Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2014

Obama Ayətullah Xameneiyə neçə məktub yazıb?

Ayətullah Xamenei general Süleymaniyə Amerikaya hücum etmək əmri versə, o bir an da yubanmayacaq!
Dünya mətbuatında ABŞ prezidenti Obamanın Cənab Rəhbər Ayətullah Xameneiyə məktub yazması hadisəsi müzakirə olunmaqdadır. Məşriq İnformasiya Agentliyi dünya mətbuatında gedən məqalələri araşdıraraq bu mövzuya xülasə şəkildə nəzər salır.

***

ABŞ Konqresinin veb saytı İran İslam Respublikasına müxalif qüvvələrin Ağ Ev tərəfindən dəstəkləndiyi barədə məlumat yayıb. İslam dövlətinə müxalif terrorçu qruplar ABŞ tərəfindən siyasi müxalifət kimi himayə olunur. Ağ Ev bu qrupları dəstəkləməklə nüvə danışıqlarında İrana təzyiq imkanlarını artırmaq istəyir. “Hil” internet saytı yazır: “Qərb, Mədəni Cəmiyyət Layihəsini gücləndirməklə nüvə müzakirələrində istədiyi nəticəni əldə edə bilər. İrana təzyiqlərdə bu layihə güclü təsirə malikdir. Mədəni Cəmiyyət dedikdə layihədə bütün siyasi qruplaşmalara azadlıq verilməsi nəzərdə tutulur. Bu qruplar Qərb tərəfindən himayə olunur. Biz məqsədə çatmaq üçün İran daxilində müttəfiq qrupları gücləndirməliyik. Nüvə probleminin həlli üçün təkcə sanksiyalar bəs etmir. Mədəni Cəmiyyət Layihəsi bizi məqsədlərimizə daha çox yaxınlaşdırır.”
ABŞ Konqresinin internet mərkəzi yazır: “Tədrici şəkildə ittifaqların, sindikatların, peşəkar qrumların, incəsənət qrumlarının, fəhlə birliklərinin yaradılması göstərdi ki, İranda Mədəni Cəmiyyət Layihəsi həyata keçirilə bilər. Biz nə yolla olur olsun cəmiyyəti ciddi nəzarətdə saxlayan təşkilatların rolunu azaltmalıyıq. Bizim bu istəklərimiz tərəfdarlar qazansa da, əhəmiyyətli addım atmaq olmur. Məsələn, təhsil naziri universitetlərdən çıxarılmış şəxslərin geri qaytarılmasını tələb etsə də, bu tələb onun siyasi nüfuzuna zərbə vurdu.”
Hil yazır: “Bununla məsələ bitmir. Çapı dayandırılmış kitablara yol açılması, kino evinin təşkili, yazıçılar birliyinin yaradılması mühüm məsələlərdir. ABŞ və Avropanın xarici siyasəti İran İslam Cümhuriyyətinin manevr imkanlarını azaltmaq üçün Mədəni Cəmiyyət Layihəsini həyata keçirməkdir. Ehtiyatlı olmalıyıq ki, diplomatik qapıları üzümüzə bağlamış Buş siyasətləri bir daha təkrarlanmasın. Diplomatik kanalları işə salmaqla biz mədəni cəmiyyətin ifratçılarla qarşıdurmada gücünü artıra bilərik.”
Amerikanın Faks Nyus şəbəkəsi bu günlərdə adı Qərb mətbuatında çox hallanan general Qasim Süleymaninin İraq hərbçilərinə şəhadət təlimi keçməsindən yazır. Faks Nyus İŞİD-lə müharibə mövzusuna toxunaraq yazır: “Ötən həftə İŞİD qüvvələri geri çəkildiyi zaman İraq ordusu qələbəni qeyd etdi, İraq televiziyası tankların paradını nümayiş etdirdi. Döyüş məntəqəsində İŞİD-in əlində olan inzibati binalarda İraq ordusunun əskərləri mövqe tutmuşdu. Bu təsvirlər arasında İŞİD üzərində qələbənin əsas səbəbkarı sayılan İran generalı Qasim Süleymaninin də siması gözə dəyirdi. Şiə partizan qrupları İŞİD-in sünni kəndlərindən çıxarılmasında böyük rol oynayıb. Partizan qrupun rəhbərlərindən biri “Asoşeyted Press”ə deyib ki, SEPAH və Hizbullah hərbi təlimatçıları İŞİD-lə döyüş xətti boyu ön sıradadırlar və 7 min döyüşçüyə təlim keçirlər.”
