Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2014

Davamlı günah

Öncə xatırlatdıq ki, məsumlardan başqa hamının günahı var. Amma əməllərə digər bir tərəfdən nəzər saldıqda görürük ki, insanlar iki dəstədir:
Bəziləri günaha yol verdikdə peşman olur, gördüyü işdən vicdan əzabı çəkir, hətta özünə nifrət edir. Məhz bu peşmançılıq səbəbindən tövbə edir və qərara gəlir ki, bir daha belə bir iş görməsin. Belələri günah yükünü yüngülləşdirmək üçün xeyir işlər görür, günahlarını yumağa çalışır.
Digər bir dəstə isə davamlı şəkildə günaha yol verir, amma peşmançılıq çəkmir, tövbə haqqında düşünmür. Onlar sanki gördükləri işin günah olduğundan xəbərsizdirlər. Unudurlar ki, günahın davamı onu böyük günaha çevirir, hətta Allahın rəhmət qapısını insanın üzünə bağlayır. Davamlı günah nəticəsində insan əbədi əzaba düçar olur. Qurani-Məciddə belələrinin aqi