Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2014

İsrailin metal kartı

Qeyblə əlaqə iddiasında olan fırıldaqçıların işi üzrə bir mütəxəssis deyir ki, elə bir gün yoxdur kimsə ya peyğəmbərlik, ya da Mehdilik iddiası ilə çıxış etməsin. Bu insanlar həm xalqın etiqadını məhv edir, həm də dünyada İslam, Əhli-beyt (ə) məktəbi haqqında mənfi təsəvvür yaradır. Belə iddialar arasında ən çox yer alanlarından bəzilərinə nəzər salaq:
1.Qeyb aləmi ilə əlaqə;
2.Peyğəmbərlik və saxta qiblə;
3.İmam Zamanla əlaqə;
4.İmamlarla əlaqə;
5.Mehdilik;
6.Dua və zikirlərdə möcüzəli təsir
7.Fiqhi hökmlər çıxarmaq;
8.Öncəgörmə və yuxu təbiri;
9.Öncədən ölüm vaxtını demək;
10.Cin saxlamaq;
11.Ülume-qəribə deyilən fövqəl təbii biliklərə malik olmaq;
12.Müalicəvi enerji;
13.Şüur vasitəsi ilə xəstəliyin müalicəsi;
14.Basdırılmış xəzinələrin yerini bilmək.

Bu mövzulara diqqət və onların araşdırılması alim və təbliğatçıların işini ağırlaşdırır. Alim və təbliğatçılar böyük diqqət göstərməklə xalqı bu yalanlardan qorumalıdır. Çünki belə fəaliyyətlər genişlənəndə İslam və Əhli-beyt (ə) məktəbi gözdən düşür. Qeyri-adi və heyrətamiz iddiaların sonu yoxdur. Belə fırıldaqçılar qarşı tərfi təsir altına salma qüçün öz sözlərini elmi göstərməyə çalışır. Ötən onilliklərdə dünyada enerji ilə müalicə, düşüncəyə təsirlə müalicə (gipnoz) kimi fəaliyyətlər genişlənib, bu mövzuda leqal ədəbiyyat yayılır.
İşğalçı İsrail rejimi dünyanı nəzarətə götürmək layihələrində insanların psixologiyasına təsirə böyük yer verir. Hərbi müdaxilədən öncə insanların düşüncəsini işğal etdikdə ordu həmin məntəqəyə döyüşsüz daxil olur. İsraildə xüsusi mərkəzlər cəmiyyətin düşüncəsini zəhərləyən layihələr üzərində işləyir. Internet fəzasının genişlənməsi insanların psixologiyası üzərində hakimiyyət imkanlarını genişləndirir.
Sionist rejimin əsas layihələrindən biri şeytanpərəst (satanist) qruplar yaratmaqdır. Dünyada mövcud olan belə qruplar ideoloji baxımdan sionizm, himayə baxımından israillə sırf rabitədədir. Şeytanpərəst qrupların əsas hamiləri CİA və Mossad casus təşkilatlarıdır. Xüsusilə müsəlman ölkələrində belə qrupların yaradılması, maliyələşdirilməsi prioritet təşkil edir. Sionist rejim bu qruplardan həm siyasi nüfuzu həmdə kəşfiyyat məqsədi ilə istifadə edir. Heç bir qrupun öz üzərinə götürmədiyi tapşırığı belə qruplar həvəslə yerinə yetirir.
