Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Həzrət Rüqəyyənin (ə) şəhadət günü

Səfər ayınını 5-i (28 noyabr) həzrət Rüqəyyənin (ə) şəhadət günüdür.

Şamın xarabasında gecə yarısı həzrət Rüqəyyə atasını bəhanə edir. Hamı yuxudan oyanıb, onun bərk ağladığı üçün bir yerə yığılırlar və o qızı araya alıb təsəlli verirlər. Lakin o qız heç cür sakitləşmir, atasını istəyir və deyirdi: Bibican mən atamı istəyirəm, mən atamı istəyirəm...
O qədər ata, ata dedi, ağlayıb, nalə etdi ki, onun ağlamaq səsi Yezidin sarayına çatdı. O məlun gecə yarısı İmam Hüseynin (ə) mübarək başını xarabaya aparmağı əmr etdi. Həzrət Rüqəyyə (ə) örtüyü qaldırdı, atasının qana boyanan kəsilmiş başını gördü və ürəyinin yarası təzələndi. Həzrət Rüqəyyə (ə) o başı götürdü, əvvəl onu iylədi və öpdü... Ata harada idin? Ata s