Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Qəzəblənəndə...

Şeytan Musanın görüşünə gəlib deyir: Ey Musa! Allah-Taala Öz risalətini çatdırmaq üçün səni bu insanların içindən seçib və sənin vasitənlə onlarla danışır. Buna görə də həddən artıq abırlısan. Mən də Allahın yaratdıqlarından biriyəm ki, günah etmişəm və istəyirəm etdiyim günahdan Allaha tövbə edim! Sən vasitəçi ol, Allah da tövbəmi qəbul etsin.

Həzrət Musa qəbul edir və mehriban Allahdan istəyir: İlahi! Onun tövbəsini qəbul et.

Vəhy gəlir: Musa! İstəyini qəbul etdim, şeytana əmr et ki, Adəmin qəbrinə səcdə etsin. Günahın tövbəsi əldən çıxmış əməlin yerinə yetirilməsi ilədir.

Musa İblisi görür və Allahın buyurduğunu ona çatdırır. Şeytan bərk əsəbləşir və təkəbbürlə deyir: Ey Musa! Mən Adəmə diriliyində səcdə etmədim, istəyirsən ölüsünə səcdə edim!

Sonra deyir: Ey Musa! Mənim tövbəmin qəbul olunması üçün şəfaətçi olduğuna görə boynumda haqqın var. Demək istəyirəm ki, üç vaxtda mənim zərbələrimdən ehtiyatlı ol. Hər kim bu üç vaxtda məndən ehtiyatlı olsa həlakətdan amanda olar.

1.Hər zaman qəzəblisən məndən ehtiyatlı ol. Ruhum sənin ürəyində və gözüm sənin gözündədir. Eynən qan kimi bütün vücudunda cərəyan edirəm və əsəb baltası ilə kökünü kəsirəm.

2.Cihad meydanında olan zaman, başa düş ki, o vaxt Allaha xatir mücahidi övlad və həyat yoldaşını yadına salıram və bacardığım qədər onu Allah yolundakı cihaddan uzaqlaşdırıram!

3.Naməhrəm xanımla xəlvətdə olmaqdan qorx, çünki mən onları yaxınlaşdırmaq üçün vasitəyəm!

Şeytan bu maraqlı dastanda üç qorxulu şeyə işarə edir: Şəhvət, qəzəb və əsəb.

Hər halda demək lazımdır: Şəkkiniz olmasın, insanın cihaddan qaçması, dünyaya bağlılığından ayrı bir şey deyil və Şeytanın Adəmə səcdə etməməsi də həsəddən başqa bir şey ola bilməz.