Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

Karterdən Obamaya qədər

ABŞ-ın sabiq prezidenti Karterdən hazırkı prezidenti Obamaya qədər ötən dövrü ABŞ-İran münasibətlərində 35 illik fövqəladə vəziyyət adlandırmaq olar. İslam inqilabından bir neçə ay sonra Karter tərəfindən İrana qarşı imzalanmış qadağalar 35 il sonra Obama tərəfindən növbəti dəfə uzadıldı. 1979-cu il 14 noyabrda ABŞ prezidenti Karter bir neçə ay öncə dünyada ən yaxın müttəfiqinə qarşı fövqəladə vəziyyət fərmanı verdi. Bu göstəriş üçün bəhanə Tehranda casus yuvasına dönmüş ABŞ səfirliyinin işğalı oldu. İlk qadağa inqilabı boğmağa hesablanmış iqtisadi sanksiyalar idi. Vaşinqton bu qadağadan öncə İrana silah satışını yasaqladı. Karter 12170 nömrəli fərmanda yazır: “Mən ABŞ prezidenti olaraq bu qənaətə gəlmişəm ki, İranda yaranmış vəziyyət bizim milli təhlükəsizliyimiz, xarici siyasətimiz və iqtisadiyyatımız üçün böyük təhlükədir. Bu təhlükənin qarşısını almaq üçün fövqəladə vəziyyət elan edirəm.” İqtisadi sanksiyalarla bağlı deyilir: “Göstəriş verirəm ki, İran dövlətinin bütün mülkiyyəti, maliyyə mənbələri dondurulsun, İran mərkəzi bankı qapansın.” Karterin bu fərmanı ilə ABŞ maliyyə nazirliyi mövcud fövqəladə vəziyyətə əsasən İranla bağlı və İrana məxsus bütün iqtisadi kanalları dondurdu. Fövqəladə vəziyyət haqda qanun ABŞ prezidentinə ixtiyar verir ki, İrana məxsus bütün iqtisadi əməliyyatları nəzarətə götürsün. ABŞ qanunlarına əsasən xarici düşmənlə hərbi qarşıdurma zamanı həmin ölkənin maliyyə vəsaitləri müsadirə oluna bilər.
Karterin fərmanı əsasında İranın Amerika banklarındakı 12 milyard vəsaiti donduruldu. Bu 12 milyard necə toplanmışdı? 2,5 milyard dollar ABŞ mərkəzi bankında saxlanılırdı, 1,6 milyon uns qızıl (940 milyon dollar dəyərində) və 1,14 milyard dollar dəyərində səhm ABŞ dövlətinin ixtiyarında idi. 5,5 milyard dollar səhm Amerikanın Avropadakı bank şöbələrində toplanmışdı. Karterin fərmanından sonra bu məbləğin böyük hissəsi İran şahının borcları adı altında müsadirə olundu. 4 milyard dollar Amerikaya dəyən zərərlər bəhanəsi ilə silindi. Əl-Cəzair razılaşmasından sonra dondurulmuş məbləğlərin kiçik bir hissəsi qaytarılsa da əsas məbləğ vaşinqtonun nəzarəti altında saxlanıldı. Maykl Rizmen “Aldadıcı arqumentlər” kitabında Karterin bu addımlarını İrana qarşı təzyiq kimi dəyərləndirir. Əslində ABŞ prezidentinin İslam inqilabından sonra “Fövqəladə vəzyyət” adı altında fərman imzalamaq səlahiyyəti yox idi. Hazırda Ağ Ev müxtəlif xarici ölkələrə qarşı 30 fövqəladə vəziyyət fərmanı qüvvədə saxlayır.
Bu qanun ABŞ prezidentlərinin İrana qarşı qeyri-qanuni addımlarına yol açır. Məhz bu qanunun təsdiqi nəticəsində ötən 35 ildə İran İslam cümhuriyyətinə qarşı ağıla gəlməyən təcavüzkar addımlar atılıb. Hər dəfə fövqəladə vəziyyət fərmanının vaxtının başa çatmasına bir neçə ay qalmış fərmanın vaxtı uzadılır. 1979-cu ildən bu günə qədər bütün ABŞ prezidentləri fövqəladə vəziyyət qanununun vaxtını artırıblar. 1995-ci il 15 martda ABŞ prezidenti Bil Kilinton İrandan gözlənilən təhlükənin qüvvədə qaldığını bəhanə edərək qadağaları daha da genişləndirdi, 12957 və 12959 fərmanlarını imzaladı. Klinton 1997-ci il 19 avqustda 13059 fərmanını imzaladı. Bu qanunda yeni qadağalar nəzərdə tutulurdu. Klinton öz qərarını İranın dəyişməyən siyasəti ilə əlaqələndirdir. Qanuna əsasən neft layihələrində iştirak, ticarət mübadilələri məhdudlaşdırılırdı.
Bütün ABŞ prezidentləri İrana qarşı mövcud qadağaları saxlamaq və onları gücləndirmək üçün bəhanə tapmağa çətinlik çəkməyib. Nəinki İran terrorizmin himayəsi, hətta öz dövlət quruluşuna görə ittiham olunub. ABŞ-ın hazırkı prezidenti Barak Obama ilk dəfə İrana qarşı 2010-cu il 29 sentiyabrda 13553 fərmanını imzalayıb. Bu fərman üçün bəhanə İranda insan haqlarının pozulması olub. Obama bugünə qədər İrana qarşı 9 qadağaya imza qoyub. Obama İrana qarşı “fövqəladə vəziyyət” qanununun il dönəminə ikicə gün qalmış 5+1 ilə müzakirələrə zərrəcə əhəmiyyət vermədən fərmanın müddətini artırıb. Obama konqresə yazıb: “İranla münasibətlərimiz normallaşmadığına görə 1981-ci il, 19 yanvar razılaşması qüvvədə saxlnılmaqla 12170 fərmanının müddətini artırıram.”

Nur-az.com


1093 بازدید
در حال ارسال اطلاعات...