Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2014

Kərbəla qiyamında vəhdət faktoru

İmam Huseyn (ə) və sünni-şiə vəhdəti

Əsl şücaət tv kanallar açaraq və sosial şəbəkələrdə digər məzhəbləri, müqəddəslərini söymək və onları lənətləmək deyil. Bu gerizəkalılıqdır. Əsl şücaət, uzaqgörənliklə və peyğmbərsayağı əmr be məruf ilə, sionizmə qarşı Zuheyrlər, Hürrlər və Vəhəblər yetişdirməkdir.

Zuheyr ibn Qəyn. Bu böyük Şəxsiyyət Peyğəbərin səhabəsi, həm də məhşur Kərbəla şəhidlərindəndir. Bildiyiniz kimi Zuheyr, məzhəb baxımından Osmançı sünnilərindən idi. O zamankı sünnülərin ən radikalı Osmançı sünnülərI olublar. Çünki, onlar 3-cü xəlifə Osmanın qətlində Həzrət Əlini (ə) səbəbkar bilib və O Həzrəti ittiham edirdilər. Bu firqə Osmanı şəhid bilib, onun sevgisi ilə yaşayırdırlar.
Zuheyr eşidəndə ki, Məkkdən Küfəyə gedən səfərində, İmam Huseyn (ə) ilə yol yoldaşı olmağa məcburdur, çalışdığı qədər İmam Hüseyndən (ə) məsafə saxlayar, xeyməsini o Həzrətdən uzaqda qururdu. Amma bir dəfə suya ehtiyacı olduğu üçün, İmam Hüseynin (ə) xeyməsinin yaxınlığında xeymə qurmağa məcbur oldu. İmam Huseyn (ə) da fürsətdən istifadə edərək, üzünü belə görmək istəməyən və daima ondan qaçan Zuheyrin yanına öz elçisin göndərərək, onu öz xeyməsinə dəvət etdi. Zuheyr İmamın çağırışına cavab vermək istəmədi. Amma onun həyat yoldaşı Məlhəm binti Əmrovu üzünü Zuheyrə tərəf çevirərək, "Peyğəbər və Fatimə balası səni çağırır, sən ona cavab vermirsən. Bu rəftarından utanmırsan? Dur get Hüseyn ibn Əlinin hüzuruna" dedi. Zuheyr belə də edir. Zuheyrlə İmam Huseyn (ə) arasında olan dialoq tarixdə dəqiqliklə nəql olunmasa da, xanımı nəql edir ki, Zuheyr İmamın xeyməsindən çıxanda üzü gülürdü. Üzünü mənə tərəf tutub dedi: "Məlhəm səni boşadım. Çünki, istəmirəm mənə görə çətinliyə düşəsən. Sonra öz ətrafinda olan Ailəsinə və nökərlərinə dedi ki, hər kəsin qəlbində şəhadət sevgisi varsa, mənimlə gələ bilər. Bu görüş mənim, sizinlə olan axırıncı görüşümdü. Xanımı, əmisi oğlu və qulamı onu tək qoymadılar və İmama qoşuldular. (Söhbət, Osmançı sünnü olan bir şəxsdən gedir)
Aşura gecəsi, İmam Huseyn (ə) şamları söndürərək, "siz istəyirsizsə gedə bilərsiz, bunların işi mənimlədir" dedi.
İlk olaraq Zuheyr ayağa qalxır və deyir: Ey dostlar siz Əba-Əbdillahın cavabını verirsiniz ya mənə icazə verin cəm tərəfindən danışım. Əshab üzünü Züheyrə tutub dedilər: Sən danış. Züheyr belə çıxış etdi: "Ey Peyğəmbər balası, and olsun Allaha, əgər dünya həyatı əbədi olsa və bu soznsuz həyatdan ayrılmağın tək yolu səninlə şəhid olmaq olsa belə, hətta 70 dəfə məni öldürsələr də buna razı olardım.."
Zuheyr orada hətta Beheşt və savab üçün belə cihada gəlmədiyini xatırlayaraq, yalnız İmamı onun özünə görə müdafiə etdiyini bəyan edir.
Zuheyrin həyatında maraqlı məqamlardan biri budur ki, Aşura günü İmam Hüseyn (ə) onu Yezidin qoşununu haqqa çatdırmağa göndərir. Amma Əzrət ibn Qeys Zuheyrin sözünü kəsir və deyir: Zuheyr, sən ki Osmançi idin. Sən hara Hüseyn hara? Sən burada nə gəzirsən? Zuheyr isə deyir: "Qeys, burda olmağımdan bil ki, artıq Hüseynçiyəm! Qeys, mən sizn kimi İmam Hüseynə (ə) məktub yazıb, onu Kufəyə dəvət edib və yar olacağıma dair söz verməmişdim. Sadəcə olaraq Hüseyn (ə) ilə yolda görüşdüm. O, Mənə hər şeyi danışdı və sizin, onun başına gətirəcəklərinizi açıqladı. Mən də qərara gəldim ki, onunla qalım və ona yardımçı olum. Onu xeyəmədə görəndə, sanki aləmlərə rəhmət olan Muhəmmədi (s) gördüm."
Bəli, Zuheyrin bu məntiqli cavabı, əsl mücahidlə din libası geyinmiş saxtakarları ayırmağa kömək edir.
Əziz dostlar, diqqət etmək lazımdır ki, İmam Huseyn (ə) bir Osmançı sünni, Əliyə (ə) kin bəsləyən biri ilə necə davrandı və onun qəlbini ələ alaraq fitrətini necə pakladı ki, haqqı görərək əsl Hüseynçi oldu və şəhadət məqamına çatdı.
