Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Quranın elmi ecazkarlığı

Qum İslam Elmləri Mərkəzinin elmi heyətinin üzvü höccətül-islam vəl-müslimin Məhəmməd Hacı Əbülqasim Beynəlxalq Quran Agentliyi ilə (İQNA) söhbətində Quranın elmi ecazkarlığı mövzusuna toxunub. Hacı Əbülqasim deyib:

Quranın araşdırmalarda nəzərdən keçirilən ecazkarlıqlarından biri də onun elmi ecazkarlığıdır. Mövzu ilə bağlı bir neçə nöqtəyə diqqət yetirmək lazımdır. İlk nöqtə Quranın hədəfidir. Qurani-kərimin hədəfi insanın hidayəti, doğru yola gəlişidir. İnsanın hidayəti, doğru yola gəlişi üçün lazım olan nə varsa Qurani-Kərimdə toplanıb. Demək istəyirəm ki, Quranın fizika, kimiya, ekologiya kimi təbiət elmlərinə yer verməsini gözləməməliyik.

Əgər Qurani-kərimdə bəzən təbiət elmlərinə aid mövzulara toxunulursa bunda məqsəd yenə də insanların hidayətidir. Elə buna görə də həmin nöqtələr Quranda pərakəndə şəkildədir, müxtəlif mövzulara aiddir.

İkinci nöqtə Quranın elmi ecazkarlığına yanaşma ilə bağlıdır. İnsan bir elmi kəşfə nail olanda həmin kəşfin Quranda olduğunu bildirməyə tələsməməliyik. Araşdırmaçılar bu sahədə ehtiyatla addım atmalıdır. Hər elmi kəşfi Quran ayəsinə aid etmək düzgün deyil.

Üçüncü nöqtə Quranın nazil olduğu dövrd və həqiqətlərin işarələrlə bəyanıdır. Bilməliyik ki, Quran nazil olan zaman bir çoq elmi nöqtələr qaranlıq idi. Əgər elmi kəşflərə işarə olunubsa bunun aydın şəkildə bəyanı həmin cəmiyyətdə mümkün deyildi. Yəni o dövrün insanlarında elmi açıqlamaları dərk etmək hazırlığı yox idi.

Dördüncü nöqtə budur ki, Quranın dili emosional bir dil deyil. Quran hər şeyi emosiyalardan uzaq, aydın bir şəkildə bəyan edir. Bəzi ziyalılar bu fikirdədir ki, Quran bəyanatlarının üslubu insanların hisslərini oyatmağa hesablanmışdır. Bu düzgün münasibət deyil. Qurani-kərimdə bütün xəbərlər həqiqətə münasib şəkildə bəyan olunur. Şairlərin ədəbiyyatda bəhrələndiyi təsirləndirmə üsulu Qurana yaddır.

Bu nöqtələri nəzərə aldıqdan sonra Quranın hansısa bəyanatı elmi bir kəşflə bağlı görünsə və bu münasibət ərəb ədəbiyyatı və təfsir elminə uyğun olsa, uyğun münasibətin eybi yoxdur. Bu nöqtəni Quranın elmi ecazkarlıqlarından sayıb təbliğ edə bilərik.

Məsələn, Qurani-kərimdə zövciyyət məsələsi açıqlanır və Allah-taala buyurur ki, hər şeyi erkək və dişi olmaqla cüt yaratdıq. (“Zariyat”, 49) Bu məlumat uzun illər sonra öz elmi təsdiqini tapdı. Hətta bitkilər arasında cütlərin olması əsrlərcə sonranın bilgisidir. Quranın bu işarəsi onun elmi ecazkarlıqlarındandır.

Məsələn, keçmişdə təsəvvür bu idi ki, yer müstəvi formasındadır. Amma Quran yerin kürə formasında olduğunu bildirdi. (“Ər-Rəhman”, 17) İki şərq və iki qərb məsələsi yerin formasını bildirir. (“Məaric”, 40) Təbii ki, müstəvinin bir şərqi və bir qərbi var. Yalnız kürənin iki şərq və iki qərbi ola bilər. Beləcə Quranın şərq və qərbin bir olmadığını bildirməsi onun elmi ecazkarlığı nümunəsi sayıla bilər.

İstənilən bir halda Quranın işarələrini elmi kəşf kimi göstərməyə qəti şəkildə cəhd etməməliyik. Bütün bunlar ehtimaldır və ayədə başqa məna nəzərdə tutula bilər.

Biz Quran maarifinə maraqlı insanların istəyini cavablandırmaq üçün ehtimallarla çıxış edə bilərik. Bəli, Quran müasir elmlər səviyyəsində bəyanatlarla çıxış edə bilər. Quran ayələrinin elmi kəşflərə işarə olması mümkün bir işdir.


Nur-az.com/iqna


2204 بازدید
در حال ارسال اطلاعات...