Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Qəzəblənəndə...

Şeytan Musanın görüşünə gəlib deyir: Ey Musa! Allah-Taala Öz risalətini çatdırmaq üçün səni bu insanların içindən seçib və sənin vasitənlə onlarla danışır. Buna görə də həddən artıq abırlısan. Mən də Allahın yaratdıqlarından biriyəm ki, günah etmişəm və istəyirəm etdiyim günahdan Allaha tövbə edim! Sən vasitəçi ol, Allah da tövbəmi qəbul etsin.

Həzrət Musa qəbul edir və mehriban Allahdan istəyir: İlahi! Onun tövbəsini qəbul et.

Vəhy gəlir: Musa! İstəyini qəbul etdim, şeytana əmr et ki, Adəmin qəbrinə səcdə etsin. Günahın tövbəsi əldən çıxmış əməlin yerinə yetirilməsi ilədir.

Musa İblisi görür və Allahın buyurduğunu ona çatdırır. Şeytan bərk əsəbləşir və təkəbbürlə deyir: Ey Musa! Mən Adəmə diriliyində səcdə etmədim, istəyirsən ölüsünə səcdə edim!

Sonra deyir: Ey Musa! Mənim tövbəmin