Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

İmam Hüseynin (ə) məzarının tarixçəsi

Hicri-qəməri 61-ci il, məhərrəm ayının 10-cu günü İmam Hüseynin (ə) şəhadətindən və İbn Səd qoşunu savaş meydanını tərk etdikdən sonra İmam və köməkçilərinin cənazələri yerdə qaldı. Kərbəlanın ən qədim sakini sayılan ərəb qəbiləsi Bəni-Əsəd meydana gəlib üç böyük qəbir qazdı. Bir qəbir Bəni-Haşim şəhidləri, bir qəbir digər şəhidlər, bir qəbir isə İmamın dəfni üçün nəzərdə tutulmuşdu.
İmam Hüseynin (ə) cəsədi doğrandığından onu həsirə yığıb qəbrə tərəf gətirdilər və orada dəfn etdilər. Dəfn başa çatan kimi hamı dağılışdı ki, İbn Ziyad bu işdən xəbər tutmasın. Neçə həftə sonra səhabə Cabir ibn Ənsari İmam Hüseynin (ə) ziyarətinə getdi. O da İbn Sədin adamları görməsin deyə gecə yarı Kərbəlanı tərk etdi.

İmamın məzarını ilk dəfə sonradan Təvvabin kimi tanınmış Süleyman ibn Sürəd Xəzai və onun ətrafındakılar səliqəyə saldılar və əhd etdilər ki, İbn Ziyad və Ali-Mərvandan İmamın intiqamını alsınlar.

Hicri-qəməri 66-cı ildə Müxtar İmamın qatillərinə qarşı qiyam qaldırdı və İmamın məzarının tanınması üçün nişanə qoyub zəvvarların işini asanlaşdırdı.

Müsəlmanlar karvan-karvan İmamın ziyarətinə gəlirdilər. Əməvi valilərin işi isə məzarın ziyarətinə müxtəlif maneələr yaratmaq idi. Zəvvarlar isə yoldakı Əməvi əsgərlərinə hədiyyə adı altında bir şey verib pak qəbrin ziyarətinə nail olurdular.

Hicri-qəməri 132-ci ildə Əməvilər süqut etdi, Abbasilər hakimiyyətə gəldi. İmam qəbrinin zəvvarları artmağa başladı. Əksər Abbasi xəlifələri bu ziyarətə şərait yaradırdılar. Amma xəlifələr arasında İmamın qəbrini ağıtmağa cürət edənlər də var idi. Xüsusilə xəlifə Mütəvəkkil zəvvarlara mane olurdu. Amma oğlu Müntəsir hakimiyyətə gələndən sonra özü İmamın ziyarətinə getdi və Əhli-Beytə (ə) ehtiram göstərib İmamın məzarının düzəlişi üçün xeyli pul xərclədi.

Bir müddət sonra hakimiyyətə gələn Müstərşid xalqın, hakimlərin, əyaanların pak qəbrə hədiyyələrini müsadirə edib xəzinəyə qatdı.

Hicri-qəməri 273-cü ildə İmamın qəbri dağıdıldı və hicri-qəməri 283-cü ildə xəlifə Mütəzid yenidən tikinti işləri apardı. Beləcə İmamın məzarı müsəlmanlar rasında ziyarətgah kimi məşhurlaşdı. Mütəzid İmamın zəvvarları üçün xüsusi büdcə ayırmışdı və onlara diqqət göstərirdi.

Hicri-qəməri 368-ci ildə İzzədüddövlə İmamı ziyarət edir və zəvvarların yerləşməsi üçün iqamətgahlar tikilməsini göstəriş verir. Onun göstərişi ilə İmamın məzarı üzərində günbəz zinətləndirilir, yenidənqurma işləri aparılır.

Hicri-qəməri 369-cu ildə Zibtüləsədi İmamın hərəmini qarət edib, ona od vurur və qaçır.

Hicri-qəməri 401-ci ildə İmran ibn Şahin Bətaihi ziyarətgahda eyvan (rəvaq) tikdirir və bu eyvan hicri 13-cü əsrin əvvəllərinədək “Rəvaqi-İbn Şahin” adlandırılır.

Hicri-qəməri 407-ci ildə şamların aşması nəticəsində hərəm od tutur. Demək olar ki, bütün hədiyyələr yanıb kül olur.

