Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Xanım Zeynəb (s)

İndi Zeynəb, rəhbəri Seyyidüş-Şühəda (ə) və himayəçiləri Abbas, Əliəkbər, Bəni Haşimin və İmam Hüseynin (ə) vəfalı səhabələri olan karvana başçıdır. Həmin kişilər ki, karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər, onların vücudu Əhli-beytə təssəli idi. Bu himayələr sayəsində Seyyidüş-Şühədanın (ə) həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa və Əhli-beytə bir şey etəməyə cürət etmirdi. Əba Əbdillahın döyüş anındakı «La hovlə vəla qüvvətə illa və billah» fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli verirdi.
İndi, əzizlərinin ən yaxşısı şəhid olduqdan, qarət olunduqdan, xeymələrə od vurulduqdan, düşmənin amansız cəlladlığından çəkilən əzab-əziyyət, iztirab və pərişanlıqlara dözdükdən sonra və şəhidlərin qana boyanmış parça-par