Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

Mehdiyev Azərbaycanının qadın örtüyü ağrısı

Onu tanımaq çətin deyil

Ramiz Ənvər oğlu Mehdiyev (17.04.1938, Bakı)
-1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirib;
-1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub;
-1967-68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb…
-1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında çalışıb. -1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilib;
-1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib;
-1982-ci ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib;
-1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunub;
-1994-cü ilin fevralında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri vəzifəsinə, 1995-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. 1980-1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib…

Matros məharətli kardinal

Azərbaycan tufanlı bir ölkə olduğundan bu ölkədə yalnız dənizçi baş aça bilərdi. Tale bu baxımdan Mehdiyev üçün uğurlu oldu. O bəlkə də dənizçilik məktəbinə daxil olanda bundan üzülürdü. Haradan biləydi ki, tarix onu qarşıda böyük sınaqlara hazırlayır və güclü tufanlardan rahat, ustalıqla ötüb-keçmək üçün hökmən dənizçi olmalıdır.

Atadan yadigar qalmış palıd ağacı

İlham Əliyev nə partokratdır, nə demokrat. İlham Əliyev çoxları kimi gözəl yaşamaq istəyən bir insandır. Gözəl yaşamaq istəyi bəzən insanı gözəl olmaq imkanından məhrum edir. Çünki gözəl yaşamaq üçün xəzəl pula ehtiyac var. Bir etik haqlı olaraq buna etiraz edə bilər: gözəl yaşamaq üçün təbiətin qoynunda Tolstoy malikanəsi bəs edər – deyər. Amma bugünkü dünya gözəl həyat deyəndə hər gün gözəlləşən, hər gün milyonlar udan bir komfort nəzərdə tutur. Etik nə bilsin ki, Dubay villalarında hansı gözəlliklər var. Etiklərlə sağollaşaq, qayıdaq fizioloji gözəllik aşiqlərinə. Bəli, İlham Əliyev sadəcə gözəl yaşamaq istəyirdi. Olsun ki prezidentlik, hakimiyyət qətiyyən bu şəxsin marağında deyildi. Amma padşah oğlu olmağın çətinlikləri də var. Padşah oğlu heç zaman azad deyil. O kənd uşaqlarının palçığa bələşməsinə həsəd aparır. Gənc Əliyevin atasından sonra seçim imkanları məhdud idi: ya kimlərinsə bataqlıq içində qucaqda saxladığı taxta əyləşməli, ya da gözəl həyat ardınca məchul bir səfərə çıxmalı idi. İkinci yol iradə, cəsarət istəyirdi. Bu isə padşah övladlarında aztapılan keyfiyyətdir. Gənc Əliyev ayaqları havada saxlanan taxta əyləşdi.
Bu taxtı qucaqda saxlayan qullar Mehdiyevin əmrinə tabe idilər. Əgər taxtı sadəcə yerə qoysaydılar yeni padşah boğazadək bataqlığa gedə bilərdi. Bu bataqlığı o yaratmamışdı. Hətta bundan vahimələnib, uzaq-uzaq ölkələrə baş almaq istəyirdi. Qoymadılar…
Gənc Əliyev həyatının yeni dövründə HƏYƏTə (ölkəyə) əl gəzdirmək istəyəndə çox dərinə kök atmış bir palıdla üzləşdi. Atasından yadigar qalmış palıd. Onu tərpədə bilmədi. Qorxdu ki, kəssə pöhrə verib min ola. Qorxdu kəssə üstünə aşa. Qoy qalsın, kölgəsi pis deyil düşünüb getdi gözəl həyatın ardınca. Palıd onun ardınca güldü və budaqlarındakı qarğalara, bayquşlara, ilanlara möhkəm tapşırdı ki, gənc padşahı gözdən qoymasınlar.

