Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

Qorxmazlıq zirvəsi

Həzrət Zeynəbin şücaətini, onun qəlbinin əzəmət və qüvvəsini daha düzgün dəyərləndirmək üçün Yezidin məclisinin ab-havası, o Həzrətin mənəvi vəziyyəti və sözlərini daha yaxşı aydınlaşdırmaq lazımdır.
Yezidin məclisinin ab-havası qorxu və vəhşətdən ibarət idi. Yezid özünü son dərəcə qalib və güclü görürdü. Qoşun və camaat onun ətrafını tutmuşdular.
Düşmənləri əsir edilmişdi, müxaliflərinin rəhbəri imam Hüseynin (ə) müqəddəs başı onun qarşısında idi. Əsirlər bir dəstə qadın, uşaq və xəstə imam Səccaddan (ə) ibarət idi. Yezid qürur və mənsəbpərəstlik məstində idi. Şam onun hökumətinin mərkəzi və camaat da atası Müaviyənin yetişdirdiyi camaat idi. Amma Zeynəb Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya və Kərbəladan Kufəyə və Kufədən Şama qədər olan səfər boyunca, aləmin ən böyük müsibə