Şeytanpərəst qruplar öz işində ən cazibəli musiqilərdən istifadə edir. Onlar xüsusilə gəncləri təsir altına almaq üçün qeyri-təbii görüntülər yaratmağa çalışır. Nümunə olaraq şeytan kilsəsi yaradan kahin Anton Laveyi yada sala bilərik. Bu şəxs şeytani incil kitabının müəllifidir. Amerikada doğulmuş Lavey 17 yaşında sirkdə işə başlayıb. Sonralar polisdə xüsusi cinayətlər bölməsində fotoqraf işləyib. Daha sonralar cəmiyyəti təsir altına almaq istiqamətində fəaliyyətlərə start verib və şeytan kilsəsi yaradıb. Sirkdə və polisdə kifayət qədər təcrübə qazanmış Lavey qeyri-adi priyomlarla öz ardıcıllarını qula çevirir. Lavey 1997-ci ildə vərəm xəstəliyindən ölüb. Onun cəsədini yandırıb ardıcılları arasında bölüşdürüblər. Laveyin cəsədinin külündə əsraramiz şeytani güc olduğu bildirilir. Əgər Laveyin fəaliyyətlərini araşdırsaq onun kiçik sionist şagirdi olduğunu görərik.
Sionizmin səhnəyə çəxardığı əsrarəngiz məktəblərdən biri Kabaladır. Kabalanı yəhudi təsəvvüfü adlandıra bilərik. Məhz Kabala şeytan məktəbləri üçün bir proqarama çevrilib. Son 500 ildə yəhudilərin ən sirli məktəbi Kabaladır. Hazırda sionizmin hədəfində olan cəmiyyətlərdə müxtəlif adlar altında Kabala modeli həyata keçirilir.
Xristafor Kolumb və onun çevrəsi Kabalist olublar, cadugərlik məharətlərinə yiyələniblər. Kolumb Amerikanı Hindistani axtara-axtara Amerikaya gedib çıxdı. O öz səyahətlərində də cadugərlikdən istifadə edirdi. Bütün şeytanpərəstləri birləşdirən müştərək nöqtə cadugərlikdir. Dünyanın ən məhşur və əxlaq tanımayan aktyorları və müğənniləri Kabalistdir.
Cinsi məsələlərə münasibəti də şeytanpərəstlərin müştərək nöqtəsi saymaq olar. Şeytanpərəstlər, o cümlədən Kabalistlər əxlaqi dəyərlər tanımır. Onlar zahiri etiketləri, nəzakət qaydalarını əxlaq sayırlar. Hansı ki, əxlaq, dəyərlər sistemi, həyat tərzidir. Əxlaq mənəviyyatdan qaynaqlanır və publikanın diqqətini cəlb etməyə hesablanmayıb. Ötən əsrdə meydana çıxan və bu gün də qərb gəncliyinin təfəkkürünü ovsunlayan metallist rok qruplar məhz şeytanpərəstliyin təzahürlərindəndir. Şeytanpərəstlər gənclərin zəif nöqtəsi olan musiqi üzərində xüsusi iş axtarır. Musiqi nə iş görür? İnsanı təsir altına salmaq üçün öncə fəza yaratma qlazımdır. İnsan kosmik fəzada çəkisizliyə düşdüyü kimi musiqi fəzasında da buna bənzər bir çəkisizlik yaşayır. Belə fəzada insan iradəsindən asılı olmayaraq hərəkət edir. Kosmik fəzada bir barmaq təkanı ilə hərəkət edən insan ecazkar musiqi fəzasında da asılı vəziyyətdə olur. Musiqi fəzasında əks cinslər üçün azad rabitə imkanları yaranır. Musiqi fəzası böyük maliyə məbəsi tələb etmir. Musiqiyə aludə insan onun təsiri oltında kiçik bir təkanla istənilən cərəyana doğru hərəkət edir. Kütləvi musiqi fəzasına qatılan gənc onun əqidəsi üzərində təcrübə aparıldığını hiss etmir. Bir sözlə sionizm həmdə dünya imperializmi öz istismar və təcavüz layihələrinin həyata keçirilməsində musiqidən geniş yararlanır.
