Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

NMM-in lüğət layihələri

Nur Mədəniyyət Mərkəzi oxuculara, tərcüməçilərə, yazarlara köməkçi vəsait olaraq iki lüğət üzərində işləyir: “Xarici mənşəli sözlərin lüğəti” və “Fars dilindən tərcümə lüğəti”. Lüğətlə bağlı tənqid və təkliflərdən vaxtında istifadə olunsun deyə bu iki lüğət layihə şəklində təqdim olunur. İradlarınız nədir, hansı sözlərin lüğətə daxil edilməsini istərdiniz?
Bu layihələrə "Biqorafik lüğət" layihəsi də əlavə olunub.


“Xarici mənşəli sözlərin lüğəti” (ümumi mətn 60 min söz)


Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz

a

abajur
gözü işıqdan qorumaq üçün lampaya keçirilən örtük (qəndil, çilçıraq, lüstr)

abbreviatura
Söz və adlarda baş hərfləri və ya hissələri saxlamaqla qısaltma adlar. Məsələn: İKT – İslam Konfransı Təşkilatı

abdal
avara, yurdsuz, dərbədər 

abolisionízm
ABŞ-da zənciləri köləlikdən azad etmək hərəkatı (XVIII-XIX)

abordaj
gəmini gəmiyə yaxınlaşdırmaqla hücum üsulu


absurd
boş, mənasız, cəfəngiyat

adekvat
eynigüclü, uyğun, münasib

absenteizm
seçkilərdə iştirak etməkdən kütləvi imtina, seçkilərin baykotu


adaptasiya
Dəyişən xarici mühitə uyğunlaşma

aborigen 
təkamül prosesindən başlayaraq yarandığı yerdə  yaşayan orqanizmlər,  ərazinin ən qədim sakinləri

adyutant
hərbi hissə komandirinin tapşiriğini icra edən hərbçi


aerostat
balonun içində olan qazin qaldirici qüvvəsi sayəsində havaya qalxan havadan yüngül uçucu aparat; hava balonu


affekt
insanin əhvaldan və ehtirasdan fərqli olaraq güclü, coşqun  və nisbətən qisamüddətli olan emosional həyəcani, qəzəbi, dəhşəti və s.  

 
aforízm
dərin mənali fikri ifadə edən sabit söz birləşməsi və ya cümlə; hikmətli söz

 
ahənrüba
maqnit, dəmiri cəzb edən material

 
ajan
polis, polis agenti

 
ajur
incə krujevali (şəbəkəli, torlu) parça.

 
akkreditiv
müəssisənin digər bir müəssisəyə göstəriş sənədi

akmeizm
1912-1913-cü illərdə rus ədəbiyyatinda meydana gəlmiş, simvolizmə qarşı burjua-zadəgan cərəyani.
Akmeizm və ya Şairlər sexi Nikolay Gumilyov, Anna Axmatova və Sergey Qorodetskinin liderliyi ilə 1910-cu ildə Rusiyada ortaya çıxan keçici bir poetik məktəb idi. Akmeizm hərəkat olaraq Mixail Kuzminin "Gözəlliyə Dair Şərh" adlı əsərinin prmyerasında ortaya çıxıb. Akmeistler Bely və Ivanov kimi Rus simvolçu şairləri tərəfindən yayılan "Dionysos dəliliyi"ni Apollonun qüsursuzluğu ilə müqayisə etdi. Buna görə jurnallarının adı Apollodur.
1913-cü ildə nümayiş olunan "Akmeizmin səhəri" adlı manifestdə Osip Mandelştam hərəkatı "Dünya mədəniyyəti üçün bir həsrət" olaraq təyin etdi. Modernizmin neo-klassik formasının başlıca şərtinin poetik sənət və mədəni davamlılıq olduğuna inanan bu şairlər Aleksandr Popa, Theophile Gautier, Rudyard Kipling, Innokentiy Annensky və onların qabaqcılları olan arasında Parnasçı şairlərə əhəmiyyət verdi.
Bu məktəbin ən böyük şairləri Nikolay Qumilyov, Anna Axmatova, Mixail Kuzmin, Osip Mandelştam və Georgi Ivanovdur. Qrup başlanğıcda, St. Peterburqda məşhur yazarlar və şairlərin toplanma yeri olan The Stray Dog Cafede toplanırdı.


b

buddizm
E.ə. 6-cı əsrə aid, 800 milyon ardıcılı olan dini təlim. Hindistanda yaranıb. Buddizmin hədəfi həyatdakı ağrı və iztirabların fərdi yollarla aradan qaldırılmasıdır. "Budda"  deyilən Siddharta Qautama buddizmin qurucusu olaraq qəbul edilir. Siddharta uzun mənəvi təkamül yolu ilə insanların iztirablarını sona çatdırmaq istəyir. Hind, Çin, Tibet, Monqol mədəniyyətlərinə ciddi təsiri var. Buddizm tövhid dini sayılmır.

BlackBerry (Blək Beri)
Kanadada telekomnukasiya, simsiz cihazlar, mobil telefon istehsal edən ticarət markasıdır. BlackBerry markası ilə məşhurlaşmış şirkətin mərkəzi ofisi Ontario, Kanadadadır. BlackBerry-nin qurucusu İstanbulda doğulmuş Mike Lazaridisdir. O, Jim Balsille ilə birlikdə şirkəti idarə edirdi. O, 22 yanvar 2012 tarixində vəzifəsini Thorsten Heinsə verib. 30 Ocak 2013 tarixinə qədər Research In Motion adıyla fəaliyyət göstərib.



c

Cenevrə
İsveçrədə (paytaxtı Bern) şəhər. BMT (Birləşmiş Millətlər Təşkilatı), ILO (Beynəlxalq Əmək Təşkilatı), WHO (Dünya Səhiyyə Təşkilatı) və Beynəlxalq Qırmızı xaç Komitəsi kimi bir çox beynəlxalq qurumların mərkəzi ilə tam 199 ölkənin nümayəndəliyinə ev sahibliyi edən şəhərdə çalışanların yarısı əcnəbilərdir. Cenevrə tarix boyu Avropanın barbar qövmləri tərəfindən saysız hücuma məruz qalmışdır. İsveçrə saat sənayesinin ən çox inkişaf etdiyi yerlərdən biri də Cenevrədir və dünya səviyyəsində ən qabaqcıl saat markaları bu şəhərdə istehsal edilir. (İsveçrə farsca Suis, almanca  Schweiz, fransızca  Suisse, italyancaSvizzera)

ç

d

e

ə

f

fabula 
bədii əsərin qısa məzmunu

faks
elektron rabitə cihazı

fakt
baş verməsi, həqiqiliyi şübhə doğurmayan hadisə

faktor
hadisənin baş verməsinə kömək edən amil

faktura
incəsənət əsərlərində bədii üsulun xüsusiyyəti
satılan malların növünü, miqdarını, qiymətini göstərən, alıcıya verilən siyahı

fanatik
inancında həddi aşan, təəssübkeş, başqa dinlərə düşmən münasibət bəsləyən, qatı mövhumatçı insan

fanus
fənər, çıraq, ələ götürülən işıqlandırıcı qurğu

farmakologiya
dərman pereparatlarını öyrənən elm

farmazon
ədabaz, lovğa frankmasona bənzətmə

faşizm
İtaliyada 1922-1943-cü illər arasında mövcud olan və imperialist burjuaziyanın ən təcavüzkar dairələrinin mənafeyini ifadə edərək zor və qəddarlıqla dövlət sərhədlərini genişləndirməyi qarşısına məqsəd qoyan, hakimiyyətin tək bir partiyanın əlində toplandığı rejim, açıq terrorçuluq diktaturası

fatalist
tale, alın yazısı, qəzavü- qədərə, qismətə ifrat inanan, fərdi və ictimai fəaliyyəti səmərəsiz sayan insan

fauna
müəyyən ərazi və ya geoloji dövrün heyvanlar aləmi

faza
hadisənin, prosesin ayrıca mərhələsi
elektrotexnikada cərəyan daşıyan məftil

federasiya
ittifaq, birləşmə
müstəqil dövlətləri özündə birləşdirən dövlət
ayrı-ayrı cəmiyyətlərin, təşkilatların birliyi

felyeton
çatışmazlıqları, nöqsanları, pis əməlləri istehza ilə tənqid  edən satirik məqalə, yazı

femida
qədim yunan mifologiyasında ədalət ilahəsi
ədalət mühakiməsinin mücəssəməsi, gözübağlı, əlində tərəzi tutmuş ilahə



g

ğ

h

x

ı

i

j

k

ksenofobiya
Mövcud cəmiyyətin həyat tərzindən kənar bütün şeylərdən qorxu və  niftrət

kabalistika

mistik təsəvvürlər və mərasimlər

anlaşılmaz, dolaşıq, müəmmalı

 

kabare

estradası olan restoran, kafe

 

kabriolet
biratlı, sürətli, ikitəkərli, yüngül araba

açılıb-örtülən yüngül avtomobilin örtüklü kuzovu

 

kadet

1905-ci ildə çar Rusiyasında yaradılmış, imperialist burjuaziyanın başlıca partiyası olan konstitusion-demokratik partiyanın üzvü

