Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Dekabr 2014

Din təbliğində ruhani və natiqlərin elm səviyyəsinin əhəmiyyəti

Məhərrəm ayında düzgün İslam və Quran maarifi olan Hüseyn (ə) və Əli (ə) təlimlərini xalqa söyləyin. Mən dəfələrlə demişəm ki, mütaliəsiz minbər etməyin. İnsan "görək nə deyirik" deyə minbərə getsə və minbərdə ağzına gələni danışsa, bəzən zəif, bəzən səhv və bəzən Allah eləməmiş, məzhəbə hörmətsizlik sayılan bir söz desə, bu, Aşuraya qarşı nankorluqdur. Möhtərəm cənablar! Əziz, zəhmətkeş və dəyərli ruhanilər, alimlər və natiqlər! Bu gün bizim gənclərimizin diqqətli beyinlərinin sualları var. Bu sualları səhv axtarmaq kimi başa düşmək olmaz. Bir gənc bir sual verən kimi deməyək ki, sakit ol; sanki küfr söyləyir. Gəncdir, gəncin beyni diqqətlidir. Bu gün bütün dünyada mövcud olan səsli və görüntülü əlaqələr sə