Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2014

İfratçının sünni ya şiəsi olmur!

Höccətülislam Dinpərvər: Sünni məzhəbindən ayrılmış təkfirçiliklə şiə məzhəbindən ayrılmış ifratçılıq arasında fərq yoxdur.

Nəhcül-bəlağə Mərkəzinin rəisi höccətülislam Dinpərvər deyib: Sünnə əhli arasında yoldan çıxıb İŞİD-ə çevrilənlər mövhumata uyub başqalarını təkfir edən şiələrlə eyni kökdən qidalanır. Hər iki qrup öz baxışı və səliqəsi əsasında hərəkət edir.
Son dövrlərdə xarici informasiya şəbəkələrində aktivləşən bir qrup zahirən şiə mövhumata uyaraq məzhəbin simasını dünyanın gözündə bulaşdırmaqdadır. Bu qrupun işi şiə məzhəbi ilə başqa məzhəblər arasında qarşıdurma yaratmaq, münasibətləri pozmağa hesablanıb. Baş yarmağın təbliği, Peyğəmbər (s) zövcələri və səhabələrin təhqiri bu şəbəkələrdə gündəmdən düşməyən mövzulardır. Əgər baş yarmaq şiə məzhəbini gözdən salırsa, Peyğəmbər (s) zövcələri və səhabələrinin təhqiri sünnə əhli ilə münasibətləri pozur. Demək olar ki, bütün dünya müsəlmanları bu fitnəkarlığı hiss edir və onu pisləyir.
Haqqında danışılan cərəyan bir müddətdir şiə mərcə alimi adlandırdığı şəxsə istinadən qalmaqal yaratmaqla məşğuldur. Xüsusi ilə İmam Hüseynə (ə) əzadarlıq dönəmində bu şəbəkələrin fəallaşması əslində Aşura hadisəsinin əsas missiyasını kölgədə qoyur. Mütəxəssislər belə şəbəkələrin maliyyə mənbələrini araşdırdıqda aydın olur ki, onların arxasında kifayət qədər ciddi və İslama düşmən qüvvələr dayanıb. Bu cərəyanın Britaniya banklarında xüsusi hesablarına həm Qərb ölkələri, həm də məntəqə ölkələrindən böyük məbləğdə pullar köçürülür. Mütəxəssislər bu fikirdədir ki, bu gün dünya imperializmi və beynəlxalq sionizmin qarşısında dayanmış Müqavimət cəbhəsi və onun əsas hamisi olan İran İslam Cümhuriyyəti bu fitnəkarlıqların əsas hədəfidir.
İslam dünyasında vəhdəti pozan təkfirçilər Britaniyadan fitnəkarlıq yayan şiələrdən mahiyyətcə fərqlənmir. Hər iki cərəyan müsəlman birliyinə qarşı yönəlib, hər iki cərəyan eyni qüvvələr tərəfindən dəstəklənir. Bu iki cərəyanın azğın fəaliyyətləri nəticəsində müsəlman cəmiyyətlərində sabitlik pozulur, müqəddəsliklərə qarşı hörmətsizlik artır, günahsız müsəlmanlar qətlə yetirilir.
Nəhcül-bəlağə Mərkəzinin rəisi höccətülislam Dinpərvər Təsnim informasiya agentliyi ilə söhbətində Nəhcül-bəlağə əsərində vəhdətin əhəmiyyətini göstərən nöqtələrə işarə edib. Alim bildirib ki, kitabın tərtibçisi olan Seyid Şərif Rəzi bu kitabı məzhəblərin yaxınlaşması, vədət məqsədi ilə toplayıb. Şəqşəqiyyə xütbəsini nümunə göstərən cənab Dinpərvər bu xütbədə vəhdətə nə dərəcədə əhəmiyyət verilməsindən danışıb.
Nəh