* * *

Mehdiyevin rüblük moizələrindən

O dövrü şəkildə bir yolla münasibət bildirir. Onun münasibəti məmurlar üçün hadisədir. Hadisə, hadisə, hadisə: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 15 illiyini qeyd edib. (25.10.2014) AzərTAc xəbər verir ki, DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1999-cu il 3 yanvar tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 ili tamam olur. Tədrisin keyfiyyətinin yüksəldilməsində fundamental tədqiqatların əhəmiyyətinə toxunan rektor bu baxımdan akademik Ramiz Mehdiyevin əsərlərinin (məsələn: “Azərbaycanı dəyişmiş on il”) mühüm rol oynadığını vurğulayıb.
Urxan Ələkbərov məlumat verib ki, DİA yarandığı ilk günlərdən onun qarşısında duran əsas vəzifə müasir təhsil texnologiyaları əsasında əlavə təhsil proqramı üzrə - ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə, təkrar ali təhsil səviyyəsində dövlət idarəçiliyi sahəsi üçün kadr hazırlığı olub…

Sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə verilib. R. Mehdiyevin çıxışından diqqəti çəkən məqamları bir daha nəzərdən keçiririk:

Nailiyyətlərinizin ən parlaq göstəricisi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 22 aprel tarixli sərəncamları ilə İdarəçilik Akademiyasının bir sıra əməkdaşı dövlət təltiflərinə layiq görülüb. Bu, çox təqdirəlayiq haldır…

(Heyrət: Təltif, mükafat, medal nə vaxtdan nailiyyət göstəricisi olub?! Və ya nailiyyət nədir? Mehdiyev məmləkətə despotik hakimiyyətdə qazanılan uğurları (xalqa yaşadılan ağrıları) nailiyyət sayır? Əgər beləsə ƏNAM deməliydi, təltif yox. Padşah ona sədaqətli vəzir-vəkili, cəllad-çaparı təltif etmir, onlara ənam verir.)

Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Yəni, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsi sırasındayıq.
2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb. Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşərək 5 faiz səviyyəsinədək ensin…

Biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik…

(Təəccüb: Ötən mərhələnin adı nə idi, yeni mərhələnin adı nə olacaq? Xalq inkişafı qəbul edirmi? Qarabağın işğalı inkişaf nominasiyasında faktor sayılmırmı?)

Akademiyanın işi heç də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil olurlar. Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır. Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar… (Cavabı gələcək)


Beynəlxalq Humanitar Forumun iştirakçısı olan Nobel mükafatı laureatlarından biri (?) internetlə bağlı belə bir ciddi narahatlığını bildirdi. Onun fikrincə, bu gün internetdə mövcud informasiyaların böyük qismi sadəcə olaraq yanlış məlumatlardır. Araşdırma bacarığından və sanballı təhsildən uzaq olan bir gənc isə doğru ilə yanlış informasiyanı, əlbəttə, bir-birindən ayıra bilməyəcək. İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var…

(Sual: Sizin rəsmi statistikada yalan çoxdur, yoxsa internetdə?)

Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd “hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm. Çünki hər birinizə aydındır ki, bunun arxasında nə dayanır - əlbəttə ki, ilk növbədə, ailənin, tədrisdə çalışanların və yerli icra hakimiyyətlərinin biganəliyi… (Cavabı gələcək)

Hicab Daşı!

Biz həmişə fəxr etmişik ki, ölkəmizdə qadınlar çox yüksək mövqe tutaraq, demək olar, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunublar. Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.
Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır?

(Mirzə Cəlillərin, Cabbarlıların, Üzeyirlərin cibinə narkotika atıb damlayan birinin sözünə baxın:)

Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?
Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir.
Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir. Bir tərəfdən, bu proseslər dünyada cərəyan edən iki tendensiyanı özündə cəmləşdirir. Məlumdur ki, müasir dövrdə biz fundamentalizm fenomeni ilə rastlaşırıq. Bu tendensiyanın tərəfdarları müsəlman, xristian və ya başqa bir dinin təmsilçiləri olmasından asılı olmayaraq iddia edirlər ki, öz dinlərinin ilkin, yəni, fundamental anlayışına qayıtmaq lazımdır. Digər tərəfdən, dünyada bu gün özlərini bu və ya digər dinin tərəfdarı elan edən insanlar Allaha inanır, lakin məbədlərə, məscidlərə, dini qurumlara müntəzəm şəkildə getməkdən imtina edirlər. Digər tərəfdən, dinin cəmiyyətdə rolu ilə bağlı vaxtilə Marks, Dürkheym, Veber və digər alimlər tərəfindən yaradılmış nəzəriyyələr bugünkü dünyada cərəyan edən prosesləri kifayət qədər dürüst izah edə bilmir.
Bir misal gətirmək istəyirəm. Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur.

Bizim kiçik Abış…

…Sitatlar bitdi. Azərbaycanda kommunistləri neçə yerə bölmək olar, Cənab Mehdiyev? Bütün kommunistlər eyni çapdadır? Kommunist var Sizin kimi – kommunizm dondurmasını demokratiya çopündə xalqa yedirməyi və hər şeyi bacaran kommunistlər. Kommunist də var yorğan altında partiya biletinə baxıb talkuçkada araba sürməklə ömrünü xərcləyir.
Bəli, dindarlar da zümrələrə bölünür. Siz bu gün eynən cənabınız kimi dünyada peşkaları fırladan ABŞ və müttəfiqlərinin siyasətini yürüdərək İŞİD kimi qondarma quldur dəstələrinin cinayətlərini islamçıların ayağına yazıb, bütün dəyərləri, hətta namus sayılan Qadın Örtüyünü vurursunuz. Azərbaycan miqyasında Sizi ABŞ saymaq olar. İslama münasibətdə aranızda fərq görünmür. Onlar da İslamdan qorxur, siz də. Onlar da hicabla vuruşur, siz də. Onlar dünyaya qan ağladır, siz bir millətə. Onlar da öz cinayətlərinə nəzəriyyəçilik donu geyindirir, siz də. Həqiqi İslam, həqiqi islamçılar isə sülh və tərəqqi missiyalıdır. Bəli, onların qanunlarında qadağalar və məhdudiyyətlər var. Haram olmaz! Zülm olmaz! Rüşvət olmaz! Fahişəlik olmaz!.. Sizi İŞİD qorxutmur, bu qırmızı xətlər qorxudur. Çünki bütün bunlar qurduğunuz gümüşü həyata əngəl yaradır. İŞİD isə imkan yaradır ki, radikallığı maarifçi islamçının ayağına yazıb cəbhə boyu hücuma keçəsiniz.

Heç kim razı deyil, sadəcə çoxu danışmağa qorxur

Azərbaycanı qurd yuvasına, açıq həbsxanaya çevirən Mehdiyevi hamı görür. Bütün qərarlarda onun möhürünün olması gənc Əliyevin cavabdehliyini zərrəcə azaltmır. Onun Böyük Sorğu Günü deyə biləcəyi yeganə söz bu olacaq: Mehdiyevlə bacarmadım! Necə oldu səni sıxan, xalqa azadlıq ver deyən Dünya ilə bacardın, Mehdiyevlə yox? Bir çıxış yolu qalır: İstefa!

Daha kimləri narazı salıb Mehdiyevin çıxışı?


Ramiz Mehdiyevin çıxışına ekspertlərin reaksiyası (27 Oktyabr 2014)

BBC Azərbaycanca Prezident Administrasiyasının rəhbərinin kadr çatışmazlığı, hicablı şagirdlər, təhsilin keyfiyyəti haqda çıxışına ekspertlərin şərhlərini alıb.

