Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2014

Ərbəin

Ayətullah Cəvadi Amulinin əsərləri əsasında İmam Hüseynin (ə) Ərbəin (qırx) ziyarətinə baxış
Hüseyn Mahmudi

Namaz Allahın Həcc Allah evinin ziyarətidir. İmam Hüseynin (ə) ziyarəti Allahın xəlifələri ilə görüşdür. Namazın bir təsiri insanı çirkin işlərdən uzaqlaşdırmasıdır. Həccin bir faydası şirkdən uzaqlaşmaqdır. İmam Hüseynin (ə) ziyarətinin də öz səmərələri var.
Həzrətin ən üstün ziyarətlərindən biri Ərbəin ziyarətidir. Məsumlar bu ziyarətin əhəmiyyətli olduğunu vurğulayıblar. Ərbəin ziyarəti, Ərbəin ziyarətnaməsinin dəyərli məzmunu ilə tanış olmaq zəruridir.
Ərbəin ziyarəti möminlik nişanəsidir. Səfvan Cəmmal İmam Sadiqdən (ə) nəql edir ki, İmam Hüseynin (ə) ən mühüm ziyarətlərindən biri Ərbəin ziyarətidir. Bu ziyarətin fəzilətli olmasını göstərmək üçün onun möminlik nişanəsi sayılmasını yada salmaq bəs edər. İmam Həsən Əsgəri (ə) möminin əlamətlərini sadalayarkən Ərbəin ziyarətinin adını çəkir. Rəvayətlərdə sadalanan xüsusiyyətlər bütünlüklə şiələrə aiddir. 51 rəkət namaz peyğəmbərin buyuruğu əsasında şiələrin xüsusiyyətlərindəndir. Yalnız şiələr torpağa səcdə edir. Bəziləri Bismillahir-Rəhmanir-Rəhim cümləsini ya demir, ya da astadan deyir. Sağ ələ üzük salmaq, Ərbəin ziyarətnaməsi oxumaq da şiəlikdə əksini tapıb.
Ərbəin ziyarətinin dəyəri onun təkcə möminlik nişanəsi olması deyil. İmam Həsən Əsgəri (ə) bu ziyarətin vacib və müstəhəb namazla eyni sırada dayandığını buyurur. Namaz dinin sütunu olduğu kimi Ərbəin ziyarəti, o cümlədən Kərbəla hadisəsi vilayətin sütunudur. Həzrət peyğəmbər buyurur ki, dinin sütunu var və bu namazdır. İmam Həsən (ə) əsgəri buyurur ki, Əhli-beytin (ə) də sütunu Ərbəin ziyarətidir. Maraqlıdır ki, namaz və Ərbəin ziyarəti insanın imanını necə kamilləşdirir.
Namazın təsirləri barədə rəvayətlər çoxdur. Bildirilir ki, insan fitrətən müvəhhid, təkallahçıdır. Amma acı hadisələr qarşısında onun xarakterində təbəddülat baş verir. İnsan namaz qılmaqla bu təbəddülatlardan qurtulur. Ərbəin ziyarəti də insanın fitri müvəhhidlikdən çıxmasına mane olur. Kamil və məsum insanların ziyarəti bərəkətli olur. Bu ziyarətlər dini anlamaqda, cihadda, dini ayinlərin icrasında, dinin müdafiəsində təsirlidir. Ziyarətnamələrdə bu təsirlərdən danışılır. Ziyarətə gedən insan ziyarətnamədə Allahın birliyinə şəhadət verir, dini vəzifələrin icrasında Allahdan kömək istəyir.
Ayə və rəvayətlərdə qırx rəqəminə diqqət yetirilir. Quranda buyurulur ki, həzrət Musanın miqatı 40 gün uzandı. Bəni-İstail öz naşükürlüyünə görə cəzalandırılaraq 40 gün səhrada qaldı. Rəvayətlərdə bildirilir ki, Adəmin yaradılışı 40 gün çəkdi. Ruh üfürülənə qədər onun cismi qırx gün saxlanıldı. Şiə və sünnülər həzrət peyğəmbərin 40 hədisin hifzi ilə bağlı rəvayətini mötəbər sayırlar. Bir şəxs 40 faydalı hədis öyrənsə və xalqa öyrətsə qiyamət günü fəqih kimi səhnəyə gətirilər. Həzrət peyğəmbər buyurur: “Əgər 40 gün ixlaslı olsanız Allah hikmət çeşməsini qəlbinizdən dilinizə cari edər. 40 rəqəmi ilə bağlı başqa maraqlı nöqtə budur ki, əksər peyğəmbərlər 40 yaşında bu məqama çatıb. Gecə namazında 40 möminə dua etmək tapşırılır. Möminə 40 evə qədər qonşuları əzizləmək tövsiyə olunur. Aydın olur ki, 40 rəqəminin İslamda müəyyən mənası var.
Rəvayətdə nəql olunur ki, torpaq peyğəmbər, övliya, saleh bəndələrin vəfatı zamanı qırx gün ağlaya