Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

İmam Hüseyn (ə) üçün ilk əza məclisi

Şəhid Mürtəza Mütəhhəri

Aşura günü günortadan sonra xanım Zeynəb (s) səhnəyə gəlir. İnqilabın davamı həmin andan ona tapşırılmışdır. Karvanın rəisi odur. Çünki karvanda yeganə kişi olan həzrət Zeynəlabidin (ə) ağır xəstədir və tibbi yardıma ehtiyacı var. Yezid qoşununun başçısı ibn Ziyad göstəriş verib ki, Hüseyn (ə) övladlarından bir nəfər də olsa kişi sağ qalmamalıdır. Əhli-Beyt (ə) üzərinə bir neçə dəfə hücum baş verib və İmam Zeynəlabidini (ə) öldürmək istəyəndə onun durumunu görüb deyiblər: “Bu özü ölür...” Burada bir hikmət, ilahi məsləhət var. Belə ki, İmam Zeynəlabidin hansısa yolla sağ qalmalı, İmam Hüseynin (ə) nəsli davam etməlidir. Xanım Zeynəbin (s) işlərindən biri də İmam Zeynəlabidinə tibbi yardım göstərməkdir.
Məhərrəmin 11-ci günü günortadan sonra əsirləri çubuq palanlı heyvanlara mindirib yola düşdülər. Onların yol boyu əziyyət çəkməsi üçün imkan vermirdilər ki, çubuq palan üzərinə parça salsınlar. Əsirlərin bir xahişini yerinə yetirdilər. Onlar xahiş etdilər ki, bizi Hüseynin (ə) qətlgahından aparın, əzizlərimizlə sağollaşaq. Əsirlər arasında İmam Zeynəlabidinin (ə) ayaqlarını miniyin qarnı altından bağlamışdılar. Başqalarının ayaqları açıq idi. Qətlgaha çatanda hamı özündən ixtiyarsız miniklərdən endi. Xanım Zeynəb (s) özünü İmam Hüseynin (ə) müqəddəs vücuduna çatdırdı, onu bu vaxta qədər görmədiyi halda gördü. Xanım Zeynəb (s) İmam Hüseynin (ə) başsız və libassız vücudu ilə söhbətə başladı. O elə nalə çəkirdi ki, dost da, düşmən də ağlayırdı. İmam Hüseynə (ə) ilk əza məclisini xanım Zeynəb (s) qurdu. O əzadar olsa da vəzifələrini yaddan çıxarmamışdı. İmam Zeynəlabidinə (ə) qulluq etmək onun öhdəsinə idi. Minik üstündə həzrəti pərişan görən xanım Zeynəb (s) ona doğru tələsib nəvaziş göstərdi: “Qardaş oğlu! Səni bir halda görürəm ki, ruhun cismindən pərvaz etmək istəyir.” İmam buyurdu: “Bibican! Mən əzizlərimi bu vəziyyətdə görüb necə narahat olmayım?!” Xanım Zeynəb (s) İmam Zeynəlabidinə (ə) təsəlli verməyə başlayır.
Ümmi Əmin zahirən xanım Xədicənin kənizi olmuş, sonradan azad edilmiş alicənab bir qadındır. O Peyğəmbərdən (s) hədislər nəql edib. Bu yaşlı qadın xanım Zeynəbə (s) qarşıdakı faciələr barədə danışmışdı. Xanım Zeynəb (s) buna əmin olmaq üçün atası Əlinin (ə) son günlərində ondan soruşdu: “Atacan! Mən Ümmi Əmindən hədis eşitmişəm. Onu bir dəfə də sizdən eşitmək istəyirəm...” Atası onu dinləyib buyurdu ki, Ümmi Əmin doğru deyir...
Xanım Zeynəb (s) həmin hədisi o ağır gündə İmam Zeynəlabidinə (ə) danışır. Hədisdə deyilir ki, bu hadisənin fəlsəfəsi var, Hüseynin (ə) ölümünü adi ölüm saymayın. Xanım Zeynəb (s) deyir: “Qardaş oğlu! Cəddimizdən rəvayət olunub ki, Hüseyn (ə) bu gün gördüyün yerdə şəhid olar, kəfənsiz dəfn edilər...”
Xanım Zeynəb (s) İmam Zeynəlabidinə (ə) elə bu yerin ixlas əhli üçün Kəbə olacağını bildirir. Günortadan sonra Ömər Səd öz qoşunundan qalan çirkin cəsədləri dəfn etmək üçün Kərbəlada qalmışdı. İmam Hüseynin (ə) səhabələ