Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Noyabr 2014

Şəhadət əməliyyatı terror sayılırmı?

İşğalçı sionist rejim bir əsrə yaxın cinayətkar ömründə saysız-hesabsız dinc sakinləri qətlə yetirib, südəmər uşaqlara belə rəhm etməyib. Dünya imperializmi İsraili himayə edir və sionist rejim ordusu ən müasir silahlarla təchiz olunub. Onun düşməni əliyalın fələstinlilərdir. Namusu, ləyaqəti, həyatı, torpağı təcavüzə məruz qalmış bu xalq azğın düşmənə bəzən şəhadət əməliyyatları ilə zərbə vurur. Evinə düşmən soxulmuş bir xalq həyatını qurban verməklə düşmənə ölümü daddırır. İstər dünyada, istər şəriətdə sual yaranır ki, şəhadət əməliyyatı terror sayılırmı? Evini qoruyanın bu işi görməsi ilə kiminsə evinə təcavüz etmiş birinin eyni işi görməsi arasında qanuni fərq varmı?
İlk cavab budur ki, düşməndən qorunmaq fitri və əqli bir reaksiyadır. Allah bütün canlı varlıqlara özünü müdafiə vasitələri verib. Sadəcə insanlar ağıl qüvvəsindən bəhrələnərək təbii imkanlardan əlavə texniki imkanlar əldə ediblər. Birinin müasir silahlara malik olması silahsız insanın təbii müdafiə imkanlarını sıfra endirir. Buna görə də qeyri-bərabər güc qarşısında insan ləyaqətini qorumaq üçün həyatını qurban verir. Şəhadər əməliyyatı bu qəbildəndir. 20-ci əsrin sonlarında İslam ədəbiyyatında şəhadət əməliyyatı ifadəsi gündəmə gəlib. Bu barədə təqlid mərcələrinə, fəqihlərə suallar ünvanlanıb. Həmin suallar fərqli şəraitləri nəzərə almaqla cavablandırılır.
İnsanın öz həyatını qoruması İslamda vacib vəzifələrdəndir. Amma bəzən insanın təbii müdafiə vasitələri silahlı təcavüzkarın qarşısını ala bilmir. Ayə və rəvayətlərdə müdafiə cihadının zəruriliyi vurğulanır. Bu baxımdan şəhadət əməliyyatı müdafiə cihadı meyarlarına tam uyğun gəlir. Şəri dəlil olmadan insanın özünü öldürməsi böyük günahlardan sayılır. Amma şəhadər əməliyyatının məntiqi strateji dəlilləri var.
Şəhadət əməliyyatını terror sayılan intihar əməliyyatından fərqləndirən nədir? İntihar əməliyyatının başqa sözlə terrorizmin öz xüsusiyyətləri var. Terrorun xüsusiyyətlərini nəzərdən keçirək:
1.Terrorda qəddarlıq, zorakılıq var. Qətl, dağıdıcılıq, amansızlıq terrorun xüsusiyyətləridir.
2.Terrorda əsas məqsədlərdən biri qorxu yaratmaqdır. Terrorçu qarşısına məqsəd qoyub ki, intihar əməliyyatı ilə hər hansı dövlət və cəmiyyətə müəyyən tələbləri qəbul etdirsin. Bundan ötrü qorxu yaratmağa çalışırlar.
3.Terrorçunun məqsədi qeyri-qanuni, şəriətə zidd bir istəyə çatmaqdır. Terrorçunun məqsədi ən azı cəmiyyət və ya dövlət tərəfindən qanunsuz tanınır. Terrorun təkcə siyasi məqsədi olmur. Biz hazırda dini, ideoloji məqsədə çatmaq üçün terrora əl atıldığını görürük. ABŞ müdafiə nazirliyi 1990-cı ildə terrora verilən tərifdə, siyasi məqsədə ideoloji və dini məqsədi də əlavə edib.
