Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2014

Obamanın Qasim Süleymani xofu

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general Qasim Süleymani Yaxın Şərqdə ABŞ və müttəfiqləri, təkfirçi qruplar üçün kabusa çevrilib. Obama yaxın keçmişdə İraqın baş naziri Əl-İbadiyə deyib: “O, mənim düşmənimdir. Amma bu şəxsə xüsusi hörmətim var ”.
Əsr-e İran saytı yazır: İranın BMT-də və Londondakı sabiq səfiri Sadiq Xərrazi öz Facebook səhifəsində maraqlı bir məlumat paylaşıb. Xərrazi deyir ki, ABŞ prezidenti Obama, xarici işlər naziri Con Kerri Qüds Qüvvələri komandanı Qasim Süleymani haqqında danışırlar.
Xərrazi yazır:
Allahın adı ilə. Bu gün əziz və tənha dürr olan şəxs haqqında yazmaq istəyirəm. Əvvəlcə onu komandan deyə yad etmək istədim. Gördüm ki, SEPAH-da bu ada layiq insanlar çoxdur. Sonra sadəcə ağa deyə haqqında danışmaq istədim. Tərəddüd etdim. Çünki ağa çağırılası layiqli insanlarımız da az deyil. Başqa ad axtardım. Düşündüm ki, bir çox rəqib siyasətçilər, regiondakı oyunçular onun adı çəkiləndə narahat olur, xofa düşürlər. Bu gün o İslam dünyasının bir çox sərhədləri, Yəməndən Qıpçaq və Uyğur torpaqlarınadək, Aralıq dənizi və Dəclə-Fəratdan Sind və Kəşmirədək coğrafiyada İran və iranlılığa, İslam və Əhli-Beytə eşqlə, Süleymanvari, etiqad, şəhadət və cihad xalçasını qalxıb yeddi iqlimi dolaşır. Məliküş-Şüəra Baharın təbirtincə:

Büdrəmədən getsən İslam yolunu,
Hələbdən Kaşğərə Sultan Səncərsən.
Bu həmin mülkdür ki, tarixi qədim,
Misirdən Pəncaba Daryuşu gör sən.
Allahı unutma addım atanda,
Allahla olana nə qüssə, nə qəm!

O həmin şəxsdir ki, Obama İraqın yeni baş naziri Əl-İbadi ilə söhbətində haqqında deyib: “O, mənim düşmənimdir. Amma bu şəxsə xüsusi hörmətim var.” ABŞ xarici işlər naziri Con Kerri İranlı həmkarı doktor Zəriflə söhbətində deyib ki, bir dəfə də olsa Süleymanini görmək istəyir. Bütün bunlara baxmayaq, İslam yurdunun bu döyüşçüsü özünü siyasətçi saymır.
O, Kerman əyalətinin yoxsul təbəqəsindən çıxmış, nəcib və zəhmətkeş, kənddə doğulmuş insandır. Rəsmi adı “general, ordu komandanı Qasim Süleymani