Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2013

Sonsuzluq? Dua yaddan çıxmasın!

Elm hər gün insan səhhətindəki problemlərin aradan qaldırılması yolunda yeni səhifələr açır. Amma yenə də bilmədiklərimiz bildiklərimizdən çoxdur. Bəs ədalət və mərhəmət sahibi olan Allah insan üçün onun tanımadığı çətinliklərdən hansı çıxış yolunu qoyub? Dua! Dua bütün bağlı qapıları açır. Bu o demək deyil ki, biz elmdən imtina etməliyik. Amma elmin aciz qaldığı məqamlarda ümidi itirmək olmaz. Sonsuzluq əsrin bəlalarındandır. Alimlər etiraf edir ki, elm bu problem qarşısında bəzən aciz qalır. Bəzən sonsuzluğun səbəbini tapmaq və ya onu müalicə etmək mümkün olmur. Bəzən də hamı ümidini üzdüyü məqamda Allah insana övlad payı verir. Həzrət İbrahimin pir vaxtı övlad sahibi olması ümidsiz insanlar üçün yetərli mesajdır. Hər halda tibbin mövcud nailiyyətlərindən istifadə etməliyik. Nəticəsini isə Allahdan istəyək.

Əvvəlcə övlad sahibi olmaq üçün nəql edilmiş duaları nəzərdən keçirək:
-hamiləlikdən qabaq Nur ayəsini oxumaq:


اللَّهُ نُورُ السَّمَوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَوهٍ فِیهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِى زُجَاجَهٍ الزُّجَاجَهُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّىٌّ یُوقَدُ مِن شَجَرَهٍ مُّبَارَكَهٍ زَیْتُونَهٍ لَّا شَرْقِیَّهٍ وَ لَا غَرْبِیَّهٍ یَكَادُ زَیْتُهَا یُضِى‏ءُ وَ لَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُّورٌ عَلَى نُورٍ یَهْدِى اللَّهُ لِنُورِهِ مَن یَشَآءُ وَ یَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَ اللَّهُ بِكُلِّ شَىْ‏ءٍ عَلِیمٌ


İmam Sadiq (ə) tövsiyə edir ki, övlad sahibi olmaq üçün bu dua oxunsun:

اللهم لا تَذَرنی فَرداً و أنت خیرُ الوارثین وحیداً و حشاً فَیقصُرُ شُکری عن تفکّری بل هب لی عاقبه صدقٍ ذکوراً و اناثاً آنَسُ بهم من الوحده و اسکُنُ الیهم من الوحده و أشکُرُکَ عند تمام النعمه یا وهّابُ یا عظیم یا مُعظِم ثمّ اعطِنی فی کلّ عافیهٍ شکراً حتی تُبلِغُنی منها رضوانک فی صِدقِ الحدیث و اداءِ الاَمانه و الوَفاء بعهد

Səcdədə bu iki ayəni oxumaq tapşırılır:

ربّ هَب لی من لدنک ذُرِیهً طیبهً اِنّک سمیعُ الدعاء، ربّ لا تَذَرنی فرداً و أنت خیرُ الوارثین

Cümə namazından sonra övlad istəyi ilə rüku və səcdələri uzun iki rəkət namaz qılmaq, sonra demək:

اللهم انِّی اَسئَلُک بما سألک زکریا رَبِّ لا تَذَرنی فرداً و انت خیر الوارثین. اللهم هَب لی من لدنک ذُرِیهً طیبهً اِنّک سمیعُ الدعاء. اللهم باسمِک استَحللتُها و فی امانتک اخَذتُها فاِن قَضَیتَ فی رَحِمِها ولداً فاجعَلهُ غلاماً مبارکاً زکیاً و لا تَجعَل للشیطان فیه شَرَکاً ولا نصیباً

Sübh və şam 70 dəfə sübhan əllah, 10 dəfə əstəğfirullahə rəbbi və ətubu iləyh, 9 dəfə sübhan əllah, bir dəfə təkrar əstəğfirullahə rəbbi və ətubu iləyh demək.

Hər sübh 70 dəfə əstəğfirullahə rəbbi və ətubu iləyh demək…

Mövzunu elmi baxımdan nəzərdən keçirək.