4.Terror qəfil, məxfi həyata keçirilir. Müharibələrdə döyüşən tərəflər üzbəüz dayanır. Terrorçu isə bacardıqca məxfi hərəkət edir, qəfil zərbə endirir. Qəfil və məxfi zərbənin dağıdıcılığı daha böyük olur. Terror qəfil və məxfi olmadıqda məqsəd ödənmir. Terror barədə öncədən məlumat olduqda terrorun qarşısını alırlar. Terroru şəhadət əməliyyatından fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri terror zamanı günahsız insanların ölümünün terrorçunu narahat etməməsidir. Şəhadət əməliyyatında heç bir halda günahsız insanların ölümü qəbul edilmir.
...Qərb calışır ki, terrorizmi İslama sırısın. Onlar şəhadət əməliyyatlarını bəhanə gətirərək İslamı amansız terrorda ittiham edirlər. Fələstin mövzusunda belə manevrləri daha çoxdur. Onlar evini qoruyanın özünü qurban verməsini təcavüzkarın intihar əməliyyatı ilə eyniləşdirirlər. Bəli, İslam terrora qarşısır. Nəinki terror, məişət zəminində intihar hadisələri İslamda yol verilməzdir. Fiqh və şəriət terroru qətiyyətlə pisləyir. İslamda bu iki hadisə arasında fərqlər çox aydın şəkildə göstərilsə də qərəzli insanlar bunu qəbul etmək istəmir. Onlar şəhadət əməliyyatını terror, intihar adlandırırlar. Təbii ki, əksər hadisələr arasında müştərək nöqtələr var. Qərəzli insanlar iki hadisəni qarışdırmaq üçün həmin müştərək nöqtələrdən istifadə edir.
Bəs şəhadət əməliyyatının əsas xüsusiyyətləri nədir?
Evini, ləyaqətini, dinini qoruyan insan şəhadət əməliyyatını seçməyə məcbur olarkən Allahın razılığını nəzərə alır, şəhadət məqsədi ilə addım atır, məqsədi təcavüzkar düşmənə zərbə vurmaqdır, günahsız insanların həlak olmasına yol vermir. Qeyd etdik ki, şiə fiqhində insanın özünü qətlə yetirməsi, intihar haram sayılır. Fiqhdə terror ifadəsi olmasa da bu hadisə barədə onun xüsusiyyətləri əsasında hökm çıxarılır. Şəhadət əməliyyatı həm niyyət, həmdə nəticə baxımından terror əməliyyatından fərqlənir. Təcavüzkar düşmənlə mübarizəyə qalxan insan bu yolda düşməni öldürə də bilər, özü şəhadətə çata da bilər. Düşmən tərəfindən ölüdürülməklə insanın özünü öldürməsi hadisələrinə din alimləri arasında da fərqli baxanlar var. Amma bu əsas vermir ki, şəhadət əməliyyatı terror sayılsın. Şəhadət əməliyyatına gedən insanın məqsədi din və məmləkət yolunda şəhadətə çatmaqdır. Şəhadət əməliyyatına gedən şəxs düşmənə zərbə vurur, düşmən cəbhəsində qorxu yaradır, müsəlmanlara ruhiyyə verir. Şəhadət əməliyyatına gedən insanın güclü iman və etiqadı olmasa bu addımı ata bilməz. Hansı ki intiharda bu xüsusiyyətlər yoxdur. İntihara gedən insanın nə ilahi məqsədi var, nə də bu işi müdafiə üçün görür. Şəhadətə gedən həyatını qurban verməklə başqalarının həyatını qoruyur. İntihara gedən isə sadəcə öz canından xilas olmaq istəyir. Fiqhdə intihar kəbirə günahdır və bu günaha görə ilahi əzab vəd edilib. Fərdi intihar hadisəsində əsas amil bədbinlik və iradə zəifliyidir. Şəhadəti kor-koranə ölüm istəyi kimi dəyərləndirmək elmi və məntiqi baxımdan əsassızdır. Əgər şəhadət əməliyyatında şəri dəlillər varsa intihar hadisəsində fərdi düşüncə rol oynayır. İntihar ictimailəşdikdə terrora çevrildikdə onun əsas amili qəzəbdir. Terrorçunun məqsədi