Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Sənət ulduzları sükutu pozdu: Cinsi təcavüz!

Bu günlərdə Amerikanın məşhur kino və televiziya sənətçiləri öz həyatlarının qaranlıq fəsillərini tamaşaçılarla bölüşüblər. Onlar uşaq və yeniyetmə yaşlarında cinsi təcavüzə məruz qaldıqlarını etiraf ediblər. Cinsi təcavüz qurbanları uzun illərdən sonra qərara gəliblər ki, bu acı təcrübələrini geniş tamaşaçı kütləsinə çatdırsınlar. Bu qurbanların əksəri sənət dünyasının ulduzları kimi məşhurdur. 28 yaşlı müğənni Ledi Qaqa (Lady Gaga), 51 yaşlı ulduz Canik Dikinson (Janice Dickinson), 81 yaşlı aktrisa Coan Kollins (Joan Collins) sənət dünyasının 3 məşhuru olaraq öz keçmişləri barədə danışmağa qərar veriblər. “Bild” informasiya mərkəzinin verdiyi xəbərə görə Terri Hetçer (Teri Hatcher), Pamela Anderson və minlərlə başqa Qərb sənətçisi son bir neçə ayda cinsi təcavüzə məruz qalması ilə bağlı müsahibələr verib. Təbii ki, bu açıqlamalar hadisələrdən uzun illər ötdükdən sonra mətbuata çıxıb. Bu təcavüzlərdə daha çox adı hallananlardan biri ABŞ tele-ulduzu Bill Kasbidir (Bill Cosby). ABŞ mətbuatının verdiyi xəbərə əsasən, Bill Kasbi öz tele-şoularından əvvəl və ya sonra 21 qonaq qadına təcavüz edib. Verlişin qonaqları arasında Canik Dikinson kimi ulduz da var. Canik Dikinson CNN telekanalına verdiyi müsahibədə 1982-cı ildə Kasbi tərəfindən cinsi təcavüzə məruz qaldığını söyləyib.
Bu qəbil cinayətlərin əksəri barədə 2014-cü ildə açıqlama verilib. Hansı ki, əksər təcavüzlər 80-cı illərdə baş verib. 77 yaşlı müttəhim məhkəmədə ittihamları rədd edib, hətta şəxsiyyətinə qarşı iftiraya görə şikayət edib.
49 yaşlı amerikalı sənətçi Terri Hetçer bu il noyabr ayında qadınlara qarşı təcavüzlə mübarizə günündə Nyu-Yorkda müxtəlif ölkələrdən gələn nümayəndələr qarşısında təcavüzə məruz qaldığını açıq bəyan edib. Terri Hetçer göz yaşları içərisində bildirib ki, əmisi 5-8 yaşı olarkən ona təcavüz edib. O bu günə qədər həmin acı xatirələri gizli saxlamasından əzab çəkdiyini bildirib. O deyib ki, əmisinin ona təcavüzü barədə heç vaxt ailəsinə məlumat verməyib. Ardıcıl təcavüzə məruz qalan qız 14 yaşında intihara əl atıb. Hazırda qadınlara qarşı təcavüzlə mübarizə sahəsində ictimai fəallardandır. O deyib: “Mən dəfələrlə intihar barədə düşünmüşəm. Məni yalnız bu acı hadisəni təcrübədən keçirənlər başa düşə bilərlər. Cinsi təcavüzü öz taleyinin bir hissəsi sayanlar çoxdur. Mən onlardan biriyəm. Mən çalışıram ki, bütün təcavüzə məruz qalmış qadınları öz səsini ucaltmağa cürətləndirim. 23 yaşlı Liza Bonet (Lisa Bonet) öz Twitter səhifəsində məlumat verib ki, 1984-88-ci illərdə Amerikanın ən məşhur tele-şousunun qonağı olduqdan sonra verilişin aparıcısı tərəfindən təcavüzə məruz qalıb.
46 yaşlı aktrisa Pamela Anderson 90-cı illərdə internetdə ən çox izlənilən qadın kimi məşhurdur. Pamela Anderson 16 mayda 200 tamaşaçının qarşısında, canlı yayımda deyib: “Mənim ağır keçmişim olub. 12 yaşım olanda rəfiqəmin 25 yaşlı qardaşı tərəfindən cinsi təcavüzə məruz qaldım. Bir neçə il sonra dostluq etdiyim oğlan 6 dostu ilə mənə təcavüz etdi. Ey kaş həmin gün öləydim!” Sənətçi xanım Britaniyanın Guardian qəzetinə müsahibəsində deyib ki, insanlara inamını itirib, yalnız heyvanlara etimad göstərir. 2 gün sonra Pamela Anderson Twitterdə öz etiraflarının səbəbini açıqlayaraq deyib ki, mən bütün qurbanları ayağa qaldırmaq istəyirəm.
Digər məşhur amerikalı aktrisa Analin Makkard (AnnaLynne McCord) 2014-cü ilin may ayında cinsi təcavüzə məruz qalması ilə bağlı susmasının səbəbləri barədə danışarkən 18 yaşında təcavüzə məruz qaldığını etiraf edib.
Almaniyalı psixoloq Mişel Til (Michael Thiel) təcavüzə məruz qalanların uzun illər susmasının səbəbləri barədə deyib: “Adətən gənc qızlar və qadınlar təcavüzə məruz qalır. Onlar elə bir iztirab keçirir ki, bu iztirab onlardan reaksiya göstərmək imkanlarını alır. Gənc məşhurlar güman edirlər ki, öz şəxsiyyətlərini qorumaq üçün ömür boyu susmalıdırlar. Eyni zamanda kimsənin bu ittihamlara inanmayacağı ehtimalı onları qorxudur.” Psixoloqun nəzərincə, zaman ötdükcə və bu qadınlar yaşa dolduqca hadisəyə daha çox fərdi yox, ictimai prizmadan yanaşırlar. Onlar başqa qurbanlara kömək məqsədi ilə, belə hadisələrin qarşısını almaq üçün açıq etiraf edirlər.
Mişel Til deyir: “Ulduzlar və modellərin təcavüzə məruz qaldıqdan sonra susmasının bir səbəbi də bu cinayətdə hər iki tərəfin mühakimə edilməsi olub. Xoşbəxtlikdən hazırda münasibət dəyişib. Hər bir təcavüz fərqli şəraitdə baş verdiyindən təcavüzə məruz qalanın müalicəsi də fərqli olur.”
Avropanın məşhur FRA informasiya mərkəzinin 2014-cü il 5 mart tarixində verdiyi məlumata əsasən, Avropada hər il 62 milyon nəfər təcavüzə məruz qalır. Bir çox qurbanlar uşaq yaşında təcavüzə məruz qalır. Bu statistikaya əsasən Avropada 3 qadından biri təcavüz qurbanıdır. Hesabatlar göstərir ki, Avropada 15 yaşdan yuxarı hər bir qadın ən azı bir dəfə cinsi təcavüzə məruz qalıb. 83-102 milyon qadın, yəni 15 yaşdan yuxarı qadınların 45-55 faizi ən azı bir dəfə təcavüzə məruz qaldığını etiraf edir.

Nur-az.com


1209 بازدید
در حال ارسال اطلاعات...