Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2014

İntihar həddi

Sosial şəbəkələrdə ötən həftənin trendi "intihar həddi" oldu. Əslində intihar məsələsi Azərbaycanda çoxdan aktualdır.

40-a yaxın insan intihar həddinə çatıb, "Koroğlu" körpüsünə çıxdı. Məmurların incitdiyi, sosial qayğıların içində itib-batan bu insanları canından bezdirənlərə qarşı heç bir tədbir görülmədi.

Əvəzində, körpüdən böyük bir bildiriş asıldı: "İntihar edənlər həbs olunacaq".

Günün günorta çağı Bakıda və Sumqayıtda Qarabağ əlilləri özünə od vurub yandırdı. Heç kim məsuliyyətə cəlb olunmadı.

Hətta iş o yerə açtıb ki, intihara cəhd artıq dəb halını almağa və bir çox problemlərdən yeganə çıxış yolu kimi görünməyə başlayıb. Məmurların qəbul otaqlarında sözü eşidilməyən, haqqı tapdanan vətəndaşlar yalnız bu yolla problemlərini ictimailəşdirməyə çalışır. Hələ bəxtləri gətirəc