Əgər qadın ərlə bir il ərzində cinsi yaxınlıqdan sonra hamilə olmursa bu sonsuzluq - infertility adlanır.
Sonsuzluq iki yerə bölünür:
-əvvəlcədən sonsuzluq;
-hamiləlik və doğuşdan bir müddət sonra yaranan sonsuzluq

Qadın sonsuzluğunun aşağıdakı səbəbləri vardır:

-ovulyasiya problemləri
-fallop borulari ilə əlaqədar olan problemlər
-endometrioz və endometrioma
-polikistoz yumurtaliqlar sindromu
-uşaqlıq boynu problemləri
-yaş faktoru
-səbəbi aşkar olunmayan sonsuzluqlar

Sonsuzluqların 30-40%-i kişilərlə bağlıdır.
Bəzən sonsuzluğun səbəbi qaranlıq olur. Buna idiopatik sonsuzluq deyilir. Belə hallar olur ki, sonsuzluq müalicələrinə cavab alına bilməyən cütlərdə müalicənin kəsildiyi və cütə istirahət etmə şansı verildiyi aylarda özbaşına hamiləlik yaranır.
Kişi sonsuzluğuna səbəb olan faktorlar hansılardır? İdiopatik sonsuzluq (səbəbi məlum olmayan) - 31 %; varikosel – 15.6 %; hipoqonadizm - 8.9 %; urogenital infeksiyalar - 8.0 %; enməmiş xayalar (kriptorxizm) - 7.8 %; seksual faktorlar - 5.9 %; immunoloji sonsuzluq - 4.5 %; sistem xəstəlikləri - 3.1 %; obstruksiyalar - 1.7 %; digər faktorlar - 5.5 %
Sonsuzluğa aparan amillər hasılardır? Toksinlər (qəbul edilmiş bəzi dərman preparatları, radiasiya), travma, böyrək çatışmazlığı, qaraciyər xəstəlikləri, xaya şişləri, xaya travması (yaralanma), nevroloji patologiyalar, siqaret və spirtli içkilər (spermanın sayını azaldır və quruluşunu pozur).

Boşalma prosesini nələr pozur?
1.Qəbul edilmiş dərmanlar
2.Keçirilmiş əməliyyatlar
3.Şəkərli diabet
4. Psixoloji pozunluqlar

Oliqospermiya (azalmış sperma sayı) nədən qaynaqlanır?
1. Kriptorxizm (enməmiş xaya)
3. Varikosel (damar genişləməsi)
4. Dərman preparatları
5. Endokrin patologiyalar (hormonal pozğunluqlar)

Azospermiya (spermanın olmaması) necə yaranır?
1.Genetik faktorlar
2.Germinal aplaziya
3.Maturasiya arresti

Normal sperma olmasına baxmayaraq hamiləliyin olmaması hansı hallarda baş verir?
1.Anormal cinsi əlaqə vərdişi (seyrək və ya tez-tez)
2.Sperma morfologiyasının pozulması (sperma qurluşunun)
4.İmmunoloji faktorlar
5.Səbəbi bilinməyən
6.Antispermal antitellər

Sonsuzluq iki üsulla müalicə edilir:
1.Medikal müalicə (dərman)
2.Cərrahi müalicə

Sonsuzluqla müraciət zamanı fiziki müayinə, ən az 2 sperma anazili aparılır. Əgər spermanın sayı, hərəkətliliyi və morfologiyası (quruluşu) normal göstəricilərdən (1 ml-də 15 mln, hərkətlilik 32%-dan) azsa onda sayının, hərəkətliliyinin artırılmasına uyğun müalicələr aparılmalıdır.

Əgər sperma sayı azalıbsa, ümümi hərəkətli spermaların sayı 5 milyondan çoxdursa inseminasiya-aşılanma (İUİ), 5 milyondan azsa İCSİ (yumurta hüceyrədaxili yalanma) – süni mayalanma olunması tövsiyə olunur. İnseminasiyaya – hazırlanmış eakulyat leykositlərdən və digər zərərli faktorlardan təmizləndikdən sonra uşaqlığa vurulmasıdır. Burada məqsəd spermanın keçdiyi yolu qısaltmaq və maneələrlə qarşılaşmasımı azaltmaqdır) – yazır sonsuzluq.az. Süni mayalanmanı qadın və kişiyə aid reproduktiv hüceyrələrin bədəndən xaricdə döllənməsidir. Ana olmağa hazırlaşan qadınların yumurtalıqlarından alınan yumurta hüceyrələr ilə ata olmağa hazırlaşan kişilərin spermatazoidlərinin laboratoriyada birləşdirilərək döllənməsi və əldə edilən embrionların təkrar ana bətninə yerləşdirilməsi əməliyyatıdır. Müalicənin ilk mərhələsində yumurta hüceyrələr inkişaf etdirilir və uyğun zamanda alınır, daha sonra laboratoriyada spermatazoidlər birləşdirilərək inkişaf edən embrionlar ana bətninə yerləşdirilir.
Embrionlar bətn daxilinə uşaqlıq boynundan incə kateter ilə yerləşdirilir. Bu əməliyyatların nəticəsində qadınların təxminən 50%-də hamiləlik olur. Lakin belə hamiləliklərin bir qismi düşmə ilə nəticələnir. Müalicə tətbiq edilən cütlüklərin 40%-i övlad sahibi ola bilirlər. Bu nisbət bir çox tətbiqlərdə 70-80%-ə qədər yüksələ bilir. Yerdə qalan 20-30%-lik qrup müasir tibbin bütün imkanlarına baxmayaraq övlad sahibi ola bilmir.