 

kadril

cüt-cüt oynanılan altı qısa fiqurdan ibarət rəqs və bu rəqsin musiqisi.\

 

kafedra

auditoriyalarda mühazirəçi və ya natiq üçün hündür yer

ali məktəblərdə: məzmunca bir-birinə yaxın olan fənlərdən dərs deyən müəllimlərin və ya tədqiqatçıların birləşməsi

ali məktəbdə bir fəndən, yaxud məzmunca bir-birinə yaxın fənlərdən dərs deyən və ya elmi tədqiqat işi aparan müəllim və ya tədqiqatçılar heyəti

 

kafeşantan

adətən bayağı tamaşalar göstərmək üçün açıq səhnəsi olan kafe, ya restoran; kefxana

 

kafur

həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. _

kafur ağacı – Çin, Yaponiya və Hindistan kimi Asiya ölkələrində bitən, dəfnəyə bənzər həmişəyaşıl ağac. Bizlərdə meyit yuyanda iştənən kafur Hindistan dəryasının cəzirələrində bitən kafur ağacının budaqlarının içində hasil olur.

kamfora

 

kahil

başısoyuq, tənbəl, ağırtərpənən, işə can yandırmayan.\

 

kahin

Qədim misirlilərdə, israillilərdə qeybdən xəbər verən ruhani

 

Kalafa

Dağılmış tikintinin qalığı, dağılmış yer; xarabalıq

İri deşik (divarda və s.-də); iri çuxur, oyuq.

 

kaleydoskop

Əldə fırlatdıqda tez-tez dəyişən, rəngli naxışlar göstərən, boruşəkilli optik cihaz (oyuncaq)

Hadisələrin, şəxslərin və s.-nin ardı-arası kəsilmədən dəyişməsi.

 

kalim

Orta Asiyada: evlənərkən oğlanın qızın ata-anasına verməli olduğu pul, mal və s.;

Başlıq

 

kalibr

Silah lüləsi diametrinin ölçüsü

Kütləvi istehsal olunan şeylərin dəqiq, müəyyən ölçüsü

Məmulatın ölçüsünü, formasını və s. yoxlamaq üçün ölçü aləti

 

kalka

Çertyojlardan, yaxud şəkillərdən dəqiq surət çıxartmaq üçün xüsusi üsullarla hazırlanmış nazik şəffaf kağız və ya parka

Çertyojun və ya şəklin həmin material üzərində çıxarılmış surəti

Başqa bir dildəki söz, ya ifadəyə təqlid və ya hərfi tərcümə yolu ilə düzəldilən söz və ya ifadə

 

Kalliqraf

xəttat

 

kalori

İstilik ölçüsü vahidi

Hər bir qidanın insan orqanizmində yaratdığı istilik enerjisinin miqdarı

 

kalvinizm

XVI əsrdə İsveçrədə Kalvin adlı şəxs tərəfindən təsis edilmiş protestant məzhəblərindən biri

 

kameliya

Tüklü yarpaqları və iri gözəl gülləri olan ağac;

gül adı

 

kampaniya

bir cəbhədə keçirilən hərbi əməliyyat, müharibə, hərbi yürüş, hərbi səfər

Hər hansı bir mühüm ictimai-siyasi və ya təsərrüfat tədbirini həyata keçirmək üçün müəyyən dövrdə aparılan işlər. məsələn, Seçki kampaniyası,Pambıq yığımı kampaniyası

 

kamuflyaj

Müəyyən obyekti gizlətmək üçün onu çeşidli rənglərlə boyama, alalama

 

kanape

Söykənəcəkli taxt, divan

 

kanifol

İynəyarpaqlı ağacların kitrəsindən hasil edilən, şüşəyəoxşar kövrək maddə

sənayedə yapışqan və izolyasiya materialı kimi, habelə çalğı alətlərinin yayına çəkmək üçün işlədilir

lehimləmədə qurğuşunu asan əridib-yapışdırmaq üçün maddə

 

kanoe

Xüsusi tipli idman qayığı, bu qayıqda bir diz üstə durub avar çəkirlər

 

Kanonada

Toplardan tez-tez və ardıcıl açılan atəş

Top atəşlərinin və mərmi partlayışlarının uzaqdan eşidilən səsi

 

kanselyariya

dəftərxana

 

kantata

Musiqinin müşayiəti ilə xorla və tək oxunan, adətən təntənəli mahiyyət daşıyan böyük musiqi əsəri

Təntənəli xor havası

Hər hansı bir təntənəli hadisə münasibətilə yazılmış qədim lirik şeir

 

kapillyar

Ən kiçik, incə qan damarı. Kapillyar damarlar.

 

Kapriççio

Sərbəst və oynaq musiqi əsəri

 

karabin

Qısalüləli tüfəng

 

karat

Qiymətli daşların 200-206 mq-a bərabər çəki ölçüsü.

 

karbürator

Daxilində karbürasiya gedən, yanacaq mayedən buxara çevrilən cihaz 



q

l

m

marginal
Mühitə, şəraitə adaptasiya ola (uyğunlaşa) bilməyən, tənhalaşan (fərd, qrup, element). Marginal insan və marginal qrup deyəndə cəmiyyətdə oturuşmamış adət-ənənələrlə yaşayan, təcrid olmuş insan və ya qrup nəzərdə tutulur.

