Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2013

Bir dəfə büdrədiyin yolda…

İmam Hüseynin (ə) viladəti münasibətilə əyalətlərin birinə dəvət almışdım. Orada böyük bir alimlə tanış oldum. Mənim üçün vəhdət və əxlaqdan söhbətlər edər, bəzən də nəsihətedici nöqtələrə işarə edərdi.

Buyururdu: Mən Fəqih Xorasani kimi tanınmış Hacı Şeyx Qulamrza Yəzdi haqqında çox eşitmişdim. Onun böyük şəxsiyyət, hal əhli və İslama xidmət etdiyini din adamlarından eşitmişdim. Məxsusən, məhərrəm, səfər və ramazan aylarında at və qatırla ölkənin ucqar nöqtələrinə təbliğə gedərmiş. Bəzən səfər və təbliğ xərc də öz öhdəsinə olarmış. At və ya qatırla səfər etməyinin səbəbi də o vaxt maşın olmaması, ya da çox az olması imiş.

Çox istəyirdim o fəzilətli böyük insanı ziyarət edim, amma imkan olmurdu. Bir gün müqəddəs Məşhəd ziyarətinə getdim. Bir gecə İmam Rizanın (ə) ziyarətindən sonra Nəhavənd səhnəsində Gövhərşad məscidində insanların həddən artıq səmimiyyətlə ilahi nura boyanmış bir insana qulaq asdıqlarını gördüm. Şəbistanın xadimindən soruşdum: Xətib kimdir? Cavab verdi: Hacı Şeyx Qulamrza Yəzdi (Fəqih Xorasani kimi tanınır).

O fəzilətli məclisdə mən də iştirak etdim. Qəmli halda, şirin yəzd ləhcəsi ilə bir hadisə nəql etməyə başladı.

Yəzd şəhərində hər cəhətdən etibarlı olan bir nəfərlə tanış oldum. Bir gecə bizi öz evinə şama dəvət edib mənə dedi: Sizi şama dəvət etməyimin səbəbi budur ki, Kirmandan olan bir şərikim var və hesab-kitab üçün Yəzdə gəlib. Mənim evimdə qonaqdır və çox israrlıdır ki, sizi yaxından ziyarət etsin. Ona dedi: Namaz və minbərdən sonra gələcəyəm. Məclis qurtandan sonra ata minib o adamın evinə tərəf yola düşdüm. Yağış yağırdı, küçə də palçıq idi. Dəvət olunduğum küçəyə daxil olduqda atın ayağı suyun yuyub açdığı dəliyə düşdü və mən atdan yıxıldım. Əba və əmmaməm palçığa bulaşdı. Ev yiyəsi gəlib mənə kömək etdi və onun mənzilinə getdik. Bir nəfər yollayıb evdən əmmamə və əba gətizdirib geyinib qonaqla vaxtında görüşdük. Gecə yarısına yaxın evə qayıtdım.

Bu hadisədən bir il keçmişdi ki dostum yenidən məni evinə dəvət etdi. Amma bu dəfə oğlunun toyuna. Dostum məzhəbi və təqvalı olduğu üçün bu dəvəti qəbul etdim.

Şam namazından sonra yenə də həmin atla dostumun evinə tərəf yola düşdüm. Küçənin başına çatanda at dayandı. Hər nə etdimsə küçəyə daxil olmadı. Bu anda bir həqiqəti anladım ki, keçən il burada yıxılmışdı və indi o hadisə yadına düşdüyü üçün o küçəyə girmir.

Bu hekayəni danışandan sonra ağlar gözlə üzünü insanlara tutub buyurdu: Bir heyvan ki, keçən il büdrədiyi üçün bir ildən sonra o işdən imtina etdi, amma siz günahın bu qədər zərər və ziyanlarını gördükdən sonra yenə də günah sorağına gedirsiniz və özünüzü günaha batırırsınız.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1508 بازدید
در حال ارسال اطلاعات...