Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Noyabr 2014

Mövsüm Səmədovla bağlı qərar qüvvədə qaldı - Fotolar

Bu gün saat 11-də Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun apellyasiya məhkəməsi keçirilib. FaktXəbər-in verdiyi məlumata görə, hakim AİP liderinin 2 il müddətinə Qobustanda qalması qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, AİP lideri Mövsüm Səmədovun heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindən yeri dəyişdirilərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi, orada isə dərhal “karser”ə salınması, təyin olunan müddət bitməmiş üstünə yenə əlavə olunması, təzyiq altında saxlanması, daha sonra isə oradan da Qobustan ciddi rejimli həbsxanaya köçürülməsi narazılığa səbəb olub. Dindarlar partiya liderini dəstəkləmək üçün məhkəmənin qarşısına toplaşıb.
 <