İranda bir zaman tibbi təhsil alan, eyni vaxtda şeytanpərəst cərəyanın fəalı kimi tanınan Əmin gənci adlı şəxs Rahiyani-Nur karvanının tərkibində tələbələrə qoşularaq cəbhə bölgəsində olur. Müharibə atmosferinin saxlandığı bu tarixi yerlərin insana xüsusi təsiri var. Əmin Gənci bu səfərdən təsirlənərək çaşqın yolda olduğunu anlayır və doğru yola gəlir. Əminin İslama qayıdışı onunfəal olduğu şeytanpərəst cərəyanla bağlı bir çox sirlərin üzərindən pərdəni qaldırıb. Əminin sözlərinə görə bu qrup öz təlimatlarını Birləşmiş Ərəb Əmirliklərində yerləşən sionist mərkəzdən alıb. Bu mərkəz metallist qrup yaratmaq adı altında şeytanpərəst cərəyana maliyyə dəstəyi göstərib. Əminin təqdim etdiyi sənədlərdən aydın olub ki, mərkəz bu qrupa internet şəbəkəsi ilə səkkiz il ərzində bir milyon ABŞ dolları çatdırıb. Bu məbləğ İranın müxtəlif şəhərlərində qrup üzvlərinə paylanıb. Rep musiqinin başqa müsiqilərlə müqayisədə tərəftarı çoxdur. Onların geyimi də xüsusidir. Dik yaxalı köynəklər, yerdə akrobatik hərəkətlər imkanı verən geniş şalvarlar, qara eynəklər, pramida saqqallar, biz-biz saçlar rep üzvlərinin tanınmasına kömək edir.
İran İslam Respublikası işğalçı sionist rejimin düşməni olaraq ilkin hədəfdir. Təbii ki başqa müsəlman ölkələri də sionizmin siyahısındadır. İranda musiqi ilə məşğul olanlar yaxşı bilir ki, metallistlər İrana gitara ilə daxil olub. Ötən onilliklərdə bu qrup və fərdlər daha çox məxfi fəaliyyət göstərib. Bəzən bu qruplar elə pərdələnib ki, mədəniyyətə nəzarət edən təşkilatlardan rəsmi icazə də ala biliblər. Onlar musiqi albomları, şer kitabları hazırlayıb ölkədə yayıblar. Bu gün İran və digər müsəlman ölkələrində şeytanpərəstliyin simvolu sayılan boyunbağılar, bilərziklər və üzüklər açıq satılır. Gənclər qeyri-yardi şəkildə bu simvollardan istifadə edir. Xaricdə təhsil alan müsəlman tələbələr adətən CİA və Mossad kimi təşkilatların hədəfində olur. Varlı ailələr, belə ailələrin övladları qərb ölkələri ilə daha çox əlaqədə olduğundan asanlıqla belə cərəyanların təsiri altına düşürlər. Sənətçilər, musiqiçilər ABŞ, Britaniya, Kanada, Avstraliya kimi ölkələrlə işçi əlaqə saxlayırlar. Bu əlaqələr heç vaxt təhlükəsiz deyil. Şeytanpərəst qrupların təsiri altına düşənlərin 90 faizi təhsilsiz və tənha gənclərdir.
Sionist mərkəzlər şeytanpərəstliyin təbliği üçün daha çox CD-lərdən, bəzək əşyalarından, geyimlərdən istifadə edirlər. İnternet fəzasında belələrinin təbliğ imkanı daha böyükdür.Müxtəlif saytlar, bloqlar müxtəlif adlar altında şeytanpərəstliyi təbliğ edir. Gənclərin gecə qonaqlıqlarında bir araya gəlməsi adətən sionist mərkəzlərin himayəsi ilə baş tutur. Belə məclislərin təşkili üçün böyük büdcələr ayrılır. Şeytanpərəstlər sosial şəbəkələrdə də fəaldırlar.
