Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Tüpürün üzümüzə!

Avtobus “Əzizbəyov”dan bir az uzaqlaşmışdı ki, adamların arasından yanıqlı səs gəldi: “Ay camaat, kömək eləyin, anam xəstədi... Yalvarıram sizə! Nəyə gücünüz çatırsa, verin. Diz çökürəm qabağınızda, kömək eləyin?” Yaşı olardı 17-18. Başı bağlıydı. Qara gödəkçəsi köhnəyə oxşamırdı, hətta təzə adlandırmaq olardı. Avazı əla idi. Hiss olunurdu ki, bu işdə yeni deyil. Hər dəfə “ay camaat” sədası azı bir nəfəri sarsıdırdı və həmin adam əlini cibinə salırdı. Əvvəlcə 20 qəpik verdilər, sonra bir cavan oğlan manatlığı ona tərəf uzatdı. Qaragödəkçəli qız əlinin cəld hərəkəti ilə pulu qapıb gödəkçənin döş cibinə basdı. Həmin iki saniyə ərzində yenə “oxumağına” ara vermədi. Cavan oğlan məğrur görkəm aldı. Yanımda dayanan orta yaşlı qadın yazıq-yazıq üzümə baxdı. Qıza pul verə bilməmə