Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Ayətullah Bürucerdinin nəzərində fəqihin vilayəti

Bir ara bu mövzuda sosial şəbəkələrdə bir məqalə paylaşılmış və Ayətullah Bürucerdinin adından bəzi yalanlar söylənilmişdir. Guya Ayətullah Bürucerdi siyasətin dindən ayrı olduğuna inanır və bunu müdafiə edirmiş. Hətta İmam Xomeyni (r) Ayətullah Bucerdinin həyatda olduğu müddətdə öz siyasi fikirlərini dilə gətirə bilməyib, yalnızca Ayətullah Bürucerdinin vəfatından sonra bu barədə olan fikirlərini üzə çıxartmağa başlayıb.
Lakin, qeyd olunan fikirlərin nə qədər əsassız olduğunu indi sizlərə Ayətullah Bürucerdinin öz kitabından açıqlayacağam. Bu məsələdə istinad edəcəyim kitab, Ayətullah Müntəzirinin qələmə aldığı “Əl bədruz-zahir fi salətil cumuati vəl musafir” adlı kitabdır ki, bu da böyük alim Ayətullah Burucerdinin fiqhin xaric dərsində qeydlərindən ibarətdir. Kitabın 74-cü səhifəsində Ayətullah Bürucerdi belə deyir:

لا یبقی شک لمن تتبع قوانین الاسلام و ضوابطه فی انه دین سیاسی اجتماعی ولیست احکامه مقصوره علی العبادات المحضه المشرعه لتکمیل الافراد وتامین سعاده الاخره بل یکون اکثر احکامه مربوطه بسیاسه المدن و تنظیم الاجتماع و سعاده هذه النشاه

"İslamın qanunlarına nəzər yetirən hər kəsdə, onun ictimai, siyasi bir din olduğuna dair heç bir şəkk-şübhə qalmaz. İslamın hökmləri yalnızca fərdlərin kamilləşməsi və axirət xoşbəxtliyinin təmini üçün deyildir. Bəlkə İslamın əksər hökmləri şəhərlərin idarəsi, cəmiyyətin tənzimlənmsi və bu dünyamızın xoşbəxtliyi ilə bağlıdır."

Bu cümlələrdən aydın olur ki, Ayətullah Bürucerdi, heç də iddia olunduğu kimi siyasəti dindən ayıran "fəqihlərdən" olmayıb. Əksinə, özünün də aydın şəkildə qeyd etdiyi kimi, İslamın əksər qanunlarının elə siyasi qanunlar olduğuna inanıb. Daha sonra Ayətullah Bürucerdi, idarəçiliyə kimin layiq olmasını qeyd edir. İlk öncə bu işlərin Peyğəmbər və İmamlar tərəfindən icra olunmalı olduğunu qeyd edən Ayətullah Bürucerdi, İmamların imkanları olmayacağı təqdirdə həmçinin böyük qeybət dövründə bu işə fəqihlərin layiq olduğunu bildirir. Həmin kitabın 78-79-cu səhifələrində belə deyir:

و اذا ثبت بهذا البیان النصب من قبلهم و انهم لم یهملوا هذه الامور المهمه التی لا یرضی الشارع باهمالها – ولا سیما مع احاطتهم بحوایج شیعتهم فی عصر الغیبه- فلا محاله یتعین الفقیه لذالک اذ لم یقل احد بنصب غیره. فالامر یدور بین عدم النصب و بین نصب الفقیه العادل. و اذا ثبت بطلان الاول بما ذکرناه صاره نصب الفقیه مقطوعا به و یصیر مقبوله ابن حنظله من شواهد ذلک

"Qeyd olunan açıqlama ilə (fəqihin) məsumlar tərəfindən təyin olunması və həmçinin imamların da Allahın, tərk olunmasına razı qalmayacağı işləri tərk etməyəcəkələri sabit olduqda (xüsusən də qeybət dövründə imamlar öz şiələrinin ehtiyaclarını yaxşı bilirdilər) əgər bu məqamın başqasına aid olmasını heç kim söyləməsə o zaman şübhəsiz bu məqam yalnız fəqihlərə məxsus olacaq. O zaman məsələ fəqihin təyin olunmaması və ya adil fəqihin təyin olunması ətrafında dövr edəcək. Və birinci ehtimalın (fəqihin təyin olunmamasının) batil olması sabit olsa, o zaman fəqihin təyin olunmasının doğruluğu ehtimalı, qəti və inkaredilməz olacaq və "Hənzələnin məqbuləsi" [1] isə, bu məsələyə dair yalnızca şahidlərdən olmuş olacaq".
Ayətullah Bürucerdinin fəqihin vilayəti mövzusunda olan nəzərini, bu cümlələrdən aydın şəkildə anlamaq olur. Göründüyü kimi, Ayətullah Bürucerdi də cəmiyyətin idarəsi üçün fəqihin vilayətini şərt bilir. Hətta bu işdə ona rəqib ola biləcək alternativ belə görmür. Bundan əlavə Ayətullah Bürucerdinin nəzərində məsələnin isbatı üçün məşhur Hənzələ hədisi yalnız şahid dəlillər qismindəndir. Yəni Seyyid Bürucerdi demək istəyir ki, fəqihin vilayətini isbat etmək üçün, məsumların həyatı və əqli dəlillər özlüyündə kifayətdir. Ayətullah Bürucerdi, aşağıdakı cümləsində bu mövzuda olan fikirlərini daha aydın şəkildə ifadə edir:

بالجمله کون الفقیه العادل منصوبا من قبل الائمه لمثل تلک الامور العامه المهمه التی یبتلی بها العامه مما لا اشکال فیه اجمالا بعد ما بیناه و لا نحتاج فی اثباته الی مقبوله ابن حنظله غایه الامر کونها من الشواهد

"Nəticədə adil fəqihin İmamlar (ə) tərəfindən, cəmiyyətin də ehtiyac duyduğu həmin ümumi işlərə (idarəçi) təyin olunmaları məsələsində, qeyd etdiklərimizdən sonra heç bir şübhə qalmamaqdadır. Və bu məsələnin isbatı üçün, hətta Hənzələnin məqbuləsinə belə ehtiyac yoxdur. Sadəcə bu hədis şahid qismində olan dəlillərdəndir."

[1] Ömər İbn Hənzələ tərəfindən nəql olunan bu hədis, fəqihlər tərəfindən qəbul olunduğu üçün bu hədis "Hənzələnin məqbuləsi" olaraq məşhurlaşıb. İmam Sadiqdən (ə) nəql olunan bu hədisdə deyilir: "... Mən onu sizin üzərinizə hakim təyin etdim"

Əbəlfəz Huseyni


1323 بازدید
در حال ارسال اطلاعات...