıq. Necə gözəl təklifdir...Doğrudan da bəzən görürsən azərbaycanl