meditasiya
Latin sözündən götürülmüşdür, mənasi (meditor) aldadiram,yanildiram demekdir. Bu üsulun məqsədi ruhu sakitləşədirmək və gündəlik həyata bu sakitliyin təlqinindən ibarətdir. Meditasiyanin mərhələlərinin işi insanin orqanizmi ilə yanaşi onun fikrində əqlində də yaratdiqi dəyişikililərdən ibarətdir. Fəlsəfə və şərq əfsanələrində meditasiya mistik asketik təcrübənin metod və üsulu hesab olunur və arzuolunanlara catmaqa , özünü təsdiq etməyə kömək edən təbiətin bir necə stimullarina diqqətin xüsusən yönəlməsi (konsentrasiyasi) ilə əlaqələndirilirdi. Psixoterapiya da öz məqsədləri üçün şərq təbabətindən bir neçə üsul götürdü və eyni zamanda bu istiqamətdə yönələn psixoteropevtik texnikani da dəyişdi. 
Mahoriski Mahesh Yogi tərəfindən inkişaf etdirilən transandantal meditasiya, dərin düşünmə texnikası təsirli bir üsul olaraq təqdim edilir. Bu üsulu effektiv sayan və həyatlarını yoqasız təsəvvür etməyənlərin sayı isə artmaqdadır. Bəs həqiqət nədir?
Maharishi, Lord Mendre dünyada meditasiyanı yaymaqda vəzifəli olan ən məşhur kəslərdən biridir. Bu adam Amerikada rahib idi. Əslində Buddist bir atanın oğludur. Amerikadan qaçmaq məcburiyyətində qalıb və hələ də Tibetdə yaşayır. Amma onun ən böyük köməkçisi Maharishi Transandantal Meditasiya və Birləşmiş Sahələr Nəzəriyyəsini yaymağa çalışır. Təxminən 1500 səhifəlik bir kitab yazmışdır (Birləşmiş Sahələr Nəzəriyyəsi). Onu bütün dünyaya tanıtmağa çalışır və Amerikada IOWA-də Fairfield-də bir universitet alıb. Bu universitetin tələbələrinə Transandantal Meditasiya və bu Birləşmiş Sahələr Nəzəriyyəsini öyrədir. 
Zikr bir sözün, bir şifrənin bir-bir arxasından təkrarıdır. Transandantal Meditasiya edəcək olan adamlara bu işin ustaları bir söz verirlər. Bu söz, ümumiyyətlə, Sanskritcə olur. Buddistlərin istifadə etdiyi, ovsunların (caduların) edildiyi bir dil! Sanskritcədən bir söz verincə deyirlər ki: "Hər gün 20 dəqiqəlik, 30 dəqiqəlik seanslar edəcəksiniz. Davamlı eyni sözü təkrar edəcəksiniz. Məsələn, "ohm" sözü (şeytani bir söz). Bu sözü istifadə edəcəksən, bu söz ətrafında fikirlərini cəmləşdirəcəksən və 20 dəqiqə içində bu sözdən başqa heç bir şey düşünməməyə çalışacaqsan!"
Həqiqətən bir insan hər hansı bir mövzuya düşüncə sistemini yönləndirə bilsə, başqa düşüncələr o anda onun başından ayrılır, bu səbəblə adam o müddət içində müvəqqəti bir rahatlığa qovuşur. Bu rahatlaşma səbəbiylə meditasiyanı dəstəkləyirlər.
Meditasiya üçün göstərişlər verilir: Siz maqnitafonu yandirisiniz və gozəl lirik musiqi,canli təbiətin səsini və sizə müraciət edən həkimin sakit səsini eşidirsiniz. Siz gözəl ruhi və fiziki rahatliqla əhatə olunursunuz. Və siz hiss etmədən sizin daxili dunyaniz ilə şüuralti işlər aparilir. Amma konkret olaraq bu işin nə olduğunu sizdən başqa heç kim bilmir. 
Rahat bir vəziyyət alin. Maksimal dərəcədə rahatlanin və öz bədəninizi tam olaraq hiss edin. Öz fikirlərinizin rahat axmasina imkan verin. Lirik musiqiyə və yaxud  canli təbiət səslərinə (hansi sizə daha rahat olarsa) qulaq asin və öz özunuzə sakit bir səslə deyin (yaxud da bunu size psixoloq deyir və siz də beyninizə yeridirsiniz) “mən özümü cox sakit və yüngül hiss edirəm” “dogum mənim üçün də uşaqim üçün də cox rahat və sakit kecəcək”. Bu sözləri deyən zaman (yaxud da eşidən zaman) çalişin bu sözlərə inanin və bu sözləri hiss edin. 




n

o

ö

p

passionar
Məqsədə doğru ehtiraslı təlaş, fədakarlıq; mühiti dəyişmək bacarığı və gücü; ətrafla şərtlənmyən aktivlik

r

Reinkarnasiya
Ölümdən sonra ruhun həyata təkrar qayıdışı, ruhun bir bədəndən digərinə keçməsi. İslam dini bunu qəbul etmir.İslama görəreinkarnasiya inancı məhşər gününə, insanların bir yerə toplaşıb Allah qarşısında əməllərə görə hesabat verməyə aid inama çox böyük zərbə vurur. Hind fəlsəfəsində deyilir ki, hər bir insan paklanmaya qədər ruhu təkrar-təkrar dünyaya qayıdır, arınma prosesini keçə-keçə, nəhayət tam paklanmış vəziyyətdə cənnətə doğru yönəlir. Yəni cənnət Allahın mütləq mənada lütfünün hakim kəsildiyi bir fəza sistemi, cəhənnəm isə yaşadığımız dünyadır. Adəmin cənnətdən qovulması və yer üzünə göndərilməsini də misal çəkirlər. Reinkarnasiya həm də tənasüx adlandırılır.



s

Sanskrit
Bu dil Hind-Avropa dil ailəsinin Ari dilləri qrupunun Hind qoluna mənsub qədim dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizimin ibtidai ədəbi dilidir.

skeptik
Skeptisizm ardıcılı; hər şeyə tənqidi, inamsız, şübhə ilə yanaşan insan

sosializm
Şüarı sosial ədalət, azadlıq və bərabərlik. Məqsədi kapitalist sistemini devirmək, ictimai mülkiyyət və bu mülkiyyətə ictimai nəzarətdir. A. A. İvin sosializmi radikal kollektivçilik sayır.
Sosializm şəxsi mülkiyyəti inkar edir. Sosializm ideyasına qədim yunan filosofu Platonun  «Dövlət» və Qanunlar» əsərlərində rast gəlirik. Platona görə ideal sosializmin əsas xüsusiyyəti ədalətdir.
Bu ideyaya Tomas Morun (1478—1535) işlərində rast gəlmək olar.
Qərbi Avropada sosialist layihələr 19-cu əsrdə ortaya çıxıb (Sen-Simon, Furye, Ouen). Marks sosializmi kapitalismdən kommunizmə keçid formasiyası sayırdı.
Sosializm ideyasından təcrabədə Lenin  istifadə etdi. Oktyabr inqilabı və ya Böyük Oktyabr Sosialist inqilabı 1917-ci ilin oktyabr ayında Rusiyada baş verdi. Olkədə böhran baş vermişdi. Çar höküməti o zaman ücün cox da populyar olmayan II Nikolayı qardaşı Mixail ilə əvəzləməklə sabitlik yaratmaq istədi. Lakin bunun üçün çox gec idi. 9 yanvar 1905-ci ildə etiraz məqsədi ilə nümayiş keçirildi. Nümayişdə əsasən iş saatlarının çoxluğundan və yaşayiş standartlarinin aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə 1000-dən artiq insan həlak oldu. Bu hadisə Rusiyada cox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya hakimiyətinə qarşi cox mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə qanli bazar adı ilə keçdi. Leninin tərafdarlari partiya yaratdı. Çoxpartiyalı sistemə keçildi və çar 2-ci Nikolay 1906-ci ildə konstitutsiyanı qəbul etməli oldu.
İsveçrədə olan Leninə tam dəstək Almaniyadan gəldi. Lenin Plexanovun görüşlərindən təsirlənərək Marksizm-Leninizm ideyalarini irəli sürür. Rusiyada elə bu dövrdə ümumi bir tətil baş verdi. Çarı taxtdan saldilar, Romanovların tərəfdarlarını həbs etdilər. Ölkə cümhuriyyət elan edildi. Keçid höküməti yarandı, bu hökümətin başçisi əvvəl Milyukov daha sonra Teresenko olur. Ancaq hökümət yalniz burjualardan ibarət idi. Məqsəd yenə də proletariya inqilabı səciyəvisini daşiyirdi. Leninin o zaman üçün olan bir şüari bundan ibarət idi ki, bütün iqtidar sovetlərdə cəmlənsin. Elə bu şüarla da inqilaba başladılar.
1917-ci ilin iyununda baş tutan bu mübarizədə Lenin məğlub şəkildə Finlandiyaya qaçir. 3 aydan sonra Lenin bütün iqtidar sovetlərə şüarı ilə oktyabrda inqilab etdi və yeni hökümət qurulur.
Oktyabr inqilabı XX əsrin çox böyük hadisəsi olmuşdu. Əvvəla, o, dünya miqyasında birinci olaraq yalnız Qərbi Avropada dolaşan "kommunizm kabusunun" dünyanın bütün qitələrində dolaşmasına zəmin vermişdi; ikinci o, dünya birliyini iki cəbhəyə- kapitalizm və sosializm cəbhəsinə parçalamış, yer kürəsinin altıda bir hissəsini təşkil edən Rusiya imperiyasında sovet rejimi bərqərar etmişdi; üçüncü, Oktyabr çevrilişi vahid, bölünməz kapitalizm dünyasını parçalayaraq hələ XIX əsrin ortalarında meydana çıxan ideya (burjua və sosialist) qarşıdurmasını ictimai sistemləri müxtəlif olan dövlətlərin 70 ildən çox müddət ərzində əməli qarşıdurmasına gətirib çıxarmışdı.

