Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Suriya ordusunun pələngini tanıyın – Fotolar

Suriyada “ordu pələngi” ləqəbi ilə tanınan polkovnik Suheyl Həsən ölkədə çətin əməliyyatlara göndərilən şəxsdir.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, Suheyl Həsən Suriyanın Laziqiyyə əyalətinin Ciblə şəhərində dünyaya gəlib. Polkovnik öz əməliyyatını Həma şəhərində başladı. Onun döyüş üsulu düşməni mühasirə etdikdən sonra, onun üzərinə hər tərəfdən atəş açmaqdır.
Onun mühüm xüsusiyyətlərindən biri orduda nizam-intizam və zahiri səliqədir. Belə ki, o həmişə ciddi şəkildə öz əsgərləri arasında intizamlı olmağa ciddi şəkildə fikir verir.
Polkovnik Suheyl Həsən azad edilmiş məntəqələrdə təhlükəsizliyi təmin etmək və asayiş yaratmaqda xüsusi məharətə malikdir. Belə ki, onun rəhbərliyilə İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) terrorçularından təmizlənmiş məntəqələr heç vaxt işğal edilməyəcək.
Bu suriyalı polkovnik keçən il Hələb şəhərinin mühasirəsini yarmağı və şəhərə yardımların girməsi üçün dəhliz yaratmağı bacardı. O öz mükəlləfliyinin davamında Hələb əyalətinin Şeyx Nəccar sənaye məntəqəsi və Hələb həbsxanasını azad etdi.
Suheyl Həsən başqa bir məmurluğunda Həma şəhərinin ətrafını təmizlədi və ən-Nüsrə cəbhəsinin xristianlar yaşayan Muhrədə şəhərinə hücumunun qarşısını aldı. Onun parlaq hərbi işində Laziqiyyə və İdlib şəhərlərinin ətrafının da terrorçulardan təmizlənməsi nəzərə çarpır.
Bu suriyalı komandan ölkədə müharibə başlayandan indiyə qədər heç bir döyüşdə məğlub olmayıb. Polkovnik Suheyl Həsənin məşhurlaşması bir çox əsgərlərin onun xüsusi təyinatlı briqadasına qoşulmasına səbəb olub.
O hazırda Homs əyalətinin şərq regionunu İŞİD terrorçularından təmizləmək üçün yola düşmüşdür. Bu komandirin hərbi düşüncəsi və yeni taktikalar yaratmaq qüdrətinə malik olduğuna görə, bu məntəqələrin İŞİD terrorçularının murdar vücudundan təmizlənəcəyinə ümid var.
Homs əyalətindəki Şair qaz mədənləri indiyə qədər iki dəfə İŞİD-in əlinə keçmişdir. Suriya ordusunun 400-ə yaxın hərbiçisi bu regionda öldürülmüş və yüzlərlə əsgər yaralanmışdır. Polkovnik Həsənin qüvvələri son günlərdə Həyyan qaz yatağını və Şair qaz yatağına yaxın yerdə yerləşən Siryatil təpəsini İŞİD-in işğalından azad edə bilmişdir.
Qeyd etmək lazımdır ki, Şair qaz mədənləri Suriyanın qaz tələbatının bir hissəsini təmin etməklə yanaşı ölkənin elektrik enerjisi istehsalında da böyük əhəmiyyətə malikdir.







1349 بازدید