İraq ordu komandanlarından biri deyib: “Qasim Süleymani son əməliyyat planlarını 3 ay öncə hazırlamışdı. Paytaxtın cənuba doğru 50 km-liyində yerləşən məntəqə Kərbəla zəvvarlarının ötüb keçdiyi yoldur. Livan Hizbullah təlimatçıları Bağdadın şimalındakı qüvvələrə təlim keçir. Döyüşdə Hizbullahın iştirak edib-etmədiyi məlum deyil. İran SEPAH-ının bir qolu olan Qüds Qüvvələri uzun müddətdir şiə hərbçilərə təlim keçirlər. İraq ordu komandanları və siyasətçilər Qüds komandanı Süleymanini “cəsur” kimi vəsf edir və deyirlər: “Süleymani ön xətdə, ən təhlükəli zonada zirehli geyimdən istifadə etmir. Süleymani bizə ölümə həyatın başlanğıcı kimi baxmağı öyrədib.”
ABŞ tədqiqat institutlarından birinin rəisi Maykl Sinq bildirir ki, İranın strategiyasını heç bir yolla dəyişmək mümkün olmayıb. Vaşinqton institutunun rəisi olan bu şəxs Wall Street jurnalına deyib: “Bəzi məlumatlara əsasən, İranla ABŞ arasında gərginlik azalır. Amma İran strategiyası üzərində möhkəm dayanıb. ABŞ-ın son illərdə fəaliyyəti buna yönəlib ki, Tehranı güc dilində danışmaqdan çəkindirsin. Amma belə görünür ki, İran söz sahibi olduğunu kənara qoymaq fikrində deyil. İran əvvəlki kimi Livan Hizbullahını himayə edir, Yəməndə Husiçilərə dəstək verir, HƏMAS və bu qəbildən olan radikal qrupları dəstəkləyir. İranın İraqda nüfuzu artmaqdadır. İran açıq-aşkar İraqın radikal şiə qruplarını himayə edir. Bu isə Obamanın siyasətlərinə ziddir. Suriyada isə ABŞ-İran qarşıdurması daha güclüdür. Ağ Ev Bəşar Əsədin getməsinə, Tehran onun qalmasına çalışır. İran Suriyaya hərbi təlimatçılar göndərir, bu ölkədəki ordu birləşmələrini döyüşə hazırlayır. İran Amerikanı İŞİD-i yaratmaqda ittiham edir. Belə görünür ki, İran Amerikanın strategiyasını dəyişməkdədir.”
“Telegraph” qəzeti Konqresə son seçkilərdə Demokratların məğlubiyyətindən yazır. Bunun səbəbi kimi Buş dövlətinin iqtisadiyyat və xarici siyasətdə uğursuzluqlarının davam etdirilməsi göstərilir. Obama 2012-ci ildə Ruzveltdən sonra iki seçkidə ardıcıl səs qazanmış ilk demokrat prezident oldu. Amma 2 il ötməmiş onun reytinqinin güclü şəkildə aşağı endiyi nəzərə çarpır. İkinci dünya müharibəsindən sonra ikinci prezidentlik dövründə yalnız Buş Obamadan nüfuzsuz olub. Bəs Obamanın reytinqinin sürətlə enməsinin səbəbi nədir? Bunun əsil səbəbi kimi ölkədəki iqtisadi böhran göstərilir. Seçicilər və siyasətçilər vəziyyətin hər gün pisləşməsində Obamanın siyasətlərini təsirli sayır.
