Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2014

İŞİD-in süqutu uzaq deyil!

Doktor Mənsur Həqiqətpurla söhbət
Farhangnews.ir yazır ki, İslam İnqilabının qələbəsindən sonra düşmənlər əsrin hadisəsinə qarşı bütün yollara əl atdılar. İran İslam Cümhuriyyatinə qarşı cəbhə boyu hücuma keçdilər. Əvvəlcə İraqın təcavüzü baş verdi. Müharibədən nəticə əldə etməyib ideoloji müharibə, informasiya müharibəsini gücləndirdilər. Təbii ki, iqtisadi sanksiyalar da İslam Cümhuriyyətinə qarşı ümid etdikləri tədbirlərdən idi. 11 sentyabr məzhəkəsini qurdular ki, bu bəhanə ilə bir gün İrana da əl uzatsınlar. Bütün yollardan ümidləri üzüləndən sonra İslam adı altında terrorçu qrup yaradıb müsəlman dövlətlərinə təcavüz etdilər. Hazırda İŞİD adlanan cinayətkar birləşmə beynəlxalq imperializmin və sionizmin son ümid yeridir.
Mövzu ilə bağlı İslam Şura Məclisnin (İran parlamenti) Milli Təhlükəsizlik və Xarici Siyasət komisiyasının rəis müavini doktor Mənsur Həqiqətpur müəyyən sualları cavablandırıb.

***

Sual: Amerikanın başçılıq etdiyi imperializmin PKK, Cundullah, Ceyşul-ədl, Taliban, Əl-Qaidə, İŞİD kimi qruplar yaratmaqda və onları gücləndirməkdə məqsədi nədir?

Doktor Mənsur Həqiqətpur:
Bu adlar hamısı eyni məcmuədə deyil. Yəni, PKK mövzusunda ayrıca, Əl-Qaidə mövzusunda da ayrıca araşdırma aparılmalıdır. Sepahe-Səhabə, İŞİD fərqli təhlil istəyir. İkinci dünya müharibəsindən sonra qərb ideoloji müharibə aparırdı. Bu gün gördüyümüz terrorçu qruplar, regiondakı terror əməliyyatlarının başlanğıcı Əfqan Ərəblər adlanan cərəyandan başlanıb. Əfqan Ərəblər deyilən cərəyanı məntəqədə ərsəyə gətirdilər, onlara proqram hazırladılar, zamanında sabiq sovetlər birliyinə zərbə vurmaq üçün onlardan istifadə etdilər. Sonra taktiki dəyişikliklə onlara müxalifət siması verdilər. Sepahi-Səhabə cərəyanı Pakistan coğrafiyasında formalaşmışdı. Bu qrupu Səudiyyə Ərəbistanı şiələrin qətliamı üçün yaratmışdı. Məqsədləri İslam Cümhuriyyətinin Pakistan ərazisinə ideoloji və siyasi nüfuznun qarşısını almaq idi.
Amma İŞİD, son neçə ildə regionda baş verən hadisələr, əsasən ərəb ölkələrindən ibarət yaxın şərq regionunda fəaliyyətlər ABŞ tərəfindən bir neçə məqsədlə ortaya qoyulub. Burada irtica ilə istismar birlikdə hərəkət edir. Amerika desək də onun Ərəbistan, Qətər kimi nökərləri də səhnədədir.
İlk planları bu idi ki, ucuz başa gələn terrorçuluq vasitəsi ilə dini demokratiya üzərində qurulmuş hökumətləri aradan götürsünlər. Bu terrorçu cərəyanlar yaradılıb ki, dini demokratik hökümətlər yaranmasın. Belə hökumətin bir modeli İran İslam Cümhuriyyətidir.
Digər məqsəd bu olub ki, məntəqədə müsəlmanları qarşı-qarşıya qoysunlar. Bu gün təəssüflər olsun ki, terror edən də özünü müsəlman adlandırır, terrora məruz qalan da müsəlmandır. Qərb bu oyuna nəsə xərcləmir. Zahirən müsəlman cahil insanlar məzlum insanların qətliamında israrlıdırlar.
İŞİD-in yaradılmasında başqa bir məqsəd qəddar, çirkin, ağıl və məntiq tanımayan müsəlman obrazıdır. Bu gün İŞİD-in addımları, insan haqlarına, elmə, cəmiyyətə, qadın və uşaqlara münasibəti əsrlərin başına gətirilən faciələr İslamı gözdən salmağa hesablanıb. Bu qrup hərbi məktəbə daxil olub 180 nəfərin başını kəsir. Belə addım heç bir məktəbdə, heç bir məntiqlə məqbul sayılmır.

Sual: Maraqlıdır ki, ölkəmiz ərazisində terror əməliyyatkar xüsusi məntəqələrdə aparılır. Ölkənin cənub-şərqində, şimal-qərbində, Sistan və Bəlucestanda, qərbi Azərbaycanda, Kürdüstanda belə əməliyyatlarda məqsəd nədir?

Doktor Mənsur Həqiqətpur:
Çünki bu ərazilərlə həmsərhəd ölkələrdə sabitlik yoxdur. Pakistan rəsmiləri sərhədə nəzarət edə bilmədiklərini deyirlər. Burada böyük bir sərhəd ərazisinə qonşu dövlət zəifdir. Terrorçular bu sərhədlərdə rahat hərəkət edə bilir. Biz əksər ərazilərə ciddi nəzarət edirik. Hazırda boşluq olan yerlərin də nəzarətə götürülməsi istiqamətində ciddi iş gedir. Şimal-Qərb məntəqəsində İraq Kürdüstanına yaxınlıq səbəbindən müəyyən işlər görə bilirlər. Amma ünumilikdə məmləkətimizə sabitlik hakimdir.

Sual:Özləri İŞİD-i yaradın gücləndirlər, indi ona qarşı koalisiya yaradır, İranı da dəvət edirlər. Bu ssenaridə qərbin məqsədi nədir?

Doktor Mənsur Həqiqətpur:
Biz İŞİD-ə qarşı ciddi koalisiya görmürük. Koalisiya yaranandan sonra İŞİD-ın hərəkətləri artıb. İŞİD-i onlar özləri yaradıblar. İndi isə onun üçün ittifaq təsis etməyə çalışırlar. Bu işdə məqsədləri regiona hərbi müdaxilədir. Bir bəhanə ilə İŞİD-i yaşatmaq üçün çətir yaradırlar.

Sual: İŞİD süquta uğradığı bir zaman ikinci belə bir qrup yaradılması ehtimal