Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Əhli-beyt (ə) qurtuluş vasitəsidir

Əbuzər Kəbə qapısından tutub dedi: “Eşitdim ki, Peyğəmbər (s) belə buyurdu: “Agah olun, mənim Əhli-beytim sizin üçün Nuhun gəmisi kimidir. Hər kəs ona pənah gətirsə qurtuldu, hər kəs ondan qalsa məhv oldu.” (“Yənabeul-məvəddət”, 1-94, bab 4, hədis 1)
Əmirəlmöminin (ə) buyurur: “Əgər sizlərin qurtuluşu nəzərdə tutulmasaydı, Allah bizi bu dünyaya göndərməzdi. Biz Allahın ərşi ətrafında həmd-sənaya məşğul idik və dünya əhli deyildik. Sizin ardınızca göndərildik ki, sizi küfr, şirk və azğın nəfs istəkləri girdabından çıxaraq, insanlıq zirvəsinə çatdıraq. Biz dünyanın zülmət quyusu başında dayanıb sizi onun dərinliyindən çıxaran, bu torpaq aləmdən pak aləmə hidayət edən karvanıq. Beləsə, əlimizi əlinizə verin, sədaqətlə bizə beyət edin ki, siz