Əfsus ki, dünya iqtisadi böhrandan daha artıq qlobal mənəvi böhran yaşayır. Ailə insitutunun dağılması, əxlaqi dəyərlərin məhvi, milli adətlərdən imtina elə bir fəza yaradıb ki, dini və milli kimlik ikinci plana keçib. Peyk şəbəkələri ilə yayılan proqramlarda milli, cinsi, dini mənsubiyyət ayrıseçkilik kimi təbliğ olunur. Yəni müasir insan dindən, milliyyətdən və öz cinsi mənsubiyyətindən imtina etməyə çağırılır. Ekspertlər bildirir ki, Amerikanın məhşur sorğu mərkəzləri təkcə 2006-cı ildə ABŞ dövlətinin satanizmin təbliğinə 8 milyon dollar ayırdığını açıqlayır. İnternetdən istifadə edənlərin sayı artdıqca bu qruplara qtılanların sayı da artır . Nəzəriyyəçi satanistlər öz işinə sadə bir veb-bloqla başlayır. Axtarış şəbəkəsində “metal” sözünü axtarışa versək milyonlarla bloq ünvanı göstərilir. Xaricdəki sionist şəbəkələr İran cəmiyyətinə təsir məqsədi ilə farsdilli peyk şəbəkələrinə daha çox sərmayə ayırırlar. Zahirən İslam respublikasına qarşı çıxış edən bu şəbəkələr əslində dini dəyərlərdən imtina edir. Müxtəlif şəkildə şübhələr yaratmaqla insanlarda dinə bağlılığı zəiflədirlər.
Sionizmin, masonluğun, satanizmin simvolları çox incə üsullarla dünyaya yayılır. Müsəlman ölkələrdə hətta arxitektura sahəsində belə simvollar diqqəti çəkir. 666 rəqəmini bir çox formalarda müşahidə edə bilərik. Tikintilərdə, geyimlərdə, dizayn işlərində bu rəqəmdən çox istifadə olunur. 666 şeytanpərəstlik simvollarındandır. Tərsinə çevrilmiş xaç simvolu xristianlığın məhvinə, bu ilahi dinə istehza mənası daşıyır. Boyunbağlarda tərsinə çevrilmiş səlibdən çox istifadə olunur. Günəş çarxı deyilən, daha çox Hitlerin simvolu sayılan sıvastika əslində qədim Yunanıstandan bu yana şeytan simvolu sayılıb. Bərəlmiş tək göz qədim şeytan simvollarındandır. Bu əlamət cadugərlikdə daha çox qarşıya çıxır. ABŞ dollarının üzərində də bu əlaməti görmək mümkündür. Feminizm sionizmin layihəsi olaraq şeytanpərəstlik simvollarının yer aldığı cərəyanlardandır.
İşğalçı İsrail rejiminin bayrağındakı altı bucaq ən məhşur simvol sayılır. Bu altı bucağın aldadıcı formaları var. Sinost rejim belə simvolları açıq gösrtərməkdən çəkinmir. Üzü yuxarıya ox qədim Romada ədalətə qarşı simvol sayılıb. Feministlərin iki ox işarəsi matrearxallıqın, qadın hakimiyyətinin simvoludur. Keçi başı əlaməti Həzrət Məsihə məsxərə olaraq yayılır. Həzrət Məsihin insanların günahlarından dolayı qurban getməsi sionistlər tərəfindən istehzaya qoyulur. Anarxizm, hakimiyyətsizlik sionizmin layihələrindəndir. Metal qrupların əksəri özünü anarxist kimi təqdim edir.
Yekun olaraq deyə bilərik ki, heçbir cəmiyyət açıq şəkildə şeytanpərəstliyə çağırılmır və proses tədricən müxtəlif adlar altında aparılır. Bu cərəyanları tanımaq üçün onların dinə qarşı çıxışları bir işarədir. Din və peyğəmbər tarixlərinin təhrif olunduğu filmlər, əxlaqsızlığın təbliği, narkotika və spirtli içkilərin təbliği, tarixi əsası olmayan əfsanələrin yayılması qlobal layihədə fəaliyyət üsullarındandır.

Nur-az.com


1123 بازدید