“İdarəçilik problemi”
Təhsil sahəsində araşdırmalar aparan jurnalist Şahvələd Çobanoğlu deyir ki, hakimiyyətin ixtisaslı kadrlara ehtiyacı olduğunu açıqlamasının arxasında heç də kadr axtarmaq niyyəti dayanmır.
“Nəticə odur ki, Azərbaycanda təhsilin nə vəziyyətdə olduğu, kadrların hansı problemlərinin nədən olduğu hər kəsə bəllidir. Əsas məsələ bunlara siyasətlərinə, ideologiyalarına uyğun, korrupsiya sisteminə daha yaxın kadrlar lazımdır”.
Onun sözlərinə görə, bacarıqlı kadrları dövlət strukturunda işə götürmürlər.
“Ölkə içində dövləti idarə edəcək kifayət qədər kadr var. Dünya heç vaxt kadr problemi ilə üzləşməyib və hakimiyyət istəsə, lazımı kadrları xaricdən də gətirə bilər. Problem kadr qıtlığında deyil, siyasi idarəçilikdədir”, o əlavə edib.

Xaricdə təhsil imkanı
Bakı Dövlət Univetsitetinin müəllimi və telejurnalist Qulu Məhərrəmlinin fikrincə, çox az sayda ali məktəbdə dövlət idarəçiliyində iştirak edə biləcək kadrlar hazırlanır.
“Problemin kökü yeni dünya qaydalarına uyğun, yeni biliklərin daşıyıcısı olan, yeni texnologiyaları bilən, həmin sistemi öyrənən və öyrədə bilən təhsil sistemi lazımdır. Təssüf ki, son vaxtlar xaricdə təhsil almağa qarşı da müqavimət var. Xarici ölkələrdə təhsil almaq üzrə imkanlar genişləndirilməlidir”, o BBC Azərbaycancaya bildirib.

“Latent proseslər”
PA rəhbərinin sözlərinə görə, qadınları və ümumən cəmiyyəti “təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə prosesləri” təhlükəlidir.
“Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar”, PA rəhbəri qeyd edib.
Cənab Məhərrəmli BBC Azərbaycancaya bunun “həssas məsələ” olduğunu deyir və bunların dilə gətirilməsinin müsbət məqamlarını qeyd edir. (DİQQƏT: qərbpərst qüvvələrlə milli diktatorlar arasında bir müştərək nöqtə var: İslamı vurmaq!)
“Burda iki məsələ var. Ya bu ailədən gələn məsələlər olur, ikinci isə cəmiyyətdə sosial problem. İnsanlar ümidsiz olanda kültəvi ruh düşkünlüyü olanda dinə meyl edirlər. Amma şəxsi əqidəsi ilə hicab bağlayanlar da var. Biz bu məsələlər barədə açıq danışmalıyıq, çünki qapalı saxlayanda insanlar fanatizmə meyllənirlər”, o əlavə edib.
Müəllim məvacibi
“Hakimiyyətin siyasətini dəstəkləyənlər”
Təhsil üzrə ekspert Etibar Əliyev kadr çatışmazlığı haqda PA rəhbərinin sözlərini Azərbaycanda ali təhsilin səviyyəsinə verilən qiymət kimi dəyərləndirir.
Əliyevin fikrincə, hakimiyyətin onun siyasətini təbliğ edən kadrlara ehtiyacı var.
“Hökümətin siyasətini dəstəkləyənlər daha çox humanitar sahələrdə işləyir. Çünki humanitar sahədə çalışanlar camaatla işləyir və hakimiyyətin ideologiyasını təbliğ edirlər”, ekspert bildirib.

Azadlığın münasibəti:

Bir qayda olaraq belə vəziyyətlərdə PA rəhbəri Ramiz Mehdiyev müşavirələr keçirir və ölkədə baş verənlərə tənqidi münasibət sərgiləyir… Diqqət etmisinizsə, “1 milyon 300 min iş yerinin açılması”, “valyuta ehtiyatlarımız”, “ÜDM-nin artması”, “yoxsulluğun azalması” kimi ifadələr hakimiyyət üçün “çəlik” rolunu oynayır. Belə ki, uzun illərdi YAP hakimiyyəti bu xəyali rəqəmlərlə xalqa təsəlli verir. Ona görə xəyalidir ki, bu gəlirlərin, valyuta ehtiyatlarının xalqa aidiyyatı yoxdur.
Görəsən, açılan milyonlarla iş yerlərində kimlər çalışır? Cənab akademik, bu iş yerlərini görmək üçün hansı “eynək”dən istifadə etmək lazımdır? 2 milyondan çox Azərbaycan vətəndaşı ailəsini dolandırmaq üçün Rusiyanın düzlərinə səpələnib, əyalətlərdə gənc insanlar qalmayıb, diplomlu işsizlər ordusu rekord həddədir…