sabotaj

qəsdən işləməmək, pozuculuqla işə mane olmaq

 

saxarin

şirin ağ kristal maddə, şəkər surroqatı

 

sajin

metr sisteminin tətbiqindən əvvəl işlənmiş 2,134 m-ə bərabər uzunluq ölçüsü

 

saqinmaq

çəkinmək, qorunmaq, özünü saxlamaq;

mis: Saqın, aldırma ki, kor olsa cahan;

Günəşin nuruna gəlməz nöqsan. (H.Cavid)

 

Sakvoyaj

Açılıb-bağlanan yol çantası

 

salto

Akrobatika və idman gimnastikasında xüsusi hərəkət, mayallaq aşmaq

 

Salyut

mühüm bir hadisə, yaxud görkəmli bir şəxsin şərəfinə hörmət əlaməti olaraq tüfəngdən və ya topdan atəş açmaq, əlvan fişənglər buraxmaq, bayraq qaldırıb endirmək

 

sammit

Dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısı

 

Samuray

Feodal Yaponiyada imtiyazlı hərbi zadəgan silkinə mənsub adam, cəsur döyüşçü

 

sanitaríya

Əhalinin sağlamlığını mühafizə etməyə və təmizliyi gözləməyə yönəldilmiş, gigiyenanın elmi tələblərinə əsaslanan tədbirlər sistemi



ş

t

u

ü

v

y

z

Fars dilindən tərcümə lüğəti (ümumi mətn 60 min söz)

ا ب پ ت ث ج چ ح خ د ذ ر زژ س ش ص ض ط ظ ع غ ف ق ک گ ل م ن و ه ی

آ
    
آس کردن (as kərdən)
(خُرد کردن ، آسیا کردن ، ساییدن)
üyütmək, xırdalamaq, ovmaq


ا
اباحت (ebahət)
halal etmək, caiz saymaq

القائات (ilqaat)
pis təlqin, şübhə yaratmaq

امر به معروف و نهی از منکر (əmr be məruf və nəhy əz munkər)
yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək (fiqhdə on əməli vəzifədən ikisi)

اولویت (ouləviyyət)
önəmli, üstün, prioritet

اگزوز (egzoz)
səsboğan; mühərrikdən çıxan tüstünü ötürən, səsi azaldan boru

ب

بارفیکس (barfiks)
turnik, idman hərəkətləri üçün nəzərdə tutulmuş mil

پ

ت

تجرید (təcrid); انتزاع (intiza)
abstrakt, mücərrəd, predmet və hadisələrin əhəmiyyətsiz  əlamətlərinin ikinci plana keçirilməsi, mühüm əlamətlərin ümumiləşdirilməsi, qabardılması  

تشریع  (təşri)
şəriət gətirmək, ayin yaratmaq

تشریعی (təşrii)
şəriətə aid olan

تکوین (təkvin)
yaratmaq, Allahın bir mövcudu yaratması

تکوینی (təkvini)
yaranışa, təbiətə aid olan
تعدی (təəddi)
təcavüz, əl uzatmaq, həddi aşmaq

تملق  (təməlloq)
yaltaqlıq

توزیع (tozi)
paylamaq, paylaşdırmaq, bölüşdürmək

ث

ترفند (tərfənd)
hiylə, qurğu, saxtakarlıq, fırıldaq; puç və səmərəsiz mənları da nəzərdə tutulur
 
ج

جیم شدن (cim şodən)
məclisi səssiz tərk etmək 

چ

چاپلوسی (çaplusi)
yaltaqlıq, yağlı dili işə salmaq

ح


خ

د

دزد گیر (dozdgir)
Avtomobilin oğurlanmasına qarşı quraşdırılan avtosiqnalizasiya.Əsas blok, qəbuleducu-ötürücü anten, brelok, zərbə datçiki, servis düymə və işıq diodu formasında indikatordan ibarətdir.
 
ذ

ر

رکاب (rekab)
Üzəngi; Süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı altı düz dəmir halqa; avtomobilin sağ və sol tərəfində qapılardan aşağı üfiqi hissə, bəzi avtomobillərdə ayaq qoymaq mümkün olur


ز

ژ

س

سبد کالا (səbəd-e kala)
ərzaq səbəti, azimkanlı təbəqəyə yardım məqsədi ilə dövlət tərəfindən güzəştli qiymətlə və əvəzsiz ərzaq payı

سر به نیست کردن (sər be nist kərdən)
məhv etmək, yox etmək, öldürmək


ش

شاسی (şassi)
Müxtəlif maşın və qurğuların kuzovsuz çərçivəsi, skeleti; müxtəlif cihazların, radioaparatların hissələrinin quraşdırıldığı  özül; təyyarələrdə göyə qalxında və enəndə zərbə gücünü azaldan qurğu


شهره (şohre)
məşhur, tanınmış

ص

ض

ط

ظ

ع

غ

ف

ق

ک

گ

ل

م

مأجور (məcur)
savabı, mükafatı olan 

ماندن (mandən)
qalmaq, geri qalmaq, çarəsiz qalmaq, oxşar olmaq, təəccüb etmək, səbr etmək



ن

و

ه

ی

ƏLAVƏ

“Bioqrafik lüğət” (ümumi mətn 60 min söz)


Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Yy, Zz


a

Culian Assanj (Julian Paul Assange)
Avstraliyalı internet jurnalistı, Vikiliks (WikiLeaks) təsisçisi.Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında Taunsvill şəhərində anadan olub. Vikiliks 2006-ci ildə quruldu. Assanj doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu Vikiliksn meneceri və ya qurucusu olaraq tanısa də Assange, "Mən özümü qurucu olaraq görmürəm, yalnız redaktoram" - demişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanje tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi Assanje da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir.Assanje 7 dekabr 2010 Tarixində İngiltərədə təcavüz iddiası ilə təslim olaraq həbs olunmuşdur.
Assanj qeyd edib ki, bəzi KİV-lər onun haqqında  Mərkəzi  Kəşfiyyat  İdarəsi, Mossad-a  işləməsi barədə və hətta  maliyyəçi  Corc  Sorosun  agenti  olması  ilə bağlı  çoxlu  yalan məlumatlar  dərc edirlər.
Ən  təhsilli  insanların belə kütlə olması, cəsarətin  iti  ağıldan da  nadir  hallard rast gəlinməsi Culian Assan üçün ən böyük  məyusluq, öz  sərtliyi  ilə bir pişikdə  psixoza  səbəb  olması isə  bağlı  bildiriş  isə  onun  üçün  ən gözlənilməz  ittiham  olmuşdur. Bu  barədə  WikiLeaks  portalının  banisi  Daily Mail  qəzetinə danışmışdır.
Bununla bərabər  o, eyni zamanda  ən  böyük  nailiyyətinin  amerikan  hökumət maşınına  qarşı   təkbətək döyüşdə“qələbə” sinin  olduğunu  söyləyib.Assanj deyib  ki, ABŞ-ın  Dövlət  Departamenti, Pentaqon, Ag  Ev, Mərkəzi  Kəşfiyyat  İdarəsi  və  FTB  ilə  təkbətək   çıxaraq  biz  qələbə  qazandıq. WikiLeaks  heç vaxt öz  nəşrlərini  aradan  götürməmiş  və  kiminsə  göstərişi  ilə  onların  yerləşdirilməsini  dayandırmamışdır. Bu interneti  apolitik  mühitdən  nəzərlərin formalaşması  üzrə işləyən  mexanizmə  çevirməyə   imkan vermişdir.
Avstraliya polisi “Wikileaks“ saytında yerləşdirilən materialları araşdırıb və belə bir qənaətə gəlib ki, bu ölkənin vətəndaşı olan Julian Assanjın rəhbərlik etdiyi saytın fəaliyyətində yerli qanunlara əsasən, heç bir qanun pozuntusu yoxdur. Qeyd edək ki, Assanj hazırda Britaniyadadır və zəmanətlə azadlığa buraxılıb. Assanj azadlığa çıxandan sonra Amerikanın gizli sənədlərini yaydığı üçün ona qarşı atılan böhtanlardan şikayətlənib.
“Avstraliya polisi bu məlumatları araşdırarkən heç bir qanun pozuntusu aşkarlamayıb. Əgər şübhə doğuran digər materiallar da varsa, onları da araşdırmağa hazırıq“, - deyə Avstraliya Federal Polisinin bəyanatında deyilir. Mətbuat konfransında əvvəllər Assanjı tənqid etdiyi üçün güclü iradlarla qarşılaşan ölkənin baş naziri Culiya Qillard deyib ki, nə “Wikileaks“, nə də Julian Assanj ölkəsinin qanunlarını pozmayıblar. Bununla belə, Qillard saytın fəaliyyətini böyük məsuliyyətsizlik kimi qiymətləndirib


