Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2014

İmamın (ə) Zeynəbə tövsiyələri

İmam Hüseynin (ə) acı şəhadət xəbəri Zeynəbə necə təsir etdi. Bu xəbər o qədər ağır idi ki, onun taqətini alıb bihuş edərək yerə yıxdı.
İmam Səccad (ə) buyurur: “Atam Hüseyn bibimin üzünə su səpib ayıltdı və buyurdu:” Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-Taalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə iqtida edib, onu özü üçün nümunə bilməlidir. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən: Olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən.”
İmam Səccad (ə) buyurur: Atam bu tövsiyələrdən sonra bibimi mənim yanımda oturtdu:<