Çox təəssüf ki, təbərra (Allah düşmənləri ilə düşmən olmaq) iddiasında olanlar, onu dərk etməyərək, Təbərrani ancaq dillə olduğunu və digər əqidənin sahiblərini, onların müqəddəs hesab etdiyi şəxsləri lənətləmək, söyməklə olduğunu təbliğ edirlər. Halbu ki, əsl təbərra, lənətə gəlmiş və Allahın qəzəbinə düçar olmuş şəxslərin həyatlarını mütaliə etmək və onların bu əməllərini təkrarlamamaqdır. O əməllərdən biri də İslam aləmində ixtilaf salmağa cəhd görsətməkdir. İmam Huseyn (ə) da bəzi saxtakar ruhanilər kimi, səhv yolda olanı hidayət etməyi deyil, "təbərra" edərək onunla döyüşsə, onu və müqəddəs hesab etdiyi xəlifə Osmanı və digərlərini təhqir edərək onunla mubahisə etsəydi, nə hidayət və nə də İmam Huseynin (ə) qoşununda şəhid olcaqdı. Əksinə, Yezidin qoşununda zillətə və əbədi cəhənnəmə qovuşacaqdı.
İmam bu addımla əsl düşməni Yezid olduğunu xatirladır və Yezidin əleyhinə mübarizə aparmaq üçün osmani sünnü olan Zuheyr, Hürr və məsihi olan Vəhəblə əsl düşmən Yezidə qarşı birləşmək qərarına gəlir.
Əsl şücaət tv kanallar açaraq və sosial şəbəkələrdə digər məzhəblərə, müqəddəslərini söymək və onları lənətəmək deyil. Bu gerizəkalılıqdır. Əsl şücaət, uzaqgörənliklə və peyğmbərsayağı əmr be məruf ilə, sionizmə qarşı Zuheyrlər, Hürrlər və Əbu Vəhəblər yetişdirməkdir. Vəliyyi fəqih Ayətullah Xamenei və digər uzaqgörən, bəsirətli dahi din alimləri buna nail olublar. Biz bu reallığı İraq, Suriya, Yəmən və.s ölkələrdə müşahidə edə bilərik. Vəhhabilərin İraqa son təcavüzü zamanı, Vəliyyi fəqihin mətinliyi, uzaqgörənliyi və ordusu, Ayətullah Sistaninin isə vaxtında verdiyi fətva olmasaydı, İraq artıq işğal olunmuş, xalq talan edilmiş və müqəddəslərin məzarları təhqir olunmuşdur. Və hamıya məlumdur ki, bu hadisədə sünnilər və şiələr birləşərək vəhhabilərə qarşı birgə mübarizə aparmışdır. Görəsən sünniləri söyməklə və əqidələrini təhqir etməklə buna nail olmaq olardımı? Bəli, ümmətin problemləri bəzi dardüşüncəlilərə qalsaydı, indi dindən əsər-əlamət qalmamışdı. Bunun üçün də bəsirətli din alimlərimiz üçün, Allaha şükür səcdəsi etməyə dəyər!
Bəzi saxtakarlar əllərinə mikrafon alıb sünniləri söyərkən, həmin sünnilər, şiələrlə çiyin-çiyinə sionizmə və onların regiondakı qulları olan vəhhabilərə qarşı vuruşur, şəhid olur və qələbə çalırlar. Bəziləri şiə libası geyinib ABŞ-da, İngiltərədə və bəzən də islam ölkələrində rahatlıqla fitnə yaradarkən sünnilər, şiə müqəddəslərinin pak məzarlarını qoruyur və bu yolda şəhid olurlar?
Həqiqi din alimlərinin uzaqgörənliklə həyata keçirdiyi sağlam siyasət, artıq sionizmin dizini yerə gətirmişdir. Bunun üçün də müsəlmanların ən ümdə vəzifəsi, ixtilafları qabardıb fitnəyə çevirmədən və müştərək mənafelərdə birləşərək, bəşəriyyətin düşməni olan sionizmə qarşı çiyin-çiyinə birləşməkdir.
Allah şahiddir ki, bu məqaləni yazmaqda əsas məqsədim, inadkar olmayan və sağlam düşüncəyə sahib olan qardaş bə bacıları, ibrət dolu Kərbəla məktəbinin bizə verdiyi dərslər barəsində təfəkkürə dəvət etməkdir.
Əzizlər, gəlin əsl Hüseynçi olan Rəhbərin ətrafinda birləşək və vahid düşmənə qarşı, sionizmə qarşı qeyri şiə insanlardan Zuheyrlər, Hürrlər, Vəhəblər və İmam Zamana həqiqi əsgərlər yetişdirək.
Allah bizi həqiqi Hüseynçilərdən qərar versin inşallah!

Tohid İbrahimbəyli

Ps: Sonda isə bütün dostlardan xahiş edirəm ki, aşağıdakı qısa video çarxlara diqqətlə nəzər yetirsinlər.

http://www.youtube.com/watch?v=qKBX-mfRlQs&list=UUaX0Ibq0deBuH1kLLnzTvDA

http://www.youtube.com/watch?v=yZdpfOFxtfo&list=UUaX0Ibq0deBuH1kLLnzTvDA

http://www.youtube.com/watch?v=6iv7PvZBm4g&list=UUaX0Ibq0deBuH1kLLnzTvDA

http://www.youtube.com/watch?v=nieHUW40bvc&list=UUaX0Ibq0deBuH1kLLnzTvDA

http://www.youtube.com/watch?v=ejjisus7-8o&list=UUaX0Ibq0deBuH1kLLnzTvDA

http://www.youtube.com/watch?v=ejjisus7-8o


2045 بازدید
در حال ارسال اطلاعات...