Ramiz Mehdiyev etiraf edir ki, bugün Azərbaycan təhsilinin səviyyəsi sovet dövründən də geridə qalır. Görəsən, təhsil səviyyəsi ötən əsrdə ilişib qalan ölkənin, analoqsuz inkişafı necə mümkün olur? Cənab akademik yaxşı bilməlidir ki, müəllimi dilənçi maaşına möhtac edib, üstəlik seçki saxtakarına çevirəndə, “repetitor”luğu təhsilin “ana”sı edəndə belə də olmalıdır. Əgər oxumadan ali məktəbə daxil olmaq, savadsız olduğun halda diplom almaq, tapşırıqla yüksək qiymət yazdırmaq mümkündürsə, kadr potensialından niyə narazısınız? Ölkə elə bir vəziyyətə salınıb ki, xaricdə təhsil alanlar geri qayıtmaq istəmir. Çünki, bu ölkədə karyera qurmaq, yaltaqlıq və saxtakarlığa bağlıdır. Yəni, bu illər ərzində təhsilə xərclənən milyonlar savadsızlığa xidmət edib.

Uzun illərdi deyirik ki, Azərbaycan hakimiyyəti üçün dövlət anlayışı fərdlərin maraqları ilə assosasiya olunur. Yəni, hakimiyyət üçün daxili və xairici siyasətdə dövlətin qazancı deyil, məmurların mənfəəti əsas götürülür.
PA rəhbəri də bunu təsdiqləyib və bildirib ki, dövlət məmur deməkdir. Bugün Azərbaycanda həqiqətən də yüksək çinli məmurlar özlərini dövlət hesab edirlər və ictimai-rəy onları qətiyyən düşündürmür. Çünki, onlar hakimiyyətin mahiyyətini dəqiq bilirlər. Bilirlər ki, Azərbaycan məmurlar arasında bölünüb, bütün sahələr “monapoliya” dadır və hüququn heç bir önəmi yoxdur. Belə olan halda nə sosial ədaələt, nə də cəmiyyət haqqında düşünməyə heç nə vadar edə bilməz.

Azərbaycanda “ziyalı” anlayışının necə deqradasiyaya uğraması, günümüzün faciəvi reallığıdır. Ramiz Mehdiyev deyir: Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”.
Cənab akademikin Sabirin, Cəlilin xiffətini çəkməsi də bizi təəccübləndirir. Bugün 10-larla ziyalı qondarma ittihamlarla həbs olunub. Hansıki, bu adamlar nəinki ölkə daxilində, ölkə xaricində də nüfuz sahibidilər. Ölkənin 1 nömrəli hüquqşünaslarını zindana atıb, sonra hüquqşünas kadrların olmamasından şikayətlənmək, qeyri-ciddilik deyilmi?

Cənab Mehdiyev, “Molla Nəsrəddin” jurnalı da bu ölkədə dərc olunub. Ancaq, sizin 21 illik hakimiyyətiniz azad mətbuatı, tənqidi fikri düşmən elan edib. Məhz bunun nəticəsidir ki, ölkədə barmaqla sayılacaq qədər müstəqil qəzet yoxdur. Təkcə, “Azadlıq” qəzetinə qarşı apardığınız müharibə, fərqli fikrə münasibətinizi aydın göstərir. Bütün vasitələri şüurlu sürətdə məhv edib, sonra keçmişə təəssüflə yanaşmaq heç də səmimi görünmür. Bir məsələ də haqlısınız ki, Üzeyir bəyin gülüş