b

c

Cavad xan
Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748-ci ildəGəncədə anadan olub, 1804-cü ildə  Gəncə yaxınlığında şəhadətə çatıb. Qacarlar nəslindəm olan böyük sərkərdə,dövlət xadimi,Gəncə xanlığının axırıncı xanıdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.
Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir.Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müyəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, güclü düşmən qarşısında tək qalır.
Çar İraklinin ölümündən sonra Cavad xan Nadir şahın vaxtında İrakliyə bağışlanmış Borçalı və Şəmşədil mahallarını geri qaytarmağa çalışır. Lakin ona yalnız Şəmşəddil mahalını azad etmək müyəssər olur. O öz oğlu Uğurlu xanı da oraya göndərir. II Yekaterinanın sərəncamı ilə 1796-cı ildə onun favoriti Platon Zubovun qardaşı Valerian Zubovun başçılığı altında rus qoşunlarının Qafqaza yürüşü başlanır. Yürüşün rəsmi səbəbi kimi Ağa Məhəmməd xanın pozduğu əmin-amanlığın bərpa olunması göstərilirdi. Çox qısa bir müddətdə ruslar az qala döyüşsüz və müqavimətsiz Azərbaycanın demək olar ki, bütün Xəzəryanı bölgələrini tuturlar. Xanların bir çoxu aralarında türk və İran meyllilər də olmalarına baxmayaraq, xanlığın və xan hakimiyyətinin saxlanılması şərti ilə Rusiyanın himayəsi altına keçməyə məcbur olur.
Əvvəlcə Azərbaycan türkləri ilə rusların arasındakı münasibət normal idi. Lakin Zubovun müşaviri təyin olunan Arqutinskinin Qarabağ məliklərinə müraciətlərindən sonra bu münasibətlər gərginləşir. O, Zubovun razılığı olmadan bəyan edir ki, guya ruslar Azərbaycana ona görə gəliblər ki, "erməniləri müsəlmanların təcavüzündən qurtarsınlar."
Bufer xristian dövləti yaratmaq məqsədilə İrəvan və Qarabağ xanlıqlarını buraya İran və Osmanlıdan köçürülmüş ermənilərlə məskunlaşdırmaq da planlaşdırılırdı. Həmin siyasət bizim günlərə qədər davam etməkdədir. "Böyük Ermənistan" iddiası ilə bu bölgəyə o vaxtdan etibarən 1 milyon yarımdan çox erməni yerləşdirilmiş və oradan bir o qədər Azərbaycan türkü də zorla köçürülmüşdür.
Sisiyanov 1804-cü ilin 3 yanvarında Gəncəni hücumla almaq qərarı verir. İlk hücumda qalanı asma pilləkənlərlə almaq istəyirlərsə də, uğursuzluğa düçar olurlar. Bu hücum qurtarmamış, qalanın o biri yanından hücum başlanır. Gəncəlilərin qəhrəmancasına müqavimət göstərmələrinə baxmayaraq, ruslar qalanın əsas qüllələrini ələ keçirirlər. Qalanın divarları üzərində açıq döyüş zamanı Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə, səhər saat 4-də düşmən gülləsindən həlak olur. Qala divarları uğrunda döyüşlərdə onun oğlu Hüseynqulu xan da atasının adına layiq bir şərafətlə həlak olur. Gəncə bundan sonra Rusiyanın himayəsinə keçir və xanlıq ləğv olunur. 


Elşən Mustafaoğlu
Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində “İlahiyyat pedaqogikası və İslam maarifi” ixtisası üzrə ali təhsil alıb.1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.
10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində “fəlsəfə tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır.
2001-ci ildən “Mənəvi Saflığa Dəvət” ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.
2005-ci ildən “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti haqqında” proqramı üzrə ixtisasartırma kursu keçib.
2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub.
2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.
2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin “Azərbaycan-Amerika Media Akademiyası”nın direktoru olub.


ç

d

Dostoyevski Fyodor Mixayloviç

(11 noyabr 1821 – 9 fevral 1881)

rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə daxil oldu. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyi oxudu. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı “Bədbəxt insanlar” 1846-cı ildə çap edildi. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə iştirak iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, güllələnmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzasını çəkmək üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı.

Peterburqa döndükdən sonra Alçaldılmış və təhqir olunmuşlar (1861) və Ölü evdən qeydlər (1862) adlı əsərləri yazdı. Qardaşıyla birlikdə iki jurnal çıxardı. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırdı. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşdü. Bu dövrdə Gizlindən qeydlər (1864), Cinayət və cəza (1866), Qumarbaz (1866), İdiot (1868), Əbədi ər (1870) və Cinlər (1872) kimi əsərləri yazdı. Yoldaşının ölümündən sonra sekretarıyla evləndi. Yenidən borca düşdü və qumarxanalarda gəzməyə başladı. Qızının ölümünün ardından böyük bir sarsıntı keçirdi.

Yeniyetmə (1875), Bir yazıçının gündəliyi (1876) və Karamazov qardaşları (1880) adlı əsərlərində yazıçılıq həyatı boyunca yazdığı mövzuları yenidən ələ aldı. Karamazov qardaşları adlı əsərini iki ildə bitirən Dostoyevski, bir ciyər qanaxmasıyla yatağa düşdü və 28 yanvar 1881-ci ildə vəfat etdi. Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutdu. Fridrix Nitsşe "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."

1859-da ordudan tərxis edilərək Moskva xaricində kiçik bir yerdə qalmağa məcbur edilən Dostoyevski, azadlığına qovuşduqdan sonra Peterburqa döndü. Qardaşı Mixail və yoldaşı N.N.Strahov ilə birlikdə Vremya (Zaman) və sonra da Epoha (Dövr) adlı jurnalları hazırladı. Bu jurnallarda Slavçı düşüncəni müdafiə etdiyini ifadə edən yazılar yazdı. Alçaldılmış və təhqir olunmuşlar və Ölülər evindən qeydlər ilə yenidən tanındı.

Arvadı vərəmə tutulmuş, Sibirdəki Tver şəhərinə dönmüşdü. Dostoyevski bundan faydalanıb ilk dəfə xaricə çıxdı; 1862-ci ildə Paris, London və Cenevrəni ziyarət etdi. 1863-ci ildə Romaya keçdi. Ardından Almaniya və Danimarkanı gəzdi.

Arvadının və uşağının xərclərini qarşılaya bilmək üçün, ədəbiyyatdan qazandıqlarını artırmaq həvəsiylə qumara başladı. Rulet oynayırdı.