Obamanın dövründə 10 milyona yaxın iş yeri açılıb, işsizlik böhrandan sonra ilk dəfə 6%-dən aşağı enib. Səhm bazarının vəziyyəti yaxşılaşıb. Təəssüf ki, yeni iş yerləri az maaşlı və növbəlidir. Belə iş yerləri insanların ehtiyaclarını təmin etmək gücündə deyil. Amerikada işsizlərin əksəriyyətinin yaşı 37-dən aşağıdır. Bir dəfə iş yerini itirənlər artıq iş ardınca gəzmir. Nəticədə ailənin orta aylıq gəliri 2008-ci illə müqayisədə daha aşağı düşüb. 54% amerikalı bu fikirdədir ki, iqtisadi böhran davam edir və vəziyyət pisləşməkdədir.
Ağ Evin Ukraynadakı məğlubiyyətləri təsirsiz ötüşməyib. Prezidentlər adətən reytinqi aşağı düşəndə diqqəti xarici problemlərə yönəldirlər. Amma Obama bu işi görməklə daha da nüfuzdan düşdü. Ekspertlər düşünür ki, böhranların sürəti Obamanın reaksiyalarının sürətindən qat-qat böyükdür. Putinin Ukraynaya təcavüzü, Çinin cənub dənizinə əl uzatması, Amerikaya qeyri-qanuni miqrasiya, Suriyada və İraqda İŞİD-in əməliyyatları Obamanın nüfuzuna yalnız zərbə vurub. Bu hadisələr sırasında bir çox uğursuzluqlar birbaşa Ağ Evin siyasətləri ilə bağlıdır.
Xarici mətbuatda yer alan mövzulardan biri də İranın daxili məsələləridir. Xarici mətbuat İranda daxili vəziyyəti gərgin göstərməklə bir növ Ağ Evin siyasətini yürüdür, diqqəti ABŞ-ın problemlərindən yayındırır. Bu mövzulardan biri rəhbəri seçən Xibrə məclisi ilə bağlıdır. İslahatçıları özünə müttəfiq görən Qərb hətta Xibrə məclisinə onların başçılıq etməsi intizarındadır. Amma islahatçıların sözçüsü sayıla biləcək Sadiq Zibakəlam deyir ki, islahatçılarda belə bir güc yoxdur. Zibakəlamın sözlərinə görə islahatçıların namizədi olsa belə Nəzarət Şurası onlara yaxın şəxsin bu posta yiyələnməsinə imkan verməz. Müxtəlif dövrlərdə Xibrə məclisinə Ayətullah Mişkini, Ayətullah Haşimi, Ayətullah Məhdəvi Kəni başçılıq edib. İslahatçılar bu məclisdə post tutmağa maraqlı olsalar da onların Qərbə meyli buna mane olur.
İranda İmam Xomeyni (r) xəttinin davamçıları hələ ki, inqilabi ruhiyyəsini itirməyib və ölkədəki vəziyyətə nəzarət edir. Ölkədə bir rəsmi, bir nüfuzlu şəxs ABŞ və Qərblə münasibətlərdə həddi aşdıqda ciddi reaksiya ilə qarşılaşır. Kərbəla hadisələrinin ildönümü günlərində hər yerdə dövrün Şimrini tanı şuarının yayılması bunun dəlilidir. Əksər xütbələrdə bu məsələ işıqlandırılıb və Amerika ilə yaxınlaşmaq istəyən bütün qüvvələrə ciddi mesaj verilib. Əlbəttə ki, natiqlər öz çıxışlarında bu günün Müaviyəsi, Yezidi, Şimri, Ömər Sədinin adını çəkmirlər. Amma İranda inqilaba sədaqət ABŞ-a münasibətlə ölçülür və deyilən sözlərdən hərə öz payını götürür.
