Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2014

İmam Baqirin (ə) tərbiyə üsulu

Tərbiyə prosesində birbaşa yox, dolayısı ilə hərəkət daha təsirli üsuldur. Bu üsulla qarşı tərəfin ruhiyyəsinə dərin iz salmaq olar. İmam Baqir (ə) sənət insanlarını yüksək dəyərləndirirdi. Münasib vaxtlarda onlarla görüşər, onları təşviq edərdi. İmam Məhəmməd Baqir (ə) İmamət üfüqünün beşinci günəşi bütün ömrünü təlim-tərbiyə işlərinə sərf edib. Elə buna görə də “Baqirul-ulum”, yəni elmin çətinliklərini yaran, mərifət dügünlərini açan adalandırılır. Zülməti parçalamaq günəşin xüsusiyyətidir. Günəş üfüqdə görünüb zülmətləri yarır, o qürub edəndə yenidən qaranlıq çökür. İmam Baqir (ə) istibdad dövründə dünyaya göz açdı. Islam düşüncəsinin pərdələndiyi bir zamanda bu pərdələri qaldırmaq məsuliyyəti onun üzərinə düşdü. Həzrət Mədinədə dünyaya gəldi. Bir çox tarixçilərin nəzərincə həzrət hicri 57-ci ildə doğulub. Aydın olur ki, İmam Baqir (ə) babası İmam Hüseynin (ə) şəhadəti zamanı üç yaşında olub. Ayrı-ayrı mənəblərdə İmamın doğum tarixi fərqli göstərilib: 3 səfər, 5 səfər, rəcəbin ilk cüməsi, rəcəbin ilk düşənbə ya seşənbəsi. Daha çox tədqiqatçı alim 3 səfər tarixini mötəbər sayır.
İmam Baqirin (ə) həyatında diqqəti çəkən əsas mövzu həzrətin tərbiyə məktəbindəki üsuldur. Öncə onun pak əsl-nəcabətini yada salmaq lazm gəlir. İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən peyğəmbər nəsilinə bağlıdır. Əli övladları arasında həm ata, həm də ana tərəfdən imamətə bağlı ilk kəs İmam Baqirdir (ə). Onun atası İmam Səccad, anası İmam Həsən (ə) Müctəbanın qızı Fatimədir (s). İmam Baqirin (ə) anası dünyaya İmam övlad gətirmiş ilk Ələvi qadındır. Doqquz adla çağırılan bu xanımın ən məhşur künyəsi Ümmi Əbdüllahdır. Bu xanım paklıq və sadaqətdə nümunə olduğundan Siddiqə adı ilə də çağırılıb. İmam Baqir (ə) əziz anası haqqında buyurur: “Bir gün anam divarın kənarında əyləşmişdi. Qəfildən divar uçdu və anam əlini divarın qarşısına verib dedi: “And olsun Mustafanın haqqına üzərimə gəlmək icazən yoxdur.” Anam yerindən qalxıb kənarlaşana qədər divar əyilmiş vəziyyətdə qaldı. Anam uzaqlaşandan sonra uçdu.
İmam Baqirin (ə) ən məşhur ləqəbi Baqirdir (ə). Bu adı elmi çətinlikləri aradan qaldırmaq xüsusiyyətinə görə alıb. Övlad tərbiyəsi valideynin ən mühüm vəzifələrindəndir. Tərbiyə dedikdə insanın gizli istedadlarını üzə çıxarmaq, onun meyllərini doğru yola istiqamətləndirməkdir. Tərbiyə prosesi ölçülü bir prosesdir. Tərbiyə bir dəyər olaraq nəsldən nəslə ötrülə bilər. İnsanın tərbiyəsi nütfədən başlayaraq gözünü dünyaya yuman günə qədər dəyişir. Məsum imamlar (ə) iftixarlı bir ömür yaşadığından bəşər tarixində ən uğurlu tərbiyəçi də sayıla bilərlər. Başqa imamlar kimi, İmam Məhəmməd Baqirin (ə) də övlad tərbiyəsində uğurlu üsulu olub. Ata və ana ailədə övlad tərbiyəsinin iki əsas sütunudur. Ana bətninə nütfə düşən zamandan yeniyetmə dövrünədək övladla ən yaxın rabitədə olur. Ananın xüsusiyyətləri, düşüncələri, rəftarları övladın şəxsiyyətinə çox təsir göstərir. Ana övlad üçün bir nümunə olur.