1862 və 1863 illəri arasında Avropaya birlikdə getdiyi yoldaşı Pauline Suslovla evlənərək, ilk bədbəxt evliliyini unutmağa çalışdı. Ancaq Pauline, verdiyi sözdən daşındı. Bu sırada Dostoyevski Cinayət və cəza üzərində çox möhkəm bir şəkildə işləyirdi və fikrini dağıtmamaq üçün Wiesbadenə getmişdi. Pauline də bunu bəhanə edib aralarındakı əlaqəni kəsdi. Dostoyevskinin Wiesbadendə olduğu vaxt Gizlindən qeydlər nəşr olundu. Yeni bir dahilik ortaya çıxırdı və bu tənqidçilərin ciddi şəkildə maraqlarını cəlb etməyə başlamışdı. Bu zaman böyük qardaşı Mixailin arxasında buraxdığı borcları da boynuna götürən Dostoyevski, yenə maliyyə problemləri yaşayirdı.

Cinayət və cəza 1866-cı ildə hissələr halında nəşr olundu. Bu səbəblə borclarından xilas ola bilər, maddi istiqamətdən bolluğa qovuşa bilərdi, lakin bunun yerinə daha da pis vəziyyətə düşdü. Kitabı müxtəlif reaksiyalarla qarşılaşdı. Dövrünün çox irəlisində yazan yazıçı heç cür tam olaraq başa düşülmürdü.

Mümkün olduğu qədər çox yazmaq böyük usta üçün bir ehtiras olmuşdu və buna görə gözləri pozuldu. Bu səfər gənc bir steno tutdu. Adı Anna Snitkin olan stenoyla ilk dəfə 4 oktyabr 1866-cı ildə tanış oldular və 8 noyabrda da nişanlandılar. 1867-ci ildə Pasxa bayramından əvvəl evlənib bal ayı üçün Avropaya getdilər. Yola çıxarkən, niyyətləri xaricdə iki üç ay qalmaq idi; lakin dörd il Rusiyaya dönmədilər. Dostoyevski ən sonunda xoşbəxt bir evliliyə qovuşmuşdu.



e
Elmar Hüseynov
1967-ci ildə Bakıda anadan olub. Elmar Hüseynov 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub.
O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib. "Monitorda" Azərbaycan hakimiyyəti sərt tənqid edilib.
2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman Monitor jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib[1].
Cinayəti Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.


ə

Əlikram Əliyev (Hacı Əlikram Nardaranlı)
Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. Şair, alim Mail Əliyevin qardaşıdır. Ömrünün sonunadək İslam dininin təbliği ilə məşğul olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya “vətənə xəyanət”), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib.
Azərbaycan İslam Partiyasının ilk sədri olub. Hacı Əlikram Azərbaycanın müstəqilliyi uğrunda başlayan xalq hərəkatının da fəal iştirakçılarından olub. Bir müddət xalq hərəkatının avanqardı olan AXC-nin İdarə Heyətinin də üzvü olub.
Qafqaz və Azərbaycan Respublikasında islamçı mücahidlərin rəhbəri kimi tanınan Hacı Əlikram İsmayıl oğlu Əliyev universitet təhsilini Bakıda Bədən Tərbiyəsi fakültəsində alıb.  1974-cü ildə Bakıda təhsil alan yəmənli bir tələbə vasitəsi ilə İmam Xomeyninin (r) şəxsiyyət və mübarizəsi ilə tanış olur. İslam İnqilabının qələbə çaldığı ilk günlərdə Təbriz radiosu vasitəsi ilə İmamın çıxışını dinləyir və Moskva televiziyası ilə İmamın Tehrana daxil olmasını izləyir. 
Hacı Əlikram Bakı və Nardaranda İmam Xomeyniyə (r) təqlid edənlərin rəhbərliyini öz üzərinə götürür. Sovet İttifaqının süqut etməsi və Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra 1992-ci ildə Azərbaycan İslam Partiyasını təsis edir. Hacı Əlikram Əliyev Sovet İttifaqı zamanı dini təmayüllərinə görə bir çox ictimai hüquqlarından məhrum edilir. Sovet İttifaqının süqut etməsi və Heydər Əliyevin hakimiyyətə gəlməsinin ardınca 1996-cı ildə həbs olunan Hacı Əlikram uzun illər həbsdə işgəncələrə məruz qalır. Şəkər xəstəliyindən əziyyət çəkən Hacı Əlikramın səhhəti həbsdə olduğu müddət ərzində daha da pisləşir və vaxtında müalicə olunmadığı üçün gözlərində ciddi narahatlıq yaranır. İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra azadlığa buraxılan Hacı Əlikram dini fəaliyyətlərini, mübarizələrini davam etdirir. Qərb demokratiyasını əhəmiyyətsiz hesab edən Əlikram ölkədə İslam qanunlarının bərqərar edilməsini istəyir.
2011-ci il mart ayının 17-də dünyasını dəyişib.

f

g

ğ

h

Hitler Adolf
1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olmuşdur. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir.
1914-cü ilin sentyabrında Almaniyanın I Dünya müharibəsinə qatılması ilə könüllü olaraq cəbhəyə yollanır və artıq oktyabr ayında sıravi əsgər kimi 16-cı Bavariya ehtiyat alayının 1-ci bölüyünün tərkibində Qərb cəbhəsinə göndərilir… Hospitalda ikən Almaniyanın qeyd-şərtsiz təslim olduğunu və kayzerin devrildiyini öyrənir. Bu xəbər onu hədsiz dərəcədə sarsıdır.
1918-ci ilin sonunda Hitler Münhenə geri qayıtdı və yenidən ordu sıralarına yazıldı. Hərbi hissə komandirinin tapşırığına əsasən o Münhendə baş vermiş inqilabi hadisələrin iştirakçıları əleyhinə məlumat toplayırdı. Kapitan Ernst Remin tövsiyəsi ilə "Alman Fəhlə Partiyası"na qoşulan Hitler tezliklə partiyanın yaradıcılarını kənarlaşdıraraq onun yeganə liderinə çevrildi. Onun təşəbbüsü ilə 1919-cu ildə partiyanın adı dəyişdirilərək "Alman Nasional Sosialist Fəhlə Partiyası" (Nationalsozialistische Deutsche Arbeiterpartei, NSDAP) adlandırılır.
8 noyabr 1923-cü il axşam saat 9-da Hitler və Lüdendorf silahlı hücum dəstələrinin başında Bavariya hökuməti rəhbərlərinin mitinqinin keçirildiyi Münhenin "Bürgerbroykeler" pivəxanasına gəldilər. İçəri girən Hitler "Berlindəki xain hökumət"in devrildiyini elan etdi. Buranı tərk edən Karr NSDAP-nin və hücum dəstələrinin buraxılması haqqında qərar verdi. Eyni zamanda E.Remin rəhbərliyi altındakı hücum dəstələri Hərb Nazirliyinin Quru qoşunları komandanlığının qərargahını ələ keçirdilər, lakin ordu qüvvələri tərəfindən mühasirəyə alındılar.
Noyabrın 9-u səhər tezdən Hitler və Lüdendorf  3 min nəfərlik dəstə ilə birlikdə Hərb Nazirliyinə tərəf irəliləməyə başladılar. Lakin, Rezidentştrasse küçəsində polis dəstəsi onların qarşısını kəsərək atəş açdı və qiyamçılar dağıldılar. 16 partiya üzvünün həlak olduğu bu hadisə Almaniya tarixinə "Pivə qiyamı" kimi düşdü.
1924-cü ilin fevral-mart aylarında keçirilən məhkəmənin qərarı ilə Adolf Hitler 5 il müddətinə həbsə məhkum edilsə də, cəmi 10 ay sonra azadlığa buraxıldı. Həbsdə olduğu müddətdə özünün məşhur "Mənim mübarizəm" (alm. Mein Kampf) adlı kitabının birinci hissəsini yazdı.
1930-cu il seçkilərində NSDAP 18,3% səs toplayaraq 107 yerə, 5 mart 1933-cü ildə keçirilmiş seçkilərdə isə səslərin 43,9%-ni toplayaraq 288 yerə sahib oldu və Reyxstaqda hakim partiyaya çevrildi.]
Adolf Hitler 30 yanvar 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü ilin fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olundu. Bunun təqsiri kommunistlərin üzərinə atıldı və 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifi əsasında prezident Paul fon Hindenburq "Xalqı və dövləti müdafiə etmək" adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi.
Almaniyada Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti dayandırıldı. Gizli polis (Gestapo) yaradıldı. 1933-cü ilin martında Hitler federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyətini ləğv etdi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləşdi. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi.
Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun sayını artırmağa, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbsizləşdirilmiş Reyn zonasına ordu yeridilməsinə icazə verilməsini tələb etdi. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi.
1939-cu il 1 sentyabr tarixində Alman qoşunları Polşaya hücuma keçdilər, 2 gün sonra buna cavab olaraq Polşa ilə aralarındakı müttəfiqlik sazişinə əsasən İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Tezliklə müharibənin miqyası genişləndi və tezliklə Avropanı, sonra isə İtaliyanın səyləri ilə Şimali Afrikanı və Yaponiyanın qoşulması ilə Şərqi və Cənub-şərqi Asiyanı bürüdü.
Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edir.