ABŞ Senatına seçkilərdə Respublikaçıların qələbəsi Obamanı pis vəziyyətdə qoydu. Hansı ki, ekspertlər Demokratların məğlubiyyətini proqnozlaşdırırdı. Xəbərdarlıq edilirdi ki, Obama üçün hansısa ciddi qərar çıxarmaq bundan sonra asan olmayacaq. Bu gün Obama Cənab Rəhbər Ayətullah Xameneiyə şəxsən müraciət etmək ittihamı ilə üzləşib. Təzyiqlər bu vaxta qədər görünməmiş gücdədir. Hansı ki, məlumatın düzgün olub-olmaması təsdiqlənməyib. Xəbər Wall Street jurnalında çap olunan gün Avropa rəsmilərindən bir neçəsi Obamaya İranla bağlı xəbərdarlıq edib.
Xəbər qısa olsa da təhlillər bir o qədər geniş olub. ABŞ və Qərb mətbuatında yayılan xəbər bundan ibarət olub ki, Obama Ayətullah Xameneiyə gizli məktub yazıb. Bu da bildirilir ki, Obama İŞİD və digər terrorçu qrupların məhvi üçün Ayətullah Xameneidən kömək istəyib. Wall Street yazır ki, Obama İranla ABŞ arasında müştərək mənafelərin olduğunu Ayətullah Xameneinin nəzərinə çatdırıb. Qəzet yazır ki, Obamanın məqsədi həm İŞİD-ə qarşı kömək almaq, həm də nüvə müzakirələrinə münasibətdə Ayətullah Xameneinin razılığını qazanmaq olub. Qəzet vurğulayır ki, bu məktub İranın regiondakı nüfuzunun qəbul edilməsi mənasına gəlir. Məlumatda bildirilir ki, Obama məktub mövzusunu Ərəbistan, BƏƏ, israilli müttəfiqləri ilə razılaşdırmayıb. Obama ilk dəfə deyil ki, belə ittihamla üzləşir, söhbət dördüncü məktubdan gedir. Bu artıq 4-cü ittihamdır və təsdiqlənməsə belə İranın nüfuzuna xidmət edir.
Məlumat elə bir vaxtda yayılıb ki, Ağ Ev sözçüsü belə bir məktubun mövcud olmasını təsdiqləyə bilməyəcəyini dilə gətirib. Sözçü deyib: “Mən prezidentin istənilən bir dövlət rəhbəri ilə yazışmaları barədə söz deyə bilmərəm. Sözçü vurğulayıb ki, Ağ Evin İrana münasibətləri dəyişməyib, iki ölkə arasında İŞİD-ə qarşı həmkarlıq mövcud deyil. ABŞ İŞİD-lə bağlı məlumatlarını İranla bölüşməyəcək. Sözçü qeyd edib ki, yalnız nüvə müzakirələri kənarında İŞİD-lə bağlı söhbətlər baş tutub.
Məktubla bağlı qalmaqallar gücləndiyi bir vaxtda Obama son bəyanatında maraqlı ifadələr işlədib. Bəziləri bu bəyanatı Amerikanın məğlubiyyəti kimi dəyərləndirir. Obama çıxışında İran üzərinə gələrkən deyib ki, İran ABŞ-ın təkliflərini qəbul etsə o Konqresi razı salacaq. Obamanın bu çıxışı təbii ki, Respublikaçılar, yəhudi lobbisi və İsraili özündən çıxarıb.