Kişi sonsuzluğu necə müayinə edilir? Həkim-androloq (kişi həkimi) kişinin cinsi orqanlarını müayinə edərək, onlarda normadankənar dəyişikliklərin (əgər onlar varsa) olmasını aşkar edir. Bu zaman həkim tərəfindən hər hansı bir patoloji hal aşkar edilərsə, tələb olunduğu halda kişini USM-ə göndərir.
Növbəti ən mühüm və dəqiq məlumatlı müayinə olan – spermoqramma (spermanın müayinəsi) təyin edilir. Spermoqramma – spermanın ən geniş şəkildə (fiziki xüsusiyyətləri, kimyəvi və hüceyrə tərkibi və digərləri barədə) müayinəsinin nəticəsi olub, spermatogenez (spermatozoidlərin hazırlanması) barədə dəqiq məlumat əldə edilməsinə imkan verir.
Spermoqrammanın nəticələrinin bir şəxsdə müxtəlif ola biləcəyini nəzərə alaraq, spermanın müayinəsi, aralarında 2 həftə fasilə olmaqla, 2 dəfə, göstəricilər arasında fərq çox olduqda isə 3 dəfə olmaqla aparılır.
Göstəricilərin maksimal şəkildə dəqiq olması üçün spermanı müayinəyə verməmişdən 3-5 gün əvvəl (bu müddətdən nə az, nə də çox olması məsləhətdir) cinsi əlaqədən çəkinmək lazımdır. Spermanın müayinəsini laboratoriyada vermək daha yaxşı olar. Çünki spermanın soyuması onun müayinəsinin göstəricilərinin təhrif olunmasına səbəb olur.
Eyakulyatın həcmi – spermanın ən vacib xüsusiyyətlərindən biridir. Onun həcminin 2 ml-dən az olması, kişi sonsuzluğunun (oliqospermiya) səbəbi kimi qiymətləndirilə bilər. Bu zaman problem yalnız az miqdarda eyakulyatda spermatozoidlərin də az olmasında deyil. Hətta bu zaman spermatozoidlərin sayı normadan artıq olsa da, normal mayalanma üçün təhlükənin olması mövcud olur. Bu zaman uşaqlıq yoluna düşmüş spermatozoidlər onlar üçün aqressiv (çətin) olan şəraitlə qarşılaşırlar. Belə ki, uşaqlığın turşulu mühiti spermatozoidlər üçün çox zərərli hesab edilir (spermatozoidlər ancaq qələvi mühitdə mövcud ola bilirlər) və onların əksər hissəsi ilk 2-3 saat ərzində məhv olurlar. Bu müddət ərzində daha hərəkətli və “sağlam” olan spermatozoidlər uşaqlıq boşluğuna daxil olmalıdırlar. Uşaqlıq boşluğunda olan mühit onlar üçün daha əlverişlidir (spermatozoidlər uşaqlıqda və uşaqlıq borularında, 3 günə qədər olan müddət ərzində hərəkətli olaraq qala bilərlər). Toxum mayesi nə qədər az olarsa, uşaqlıq yolundakı turş mühitin zərərli təsirindən spermatozoidləri daha az müddət ərzində qoruya bilir.
Spermanın çox miqdarda olması da kişiyə heç bir üstünlük vermir. Adətən, uşaqlıq yoluna 5 ml-dən artıq sperma yerləşmir. Bu miqdardan artıq olan sperma uşaqlıq yolundan xaric olmaqla mayalanmada iştirak etmir.
Spermoqrammanın cavabına baxan hər bir mütəxəssis ilk növbədə spermatozoidlərin sayına diqqət yetirir. Spermatozoidləri saymaq üçün müxtəlif mikroskopik qurğulardan istifadə edirlər. Adətən, onların sayı konsentrasiya şəklində ifadə olunur (flan qədər milyon bir millilitrdə). Normada 1 ml eyakulyatda spermatozoidlərin sayı 20 milyondan (spermanın ümumi həcmində isə 40 milyondan) az olmamalıdır.
Mayalanmanın baş tutması üçün spermatozoidlərin hərəkətliliyi onların sayından heç də az əhəmiyyətli deyil. Spermatozoidlər hərəkət etmirlərsə, onların sayının çox olmasının heç bir əhəmiyyəti yoxdur. Normal sağlam spermada proqressiv-hərəkətli spermatozoidlərin (A+B) sayı 50%-dən az və ya sürətli proqressiv-hərəkətli spermatozoidlərin (A) sayi 25%-dən az olmamalıdır.
Spermada antispermal anticisimlər (ASA və ya ASAT) də olmalı deyil. ASA həm kişi, həm də qadın orqanizmində əmələ gəlməklə son nəticədə sonsuzluğa səbəb ola bilərlər. (sağlamlıq)