x

ı

i

İqbal Lahuri
Müsəlman şair, filosof, mütəfəkkir, siyasətçi Məhəmməd İqbal Lahuri1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində anadan olub. İlk təhsili dini elmlər və Quran üzrə olub. İqbаl Lahurda ali təhsilini bаşа vurduqdаn sonra Şərq dilləri fakultəsində müəllim işləmişdir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakultəsini bitirən Iqbаl Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakultəsində müəllim işləyib, Londonda əкs-sədаyа səbəb olan konfranslar təşkil edib. Hüquq təhsilini  bаşа vurаrаq prokururluq diplomu aan Lahuri Almaniyanın Munhin şəhərinə gedib, fəlsəfə üzrə doktоrluq dərəcəsi alıb. 1908- ci ildə Hindistana gеdən və оrada böyük heyranlıq və coşğu ilə qarşılanаn Məhəmməd İqbal ölkənin siyasi həyаtındа fəal iştirak etmiş və xalqını bu məsələdə mааriflənməsi və istiqamətlənməsi yоlundа böyük işlər görmüşdür. İqbal Pakistanın rəsmi milli şairi kimi tanınır. Şair 12 min beyt müəllifidir. Məhəmməd İqbal uzun sürən xəstəlik nəticəsində 1938-ci il aprel ayının 21-də vəfat eтmişdir.
Bəzi alimlər İqbalı Nitsşenin Fövqəlinsan (alm.Übermensch) fikrini qəbul etdiyi üçün tənqid etmişlər. İqbal isə Nitsşenin Übermensch deyəndə kamil insan nəzərdə tutduğunu düşünmüşdür.


j

k


q

l

m


Məhəmməd Əmin Rəsulzadə 
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-ci ildə Bakıda anadan olub, 6 mart 1955-ci ildə Türkiyədə, Ankara şəhərində vəfat edib. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindəndir. Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə buraxmış qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. 1917-ci il iyunun ikinci yarısında "Müsəlman demokratik Müsavat partiyası" ilə "Türk Ədəm Mərkəziyyət partiyası" birləşib, "Türk Ədəm Mərkəziyyət partiyası "Müsavat" adı altında çıxış etməyə başladı. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında "Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. 27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. 1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadə qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. 1917-ci ilə qədər Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü.1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış əbədiyyətə qovuşdu. 


Mövsüm Səmədov
Qeydiyyatdan keçirilməyən Azərbaycan İslam Partiyasının lideri. Mövsüm Mərdan oğlu Səmədov 1965-ci ildə Quba rayonunda anadan olub. Evlidir və 4 uşaq atasıdır. Bir qızı, üç oğlu var. Həyat yoldaşı Mehparə Səmədova dindardır, həyat yoldaşının siyasi mövqeyini müdafiə edir.
M. Səmədov Quba şəhəri 3 saylı orta məktəbin məzunudur. 1983-cü ildə M.Səmədov Azərbaycan Tibb Universitetinin "Müalicə proflaktika" fakultəsinə qəbul olmuş və 1990-cı ildə terapevt ixtisası ilə universiteti bitirmişdir. 1995-2002-ci illərdə İran İslam Respublikasının Qum Elm Hövzəsində təhsil almışdır.
M. Səmədov ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə getmiş və leytenant rütbəsi ilə tərxis olunmuşdur. Daha sonra, iki il müddətində Qusar rayonunun Digah kəndində Ambulatoriyanın baş həkimi vəzifəsində çalışmışdır.
M. Səmədov 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Milli Azadlıq Hərəkatında yaxından iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvlərindən olmuşdur. O, 90-ci ildən AXC-yə üzv olub və siyasi fəaliyyətə də buradan başlayıb. 20 yanvar faciəsindən xüsusilə təsirlənən M. Səmədov 90-cı illərin əvvəllərindən İslam dini ilə yaxından maraqlanmağa başlayır. O, 1993-cü ildə Azərbaycan İslam Partiyasına (AİP) üzv olur. 1995-ci ildə M.Səmədov dini təhsil almaq üçün İranın Qum şəhərinə gedir və orada Qum Elm Hövzəsinə qəbul olur. Təhsilini başa vurduqdan sonra 2002-ci ilin fevral ayında öz vətəninə qayıdır və Azərbaycan İslam Partiyasının işində yaxından iştirak etməyə başlayır. Əvvəlcə AİP-in Quba rayon təşkilatının sədri, 2007-ci ildə isə AİP-in sədri seçilib.
Mövsüm Səmədov Azərbaycanın ABŞ, qərb və İsrail ilə əlaqələrinə qarşı çıxır.
Prezident İlham Əliyevi açıq və sərt tənqid etdiyi üçün M. Səmədov 2011-ci ilin yanvar ayında saxta ittihamla həbs edilmişdir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3; 228.3 və 278 maddələri (terrorçuluq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirmə) üzrə ittiham elan edilmiş[4] və Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə 12 il azadlıqdan məhrum edilmişdir.
2011-ci il yanvarın 24-də Azərbaycan İslam Partiyasının nizamnaməsinə görə, həbsdə olan Mövsüm Səmədovun sədrlik funksiyası onun birinci müavini Elçin Manafova verilib.


n

Napoleon Bonapart                                                               
Napoleon Bonapart 15 avqust 1769-cu ildə Korsikada anadan olub. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir. Elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir. O, 1799-cu ilin noyabr ayında dövlət çevrilişi edərək birinci konsul olur və bütün hakimiyyəti öz əlində cəmləyib ölkədə diktatura rejimi yaradır. 
Napoleonun 1805-ci ildə Avstriya, 1806-cı ildə Prussiya, 1807-ci ildə Polşa üzərindəki parlaq qələbələri Fransanı Avropa qitəsinin demək olar ki, hegemon dövlətinə cevirir. Lakin dəniz rəqabətində Böyük Britaniyaya uduzması, 1812-ci ildə Rusiyaya məğlub olması onun qurduğu Fransa imperiyasının süqutunu tezləşdirir.
Fransa əleyhinə müttəfiqlər Parisdə Napoleonu taxtdan əl çəkməyə məcbur edir və Elbaya sürgünə yollayırlar. Lakin Napoleon öz xarizmasının gücü hesabına 1815-ci ildə yenidən hakimiyyətə qayıdır. 1815-ci il iyunun 22-də baş verən Vaterlo döyüşündə məğlub olduqdan sonra o ikinci dəfə hakimiyyətdən əl çəkməli olur. İngilislər onu dustaq kimi Müqəddəs Yelena adasına sürgün edirlər.
Müqəddəs Yelena adasında ikən Napoleon öz memuarlarını yazır. Səhətinin get-gedə pisləşməsilə 5 may 1821-ci ildə vəfat edir. Napoleon qanaxma ilə fəsadlaşmış mədə xərçəngindən vəfat etmişdir.