Tərbiyəyə təsirli amillərdən biri ana olduğundan saleh övlad arzulayanlar izdivac öncəsi həyat yoldaşı seçimində diqqətli olmalıdırlar. İmam Baqirin (ə) nəzərincə övladın tərbiyəsi anadan başlayır. İmam Baqir (ə) Məhəmməd ibn Mərvana buyurur: “Övladına süd vermək üçün gözəl dayələrdən istifadə et, çirkin dayələrdən çəkin. Bəzən südlə xüsusiyyətlər ötürülür.” İmamın bu sözlərindən övladın qidalandığı südün təsiri aydın olur. Övlad tərbiyəsində ananın roluna diqqətsiz qalma qolmaz.
Övladın şəxsiyyətinə atanın da şəxsiyyəti təsirlidir. İmam Baqir (ə) buyurur ki, atanın ləyaqəti sayəsində övladlar azğınlıqlardan qorunur. Imam buyurur: “Övladlar ataların səlahiyyət və ləyaqəti sayəsində pak qalır.”
Atanın söz və əməlləri övladın formalaşmasında təsirli amildir. Ata həm də halal rusi qazanmaqla övladın kimliyinə təsir göstərir. İmam Baqir (ə) evə halal ruzi gətirən ataları müjdələyir. Onlar qiyamət günü 14 gecəlik ay kimi nurani sima ilə allahın görüşünə gələr. Övlad tərbiyəsində mühüm nöqtələrdən biri uşağın şəxsiyyətinə hörmət göstərməkdir. Həqiqi təbiyəçi müxtəlif üsullardan istifadə etməklə uşağın şəxsiyyətinə hörmətini ifadə edir. Bu yanaşma uşaqda müsbət sifətlər üçün zəminədir. Uşaq üçün ən qorxulu hal özünü alçaq, kiçik saymasıdır. Insan qidaya ehtiyaclı olduğu kimi ehtirama da ehtiyaclıdır. Ehtirama ehtiyac qidaya ehtiyacın fövqündədir. Övlada ən böyük zərbə valideynin və ətrafdakıların diqqətsizliyidir. Bu diqqətsizlik mənəvi yoxsulluğa səbəb olur. Maraqlıdır ki, İslamda övlad qarşısında məsuliyyətlərdən biri ona gözəl ad seçməkdir. Ad insanın etiqadını, milliyətini, mədəniyyətini, daxili istəklərini, ailəsini göztərir. Uşağa seçilən ad ona hörmət və ya diqqətsizliyə təsirlidir. Gözəl adı olan uşaqlara diqqət də artıq olur. Bəzən uşaqğın adından ləzzət alırlar. Amma övladın münasib olmayan adla adlandırılması onu kiçildir, ona qarşı diqqətsilik və həqarətə səbəb olur.
İmam Baqir (ə) bu mövzuya züsusi diqqətlə yanaşıb. İmam buyurur: “Ən sevimli ad Allaha bəndəliyi ifadə edir və peyğəmbər adları ən üstün adlardır. Başqa bir hədisdə İmam buyurur: “Övladlarınıza ad gözəl adlardan ad seçin.” İmam övladlarını belə adlandırmışdı: Cəfər, Abdullah, İbrahim, Əli, Zeynəb, Ümmi Sələmə. İmam göstəriş vermişdi ki, ən yoxsul təbəqədən olan uşaqlara da ən gözəl adları verin. İmam bu vasitə ilə onların alçaldılması üçün şəraiti aradan qadldırırdı.
