Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2014

Quranda əmr be məruf və nəhy əz münkər

Əmr be məruf və nəhy əz münkər haqqında Quranda olan ayələr arasında Tövbə surəsində olan 67 və 71-ci ayələr xüsusi yer tutur.
Allah-taala bu ayələrdə buyurur: Mömin kişilər və möminə qadınların bir-birinə vilayət haqları var. Üzərilərində olan bu haqqa görədir ki, əmr be məruf və nəhy əz münkər edirlər. “Vilayət” kəlməsini hansı mənada götürsək, istər məhəbbət, dost, istərsə də, qanuni qüdrət və üstünlük, rəhbər mənasında və ya hər hansı digər mənada, bu, başqalarını pis əməllərdən çəkindirmək üçündür. İnsan hər hansı bir şəxsi günahdan çəkindirmək istəsə, gərək həmin adam üzərində bir növ qanuni haqqı olsun.
Qərb mədəniyyətində bu haqqı heç kimə vermirlər. Heç kim qalxıb günaha mane olmur və ya başqalarının maddi və mənəvi işlərinə dəxalət etməy