Hicri-qəməri 489-cu ildə Xəfacə tayfasından olan bir dəstə hərəmi qarət edir. Onlar hətta zəvvarları qətlə yetirirlər.

Hicri-qəməri 553-cü ildə Abbasi Müstənsir hərəmi ziyarət edib, onun təmiri üçün pul ayırır.

Hicri-qəməri 653-cü ildə Nasir Əyyub Hələbdən ziyarətə gəlir və hərəmə böyük məbləğdə pul xərcləyir.

Hicri-qəməri 767-ci ildə Sultan Üveys Elxani hərəmi ziyarət edib yedənqurma işləri aparır.

Hicri 9-cu əsrin başlanğıcında Əli ibn Məhəmməd ibn Fəllah hərəmə hücum edib zəvvarları qətlə yetirir, hərəmi qarət edir.

Hicri-qəməri 914-cü ildə Şah İsmayıl hərəmi bahalı xalılarla bəzəyir. Sonradan İraq Osmanlı dövlətinin hakimiyyəti altında olur və Kərbəlada sabitlik hökm sürür.

Hicri-qəməri 1048-ci ildə 1-ci Şah İsmayıl hərəmi ziyarət edir, Hüseyni və Abbasi türbələrinin tikintisi üçün göstəriş verir.

Hicri-qəməri 1048-ci ilin sonlarında Osmanlı sultanı hərəmi təmir edir.

Hicri-qəməri 1216-cı ildə İbn Səud Kərbəlaya hücum edib hərəmi qarət edir. Tarixi mənbələrdə yazılır ki, İbn Səud hərəmdən xalis qızıl, qiymətli daşlarla bəzənmiş 20 qılınc aparır. Qarətçilər qızıl qapıları, xəzinəni qarət edirlər.

Hicri-qəməri 1241-ci ildə Kərbəla əhalisi Osmanlıya qarşı qiyam qaldırır. Qiyamçılar hərəmə sığınırlar. Osmanlı topları işə düşür və hərəmin bir hissəsi dağılır.

Hicri-qəməri 1258-ci ildə Kərbəla əhalisi Osmanlıya vergi verməkdən imtina edir. Nəcib paşa Kərbəlaya hücum edib qiyamçıları qətlə yetirir və hərəmə müəyyən xəsarətlər dəyir. Qoşun Kərbəladan çıxandan sonra əhali hərəmi təmir edir.

Hicri-qəməri 1259-cu ildə Məlik Əvəd Hüseyni və Abbasi hərəmlərinin qapılarını qızıl suyuna saldırır.

Miladi 1920-ci ildə Kərbəla inqilab mərkəzinə çevrilir. İnqilab rəhbərlərindən olan Şeyx Məhəmmədtəqi Hairi də Kərbəlada olur. İngilislər şəhəri topa tutur. İmam Hüseyn və Həzrət Abbasın hərəmləri dağıdılır. İngilislər şəhərə hücum edib qiyamı yatırdırlar.

Hicri-qəməri 1260-cı ildə böyük alim Seyid Kazim Rəşti Kərbəla tacirlərinin köməyi ilə Hüseyni eyvanda yenidənqurma işləri aparır.

Hicri-qəməri 1281-ci ildə Sultan Əbdülhəmidin anası Hüseyni eyvanın şərq hissəsində çeşmə tikdirir.

Hicri-qəməri 1296-cu ildə eyvanın qərb divarı Kaşan mərməri ilə üzlənir.

Hicri-qəməri 1297-ci ildə günbəzdən pəncərələr açılır.

Hicri-qəməri 1309-cu ildə müsəlman tacirlər hərəmdə qızılla üzləmə işi aparır.

Hicri-qəməri 1320-ci ildə bir hind tacir qızılla üzləmə işlərini davam etdirir.

Hicri-qəməri 1355-ci ildə hərəm genişləndirilir və divarlar sement-kərpiclə yenilənir.

Hicri-qəməri 1361-ci ildə hərəmin yerinə Belçika mərməri döşənir.

Hicri-qəməri 1365-ci ildə yanğında xəsarət dəymiş yerlər təmir olunur.

Miladi 1948-ci ildə hərəmə üç yeni giriş qapısı əlavə olunur. Pak hərəmin ümumiyyətl