Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Yalan danışmaq

İmam Baqir (ə) yalan danışmağın böyük günah olması haqqında buyurur:
«Allah-Taala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:)
«Yalan danışmaq, şərab içməkdən də pisdir». (Üsuli-kafi, 2-ci cild, 239-cu səh.)


Ən pis insanlar:
Cabir ibn Əbdüllah Ənsari deyir:
İslam Peyğəmbəri (s) öz səhabələrinə xitab edib buyurdu:
«Sizə ən pis kişilərinizdən xəbər verim?»
Biz dedik: Xəbər ver, ey Allahın Rəsulu!
Həzrət buyurdu:
«Sizin kişilərinizin ən pisi bunlardır:
1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar.
2. Özü tək yeyən və başqalarına qazandığından verməyən.
3. Öz qulunu vuran.
4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yəni öz ailəsinin dolanışığını təmin etmədiyi üçün onlar başqalarına möhtac olanlar). (Biharül-ənvar, 72-ci cild, 115-ci səh.)


Allaha kafir olmağın səbəbləri.
İmam Sadiq (ə) buyurur:
Kafir olmağın bünövrələri üçdir:
1. Dünya həyatına həddən artıq vurğun olmaq.
2. Təkəbbürlü olmaq.
3. Başqalarına həsəd aparmaq.
Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri - qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu.


Allahın əmrindən çıxmağa səbəb olan ən birinci günahlar.
İmam Sadiq (ə) buyurur:
Allahın əmrindən çıxmağa səbəb olan günahlar bunlardır:
1. Dünyaya hərislik;
2. Vəzifəpərəstlik;
3. Yeməyə hədsiz vurğunluq; (tamahkarlıq)
4. Yatmağa hədsiz vurğunluq; (süstlük)
5. Həmişə istirahətdə olmaq fikri. (Tənbəllik)
6. Qadınlara hədsiz məhəbbət. (Şəhvətpərəstlik) (Üsuli-kafi, 2-ci cild, 389-cu səh.) 


İki üzlü şəxslərin əlamətləri
İslam Peyğəmbəri (s) buyurur:
Üç xislət hər kəsdə olsa özünü müsəlman bilsə də, oruc tutub namaz qılsa da ikiüzlü və münafiq hesab olunur
1. Əlinə əmanət düşsə ona xəyanət edə.
2. Onun sözləri yalan ola.
3. Vədəsinə əməl etməyə. (Üsuli-kafi, 2-ci cild, 290-cı səh.)


Ən böyük günah.
İmam Əli (ə) buyurur:
«Allah dərgahında ən böyük günah budur ki, günahkar şəxs etdiyi günahı kiçik saya». (Qürərül-hikəm.)


Böyük günahların arasında ən böyük günah.
Bir nəfər İmam Əlidən (ə) soruşdu:
«Böyük günahların arasında ən böük günah hansıdır?»
İmam (ə) buyurdu:
1. «Özünü Allahın əzabından amanda bilmək;
2. Allahın nemət verməyindən ümidini üzmək;
3. Allahın rəhmətinə ümidsiz olmaq» (Mizanül-hikmət, 3-cü cild, 462-ci səh.);


Günahın kəffarəsi; (Onu təmizləyən şeylər)
Bir nəfər Peyğəmbərdən (s) soruşdu: «Mənim günahlarımı təmizləyən şeylər hansılardır?»
Peyğəmbər (s) buyurdu:
«Ağlamaq, təvazökarlıq etmək və xəstəliklər».


Allah dərgahından ən uzaq şəxslər;
İmam Sadiq (ə) buyurur:
«İnsanı Allahdan ən çox uzaqlaşdıran amil budur ki, insanın bütün fikri qarnını və şəhvətini doyurmaq olsun». (Vəsailüş-şiə, 11-ci cild, 318-ci səh.)


Camaatla pis davranmağın nəticəsi;
İmam Sadiq (ə) buyurur:
«Sirkə balı xarab etdiyi kimi pis davranış da insanın yaxşı işlərini məhv edir». (Vəsailüş-şiə, 11-ci cild, 323-cü səh.)


Günah etməyin nəticəsində ölənlər və ehsan verməyin təsirləri.
İmam Sadiq (ə) buyurur:
«Günah etməyin nəticəsində ölənlər təbii ölənlərdən çoxdur. Ehsan verdiklərinə görə yaşayanlar (ömrü artanlar) isə təbii ömürlə yaşayanlardan çoxdur».
O Həzrət başqa bir hədisdə buyurur:
«Pis işin insanın sağlam ruhundakı mənfi təsiri bıçağın ətdəki tə’sirindən çoxdur». (Səfinətül-bihar, 1-ci cild, 488-ci səh.)






1479 بازدید
در حال ارسال اطلاعات...