İranda islahatçılara yaxın dövlət rəsmilərinin bəziləri bu fikirdədir ki, ABŞ-da İranla yaxınlaşmaq istəyən mötədil bir cinah var. Onlar Obama və Kerrinin bu cinaha aid olduğunu iddia edirlər. Bu iddialarla ABŞ-la danışıqların davam etdirilməsini, hətta bəzi məqamlarda güzəştə gedilməsini münasib sayırlar. Onların nəzərincə bu fürsət əldən çıxsa və Respublikaçılar hakimiyyətə gəlsə münasibətlərdə gərginləşmə artacaq və diplomatik danışıqlar gündəmdən çıxacaq. Hətta İrana qarşı hərbi əməliyyatlar mövzusunun gündəmə gələcəyini proqnozlaşdırırlar. Əslində isə bütün bu deyilənlər mövcud şəraitlə təsdiqlənmir və sazişçilikdən başqa bir şey deyil. Nə ABŞ, nə də İran cəmiyyətində bu baxışlar üçün arqument tapmaq olar.
Obama Konqres seçkilərində məğlubiyyətdən sonra növbəti dəfə İranı nüvə silahı hazırlamaqda ittiham etdi. O, Ruhani dövləti ilə müzakirələrə istəmədən getdiyini dedi və razılaşmanın olmamasını pis razılaşmadan daha münasib dəyərləndirdi. Sual yaranır ki, Obama düşdüyü vəziyyətdən çıxmaq üçün nə edəcək? Senat və Konqresdə məğlubiyyətdən sonra Obamanın İrana yaxınlaşmaqdan başqa yolu qalmayıb. “Vətən-e Emruz” qəzetinin yazdığı kimi İran Obama üçün qurtuluş adasıdır. O hər şeyi uduzub. Hətta Demokratlar bütün məğlubiyyətlərə görə Obamanı müqəssir sayır. Prezidentlik dövründən qalan iki ildə Obama ilə ciddi hesablaşmalar gözlənilir. Onun xarici siyasəti bütün Amerikanı qəzəbləndirib. Amerikalılar düşünür ki, Obamanın təqsiri ucbatından Ukrayna hadisələrində Amerika təhqir olunub. Obamanın Suriyaya hücumla bağlı səs-küylü bəyanatlarından sonra kimsə onun sözünə inanmır. Obamanın siyasətləri ABŞ-ın daxilində də uğursuzluğa düçar olub. Səs-küylü səhiyyə və ümumi sığorta layihəsi demokratlara ən böyük zərbə idi. Hazırda Obamanın nüfuzu 2008-ci illə müqayisədə çox aşağıdır. Hətta ərəblər onu zəif prezident sayır.
Faynenşel-Tayms Qüds Qüvvələri komandanı general Süleymanini milli qəhrəman, Ayətullah Xameneinin sadiq döyüşçüsü adlandırır. Britaniya mətbuatı Qasim Süleymaninin ön xətdə mübarizəsindən yazır: “Amerikalıların son vaxtlar qara siyahıya əlavə etdiyi general Süleymani məntəqədə milli qəhrəman kimi tanınır. İran general Süleymaninin vasitəsi ilə öz nəzarət çevrəsini genişləndirir. 57 yaşlı general dünya mətbuatının diqqət mərkəzindədir. İranda hətta islahatçılar onu qeyri-bərabər döyüşlərin qəhrəmanı adlandırır. Qasim Süleymani Ayətullah Xameneiyə sadiq bir döyüşçüdür. O Rəhbərin göstərişləri əsasında hərəkət edir. İraq, Livan, Suriya, Əfqanıstandakı gərginliklərin İrana yolu üzərində dayanan Süleymanidir. Amerikanın regionda nüfuzdan düşməsinin əsas səbəbkarı Qüds komandanıdır. Qasim Süleymani İsrailə qarşı əməliyyatlara yardım göstərir, Müqavimətə yol açan Əsədə dəstək verir. Bu şəxs heç bir siyasi qanada bağlı deyil, həyatında heç bir qaranlıq nöqtə yoxdur. Ekspertlərdən biri yazır ki, Ayətullah Xamenei general Süleymaniyə Amerikaya hücum etmək əmri versə, o bir an da yubanmayacaq. O öz döyüşçüləri ilə birlikdə Ali Komandanın ixtiyarındadır.

Vilayet.nur-az.com


1707 بازدید
در حال ارسال اطلاعات...