fərqli düşünən şəxsi aradan götürməkdir. Şəhid Mütəhhəri buyurur: “İnsan öz təbii meyllərinə nəzarət edə biləndə dini vəzifələrə yol açılır. Belə insan öz varlığını imanı yolunda fəda edə bilir. Əgər insanın məqsədində müqəddəslik yoxsa bu məqsəd ona tam hakim ola bilmir. Yalnız iman gücü insanın ideyasını müqəddəsləşdirə bilir və bundan sonra insan inancı yolunda fədakarlığa gedir. Bəzən isə hərəkətverici amil iman yox, kin-küdurət, qisasçılıq hisləri olur. İnsan əvəz çıxmaq üçün qurban verir. Dünyada bu qəbil hadisələri dini və qeyri-dini olmaqla ayırsaq görərik ki, dini yönlü hadisələrdə bir müqəddəslik var. İmandan qaynaqlanan əməllə qəzəbdən qaynaqlanan əməl arasında fərq böyükdür...”
Terror əməliyyatının bir xüsusiyyəti qeyri-şəri məqsədə çatmaqdır. Amma Fələstin və Livanda baş verən şəhadət əməliyyatlarının ali məqsədi var. Bu insanlar öz dinləri, xalqları və məmləkətləri yolunda düşüncəli şəkildə həyatlarını qurban verirlər. BMT-nin nizamnaməsində 51-ci maddədə deyilir: “Bir BMT üzvünə qarşı silahlı hücum baş verərsə təhlükəsizlik şurası qətnamə qəbul edənə qədər təcavüzə məruz qalan tərəf özünü müdafiə etmək hüququna malikdir. Maddədən aydın görünür ki, təcavüzə məruz qalmış insanın özünü müdafiə etmək hüququ var.
Şəhadət əməliyyatı iki baxımdan araşdırılmalıdır. Birinci yanaşma müdafiə baxımından yanaşmadır. Əksər təqlid mərcələri öz müdafiə hökmlərində din və ləyaqətin hər hansı yolla müdafiəsini icazəli sayıblar. Sadəcə şərt olaraq təcavüz göstərilir. Təcavüzə məruz qalmış tərəf müstəsna hüquqlar əldə edir. Fələstin təcavüzə məruz qalıb. Bu əliyalın xalqın şəhadət əməliyyatından başqa yolu yoxdur. Məntiqsiz və qəddar İsrail yalnız əks-zərbədən qorxur. Körpə və qadınları qətliam olunan Fələstin başqa nə yolla düşmənə zərbə vura bilər?! İnsanın təcavüzkar düşmənə qarşı hərəkəti müdafiə cihadıdır. Belə bir müdafiə zamanı müctəhidin icazəsinə ehtiyac yoxdur. Bunu bütün fəqihlər birmənalı şəkildə təsdiqləyir. Fələstindəki şəraiti araşdırdıqda aydın görünür ki, evinə qəddar düşmən soxulmuş bu xalqın yeganə müdafiə yolu şəhadət əməliyyatıdır. Başqa bir müdafiə şəxsin öz canını, malını, namusunu müdafiə etməsidir. Bu müdafiədə zəruri şərtlər ödənməlidir. Belə bir müdafiə BMT qanunlarında, eləcə də İran İslam Cümhuriyyətinin qanunlarında nəzərdə tutulur. Şəriət hökmlərinin çıxarılışında əsas prinsiplərdən biri də çıxılmaz vəziyyətin yaranmasıdır. Məsələn acından ölmək təhlükəsi yarandığı zaman haram qidadan zəruri həddə istifadə etmək icazəsi bu prinsipə əsaslanır. Əgər nəzərə alsaq ki, dünyada təklənmiş Fələstin xalqı təcavüzkarı dəf etmək üçün heç bir imkana malik deyil, bu zaman şəhadət əməliyyatının zəruriliyi üzə çıxır. Əgər bir fələstinli həyatını qurban verməklə 1000 fələstinlini yaşada bilirsə bu zaman onun şəhadəti intihar sayıla bilməz. Əgər başqa yol varsa, şəhadət əməliyyatına icazə verilmir. Hər bir xalq çalışır ki, öz təhlükəsizliyini ən az xəsarətlə təmin etsin. Şəhadətə gedən insanın da başqaları kimi yaşamaq haqqı var. Amma iman hökm edir ki, bir xalqın məhvinin qarşısını almaq üçün bir nəfərin özünü qurban verməsi zəruridir.
