Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Həzrət Rüqəyyənin (ə) şəhadət günü

Səfər ayınını 5-i (28 noyabr) həzrət Rüqəyyənin (ə) şəhadət günüdür.

Şamın xarabasında gecə yarısı həzrət Rüqəyyə atasını bəhanə edir. Hamı yuxudan oyanıb, onun bərk ağladığı üçün bir yerə yığılırlar və o qızı araya alıb təsəlli verirlər. Lakin o qız heç cür sakitləşmir, atasını istəyir və deyirdi: Bibican mən atamı istəyirəm, mən atamı istəyirəm...
O qədər ata, ata dedi, ağlayıb, nalə etdi ki, onun ağlamaq səsi Yezidin sarayına çatdı. O məlun gecə yarısı İmam Hüseynin (ə) mübarək başını xarabaya aparmağı əmr etdi. Həzrət Rüqəyyə (ə) örtüyü qaldırdı, atasının qana boyanan kəsilmiş başını gördü və ürəyinin yarası təzələndi. Həzrət Rüqəyyə (ə) o başı götürdü, əvvəl onu iylədi və öpdü... Ata harada idin? Ata sən meydana gedərkən, alnın salamat idi, kim sənin nurani alnını sındırıb? O, atasının yaralanmış alnından öpdü. Ata saqqalın niyə qana və külə boyanıb?
Sonra atasına giley etməyə başladı: Ata üzümə bax, bu göyərən yerlər düşmən silisinin yeridir. Ata, bədənimə bax, o qədar taziyanə vurublar ki, qaralıb. Ata ayaqlarıma bax, tikanla dolub. Ata təsəlli və nəvaziş əvəzinə, məni sili ilə sakitləşdirirdilər. O qədər ata, ata etdi ki, daha səsi kəsildi.


1192 بازدید
در حال ارسال اطلاعات...