Abdullah Arman Özdəmir yazır: Sonsuzluq evli cütlüyün 1 il müddətində qorunmadan, müntəzəm cinsi əlaqədə olmasına baxmayaraq hamiləliyin olmamasıdır. Kişi sonsuzluğinda yoxum analizinin normal göstəriciləri:
-Eakulyatın həcmi 1,5 ml
-1 ml-də sayı 15 milyon
-Hərəkətliliyi 32%
-Morfologiyası 4%
-Vitalite (canlılıq) 58%
-Leykositlər <1milyon
Abdullah Arman Özdəmir maraqlı və aktual bir məsələyə toxunur: Əraf mühitin təsiri - ekalogiyanın dəyişməsi, ətraf mühitin çirklənməsi, şüalanmanın artması (məs: mobil telefonlar və digər elektron avadanlıqlar) spermatogenezə mənfi təsir edir. Bu günümüzün bəlasıdır! Başqa mühüm nöqtə: Hərbi xidmətə gedənlərin 20%-də Varikosel görülür! Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır.
Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır.
Süni mayalanma , yumurta hüceyrələri toplandıqdan sonra kənarda sperma ilə mayalandırılır və 2-3 gündən sonra müvafiq olaraq uşaqlıq boşluğuna embrion köçürülür. Bundan 12-14 gün sonra analiz verilir, yəni hamiləlik testi aparılır.

Sperma analizi zamanı spermanın həcmi və miqdarı, spermatozoidlərin ümumi miqdarı, durululuğu və hərəkətliliyi, digər hüceyrə və antitellərin olub-olmaması öyrənilir. Ən əsas faktorlar spermanın sayı və hərəkətliliyidir.

Spermanı artırmağın müxtəlif yolları var. Qədim tibbə görə ən təsirli müalicələrdən biri bitki müalicəsidir. Keçibuynuzu (lat. Ceratonia siliqua) sperma artıran təbii vasitələr sırasındadır. İngilis dilində "carob", ümumiyyətlə "St.Johns Bread" kimi tanınan (alman dilində "johannisbrot") keçibuynuzu hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Yaqub peyğəmbərin səhrada çörək yerinə istifadə etdiyi bir meyvədir.
Sağlamlığımız üçün keçibuynuzunun faydaları saya bilməyəcəyimiz qədər çoxdur.
Keçibuynuzundan ağrı kəsici, allergiyaya qarşı, astmaya qarşı, bakteriya məhv edici, bronxitə qarşı, xərçəngə qarşı, qaraciyəri toksindən təmizləyici, immunitet sistemini gücləndirici, mikroblara qarşı, antiseptik, xərçəngə qarşı qoruyucu, ishal və qəbzliyə qarşı, nitrozamin məhv edici, bronx genişlədici, uşaq iflicinə qarşı istifadə edilir.
Keçibuynuzu ağciyər xərçənginin 90% qarşısını almaq gücünə malikdir. Tərkibində kafein və teobromin olmadığı üçün qan təzyiqi olan insanlar da rahatca istifadə edə bilər. Bitki fosfor və kalsium baxımından çox zəngindir. Bu səbəblə osteoporoz (sümük əriməsi) xəstəliyi olanlara kalsium ehtiyacının qarşılanmasında dəstəkləyicidir.

Hərəkətli spermaların sayını artırmaq üçün əksər mütəxəssislər tövsiyə edir ki:
-Siqaret sperma miqdarının 22 faiz azaldır, siqaretdən çəkinin;
-Dar və sintetik paltarlarlar geyməyin;
-Piysiz, karbohidrat və proteini bol qidalardan istifadə edin, idmana fasilə verməyin;
-Çox cinsi əlaqə spermanın həcm və qatılığını azaldır, ifrata varmayın;
-spirtli içkilər qadın hormonunu artırmaqla sperma miqdarını azaldır;
-qırmızı ət və süd faydalıdır…


Nur-az.com


2758 بازدید