Fələstin və Livanda mövcud şərait göstərir ki, azğın İsrail rejimi zordan başqa heçnə tanımır. İşğalçı rejim hətta BMT-nin qətnamələrinə məhəl qoymur, humanitar aksiyalara da silahla cavab verir. Onlar qəsb etdiklərinin kiçik bir hissəsini də sahibinə qaytarmaq istəmirlər. Fələstin torpaqlarını işğal edib dövlət quran sionistlər heç olmaya bu torpağın bir hissəsində fələstin dövlətinin yaranmasına razı deyillər. Tarix boyu Suriya və İordaniya kimi qonşu ölkələr də İsrailin hücumlarına məruz qalıb. Belə bir şəraitdə İsrailin havadan və qurudan əli yalın xalqa amansız hücumu bir kənara qoyulub, çıxış yolu olmayan fələstinlilər şəhadət əməliyyatına görə terrorçu sayılır.
Dini baxımdan təkcə Fələstini işğal edənlər yox, işğal olunmuş ərazidə məskunlaşanlar da təcavüzkardır. Heç bir vicdanlı insan başqasının qovulduğu evə sahib durmaz. Diğər tərəfdən, fələstinlilər bütün mümkün yolları sınaqdan keçiriblər. Heç bir sülh danışığı sionistləri azğın fikirlərindən döndərə bilmir. BMT, müsəlman dövlətlərinin sülhməramlı tədbirləri az qala bir əsrdir cavabsız qlıb. Əksinə, işğalçı rejim öz cinayətlərinin masştabını genişləndirib. Bu gün İsrail insan haqlarından dəm vuran dünyanın gözü qarşısında ən müasir silahlarla, hətta qadağan olunmuş silahlarla məzlum Fələstin xalqını qətliam edir. Yalnız ailə-övladı gözü qarşısında qətlə yetirilən insan bu hadisənin əsl ağrısını yaşaya bilir. Onun əlində evini qorumaq üçün bir ov tüfəngi də yoxdur. Şərait bu xalqa şəhadət əməliyyatlarını zəruri edir. Bəli, İslamda zərurət prinsipi əsasında şəhadət əməliyyatları qəbul olunub. Bu nə dinə qarşı terror əməliyyatıdır, nə də İŞİD kimi azğın qrupların başqalarının evində dinc sakinlərə yönəli azğın cinaytləridir. Şəhadət əməliyyatına gedən insan öz evinin, dininin, namusunun müdafiəsinə qalxıb. Müqəddəs şəhadət əməliyyatını bir terrorçunun qətlə yetirdiyi insanın sinəsini yarıb ürəyini dişinə çəkməsi ilə eyniləşdirmək ən azı vicdansızlıqdır. Terroru yaradan ABŞ və müttəfiqlərinin İŞİD kimi qrupların ağıla gəlməyən cinayətlərinə göz yumub fələstinliləri ittiham etməsi onların terrorçu dövlət olduğunu göstərir. Bir daha qeyd edirik ki, din, vətən, ləyaqəti qorumaq üçün başqa yollar varsa şəhadət əməliyyatına icazə verilmir.

Nur-az.com


1619 بازدید
در حال ارسال اطلاعات...