Övlad tərbiyəsində təsirli yollardan biri onunla gözəl şəkildə danışmaqdır. Valideynin, tərbiyəçinin, müəllimin səsi uşağın ruhiyyəsinə təsir göstərir. Övladla danışarkən gözəl, qəlbə yatan, xoş sözlərdən istifadə etmək opnlarln ruhunu oxşayır. Bir çox ifratçılıqların, qəddarlıqların, inadkarlıqların, bədbinliklərin, guşənişinliklərin, ümidsizliklərin kökünü gözəl danışıqla qoparmaq olar. İmam Baqir (ə) buyurur: “Sizinlə necə gözəl danışılmasını istəyirsinizsə başqaları ilə eləcə gözəl danışın.” Kim istəyir ki, onunla kobud danışılsın?! Bu məslə uşaqlarla münasibətdə həlledici rol oynayır. Çünki uşaqların ruhiyyəsi daha lətif, dözümü daha aşağıdır.
Dinimiz uşaqlara salam verməyi tövsiyə edir. Bu iş onlarda izzəti nəfsi, yəni özünə hörmət hissini gücləndirir. Uşaqda ictimai rabitələrə yol açan əsas işlərdən biri budur. Uşaqlara salam onun ətrafla rabitəsini gücləndirir, ruhiyyəsindəki nigərançılıqları aradan qaldırır. Ətrafdakıların salam verməsi uşaqda salam verməyə adətin əsasını təşkil edir. Əgər uşağa ardıcıl şəkildə salam verilsə onda ruh yüksəkliyi yaranar. İmam Baqir (ə) buyurur ki, Allah gözəl tərxdə salamı sevir. Həzrət peyğəmbər buyurur: “Ölənə qədər beş şeyi tərk etmərəm...Onlardan biri uşaqlara salam verməkdir...”
Uşaqda özünəinam hissi yaratma qçox mühümdür. Bu hissin yaranmasında ən təsirli iş uşağa sevgi göstərməkdir. Uşağa sevgi, övladı öpmək, onu qucağa almaq, onunla xoş danışmaq məhəbbət nişanələridir. Ən yoxsul insan mənəviyyatı yoxsul insandır. Uşağa göstərilən sevgi onun mənəviyyatını zənginləşdirir, onda özünə inam hissini gücləndirir. Özünə inanan uşaqda daha münasib tərbiyə zəminəsi olur. İmam Baqir (ə) öz övladlarının tərbiyəsində yuxarıda sadalanan üsullardan bəhrələnib. Məhəmməd (ə) ibn müslim deyir: İmam Baqirin (ə) hüzurunda olduğum zaman kiçik oğlu Cəfər gəldi. İmam onu qucağına aldı, sinəsinə sıxdı, onunla şirin və gözəl danışdı.
Tərbiyədə incəsəntin xüsusi rolu var. Bu gün kino, teatr, ədəbiyyat, müsisi, rəsm və digər incəsənət sahələri geniş yayılıb. Əksər gənclər incəsənətə meyllidir. Bu meyldən onların tərbiyəsində istifadə etmək laızmdır. Belə üsul birbaşa yox, dolayı üsuldur və onun kökləri dərinə gedir. İmam Baqirin (ə) sənət adamlarına xüsusi diqqət göstərdiyi nəql olunur. Məşhur şair Kumeyt ibn Zeyd Əsədi İmamın müasirlərindən olub. Kumeyt Əhli-beytdən öyrəndiyi maarifi şerlərlə ecazkar bir şəkildə insanlara ötürüb. Onun şerlərində Bəni-Üməyyənin zülmləri də ifşa olunub. Bir gün Kumeyt Mədinədə İmam Baqirin (ə) görüşünə gedir. İmama öz qəsidələrindən oxuyur. Kərbəla müsibətindən danışan misralara çatanda imam o qədər təsirlənir ki, gözü yaşla dolur deyilir. Ey Kumeyt! Əgər sərvətim olsaydı sənə verərdim. Sənə həzrət peyğəmbərin Həssan ibn Sabitə buyurduğu sözləri deyirəm. Nə qədər ki, biz Əhli-beyti (ə) müdafiə edirsən Ruhul-qüds səni təsdiqləyir.”

Nur-az.com


1465 بازدید
در حال ارسال اطلاعات...