Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2014

Qasim Süleymani – hər an, hər yerdə olan şəxsiyyət

ABŞ məmurları: Süleymaninin icazəsi olmadan İraqda bir iş görmək mümkün deyil!
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, əl-Cəzirə media holdinqinin türk dilli eyniadlı kanalı İran İslam Respublikasının İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandanı general Qasim Süleymani barədə geniş reportaj yayımlayıb.
Reportajda general Qasim Süleymaninin həyatı, ruhiyyəsi, şəxsiyyəti, gördüyü işlər və təcrübələrindən söz açılaraq, onu dünya siyasətində təsir edəcək bir mehvər və Yaxın Şərq regionunda İranın qılıncı adlandırmışlar.
Hesabatda deyilir: Süleymani İran-İraq müharibəsi dövründə İslam İnqilabına olan vəfadarlığı və özünün bacarıqlarını sübut etmişdir. İranın o dövürdəki müharibə komandirlərilə qurduğu geniş əlaqə ilə özünü SEPAH-ın etimad olunacaq şəxslərindən biri kimi tanıtdıra bildi.
Müharibə bitdikdən sonra da, Qasim Süleymani öz qabiliyyət və ləyaqətlərini sübut etdi. O quldur və problem yaran şəxslərin daima var-gəl etdikləri İranın şərq sərhədlərində möhkəm təhlükəsizlik qurmağı və bu regionun əhalisinə asayişin ləzzətini dadırmağı bacardı.
Yaxın Şərqdə təhlükəsizlik böhranının dərinləşməsi fonunda Qasim Süleymani İslam İnqilabı rəhbəri tərəfindən Qüds briqadasının komandiri təyin edildi. Həqiqət budur ki, bu hadisədən sonra Yaxın Şərqdə baş vermiş bütün proseslərdə Qasim Süleymaninin izini görmək olar. O Hizbullahın İsraillə müharibələri, fələstinlilərin İsraillə müharibələri, Amerikanın Əfqanıstan və İraq müharibələrindəki çətinlikləri və ümumiyyətlə İran və Yaxın Şərqin mənafeyinə uyğun olan bütün proseslərə bir imza qoymuşdur.
İranın ətrafındakı ölkələrdə onun elə bir fəaliyyəti var ki, hətta İraq rəsmiləri “Bağdadın bu günkü təhlükəsizliyi və İraq ölkəsinin mövcudluğunu Qasim Süleymaniyə borclu olduqlarını” deməkdən çəkinmirlər və bunu aydın şəkildə bəyan edirlər.
Bu hesabatda Qasim Süleymanini hər an hər yerdə olan, lakin heç bir yerdə onun izini tapmaq mümkün olmayan şəxs kimi təqdim edirlər. Amerika məmurları və xəfiyyələrinin Hacı Qasim Süleymani haqqında fikirlərinə də hesabatda yer verilib: Süleymaninin icazəsi və istəyi olmadan İraqda bir addım atmaq olmur!


2436 بازدید
در حال ارسال اطلاعات...