o

ö

p


r

Rafiq Tağı
Azərbaycanın Salman Rüşdilərindən sayılan Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə Azərbaycanın Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.
1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloqdur.
1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.
1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləmişdir. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləməkdədir. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışmışdır.
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğuldur. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları respublika və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilmişdir. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.
2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun) adlı essesinə görə, 1988-ci ildən üzvü olduğu, Azərbaycan Yazıçılar Birliyindən xaric edilmiş, 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə həbs olunmuş, ona 3 il iş kəsilmiş, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılmışdır.
“EQO” Yaradıcılıq Ordeninin üzvü olub. Hazırda Azad Yazarlar Ocağının üzvüdür. Çap olunmuş nəsr kitabları: “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv.Neqativ”(1996), “Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf Kenterberiyski”(2006). Yaxın vaxtlarda “Ekstremal şeirlər” kitabını və esselərdən ibarət ikicildliyini çap etdirmək arzusundadır.
2011-ci il noyabrın 19-u axşam naməlum şəxslər İslam müqəddəsliklərini açıq təhqir edən Rafiq Tağını bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat edilmiş, baxımsızlıq səbəbindən 23 noyabr 2011-ci ildə müalicə aldığı 1 saylı Klinik Tibbi Mərkəzdə ölmüşdür.


s

Səttar Xan
Səttar xan 1868-ci ildə Qaradağın Canalı kəndində  anadan olmuşdur. 1905-11-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi.
İran Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsi inqilabın beşiyi Təbriz şəhərinə hücum etdi. 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yarandı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan təyin edildilər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı düşmənə böyük tələfat verməklə onun silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail oldu. 
Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana mühüm təsir etdi. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizləndi. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah və irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur oldular. 1908-ci ilin dekabr ayında açılan ikinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini qiymətləndirmək məqsədilə onların şəkilləri üzərinə qızıl suyu ilə basılmış Fəxri lövhə yaranmasını təsdiq etdi.
Bu qələbə çar Rusiysı və İngiltərə imperializmini qorxuya saldı. Onlar Səttar xanı və onun fədailərini nüfuzdan salmaq üçün Səttar xan və Bağır xanı fədailərdən, Təbrizdən ayırmağa çalışdılar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda  deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın Baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur etdilər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər fədai ilə Tehrana yola düşdü. 1910-cu ilin aprel ayının 3-də Səttar xan Tehrana çatdı. Tehran əhalisi onu nicatverici rəhbər kimi qarşıladı.
1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın polis rəisi daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə, qəflətən hücum edib Atabəy parkını mühasirəyə alaraq Səttar xanın silahlı dəstələrini tərkisilah etməyə başladılar. Həmin gecə Səttar xan ayağından yaralandı. Onların Tehrandan çıxmasına icazə verilmədi. Nəhayət, həmin güllə yarasından 1914-cü ilin noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat etdi və Tehranda Şah Əbdüləzim qəbiristanlığında dəfn olundu.



ş

Şeyx Məhəmməd Xiyabani
İran inqilab tarixində görkəmli yer tutan alim, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani miladi 1879-cu ildə Təbriz yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun yaxşı tələbələrindən olmuşdur. Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. 
Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". 1907-1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır. İctmaiyyun-amiyyun Sosial-demokrat partiyası onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. 
1907-ci ildə məşrutə qanunu imzalandıqdan sonra Müzəffərəddin şahın yerində oturan Məhəmmədəli Mirzə rus çar hökumətinin köməyi ilə məşrutəni səhnədən çıxarmağa çalışdı. Çar hökuməti ilə İngiltərə arasında 1907-ci il müqaviləsi bağlandı. Bu müqavilə üzrə İran iki nüfuz məntəqəsinə bölündü: şimalda Rusiya və cənubda İngiltərə hökm sürdülər. Rus kazakı Lyaxov İran Məclisini top atəşinə tutdu. Məhəmmədəli Mirzə və daxili irticanın təhriki ilə rus kazakları Təbrizdə ümumi qırğın və faciə törətdilər.
 Çar hökuməti 1907-ci ildə bağladığı müqaviləni İran hökumətinə qəbul etdirmək üçün ona ultimatum verdi.
 Xiyabani Tehranın Səbzə meyddanında böyük mitinq təşkil edərək, müqavilə bağlayan dövlətlər və onu qəbul edən İran hökumət başçıları haqqında kəskin çıxışlar etdi. Tehranın polis başçısı Yeprem onu tutmaq istədisə də tapa bilmədi. Xiyabani Tehrandan Məşhədə, oradan Aşqabad və Bakı yolu ilə Mahaçqalaya getmiş, az müddətdən sonra Təbrizə qayıtmışdı.
Xiyabani 2-ci Məclis dövründə vəkil olduğu zaman Tehranda təşkil edilmiş İran Demokrat Partiyasının üzvü olmuşdur. Xiyabaninin "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o deyirdi: "Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı". Xiyabaninin 2-ci məqaləsində deyilirdi: "Dünyada ən mürtəce və totalitar dövlət olan çar rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir". Xiyabani məşrutə qaqnununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi. Uzunmüddətli böhrandan sonra üçüncü məclisə İranın digər nöqtələrindən vəkillər seçilmiş, lakin Azərbaycanda hakim olan Eynüd Dövlə və mürtəce dairələr seçkilərdə təxribat törədərək, seçki vərəqələrini cırmışdır. Buna görə də Məclisin bu dövründə Azərbaycan vəkilləri iştirak etməmiş, Məclisin 3-cü dövrü ancaq 39 gün davam edib, uzun sürən böhran dövrü başlanmışdır. Xarici dövlətlərin əlaltısı olan Rzazadə kimi provokatorlar məşrutə və Azərbaycan Demokrat Firqəsi əleyhinə təşəbbüs yeritməyə başladılar.
1918-ci ildə rus qoşunları inqilab nəticəsində İrandan çıxarıldılar. Ruslar boşaldan yerləri ingils qoşunları tutdular. Rzazadə kimi ingilis casusları Təbrizə göndərildi. Digər tərəfdən, Almaniya ilə müttəfiq olan Osmanlı dövlətinin qoşunları şimal-qərb tərəfdən Azərbaycana soxuldular. Bundan əlavə, Ürmiyədə aşur və erməni silahlı dəstələri bütün şəhəri və bazarı yandırdılar.
 1919-cu ilin avqust ayında Xiyabani və silahdaşları Osmanlı qoşunları tərəfindən həbsə alındılar. Bu qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə apardılar. 
1920-ci il 22 iyunda Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. Təbrizin vəziyyətini öyrənmək üçün buraya gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşmuşdur. Xiyabani demişdir: "Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və əməldə məşturə recimini qoruyub, bütün ölkədə islahat aparılmasını istəyir". Xiyabani 1919-cu ilin sentyabrında demişdir: "Biz istəyirik ki, ölkədə həqiqi millət hökm sürsün, müəssisələr və idarələr milli olsun". 
Şeyx Məhəmməd Xiyabaninin ölümü haqqındda onun ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəcinin nəvəsi belə nağıl edirdi: "Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmiş və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi istəmişdir. 1920-ci il, 14 sentyabrda kazaklar Həsən Miyanəçinin evinin zirzəmisində Xiyabaninin güllələmişlər.


t

u

ü

v

Viktor Hüqo
(26 fevral 1802, Fransa - 22 may 1885, Fransa)
böyük fransız yazıçı, dramaturq, şair, publisist. Utopik realizmin ən nüfuzlu nümayəndələrindən biri.
Hüqo özünün poetik və dramatik əsərləri ilə şöhrət qazanmışdır. Nəzm əsərləri arasında "Düşüncələr" (Les Contemplations) və "Əsrlərin əfsanəsi" (Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən çox bəyəndiyi əsərləri "Səfillər" (Les Misérables, epopeya) və "Notrdam qozbeli" (Notre-Dame de Paris), "Edam məhkumunun son günü" romanlarıdır.



y

z

Hacı Zeynalabdin Tağıyev
Azərbaycanlı milyonçu, mеsenat, maarifçi, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı.1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub.
Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Tağıyevin də əmlakı müsdirə edilir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir.
Bir dəfə Hacı faytonda gedərkən sınıq bir arabaya minən Axund Hacı Turabla üzbəüz gəlir. Tez faytonu saxlatdırıb, onu Hacı Turaba bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir. Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər.





2772 بازدید
در حال ارسال اطلاعات...