Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

İŞİD-çilər bir həftədə iki oğlumun başını kəsdilər

İki şəhid atası olan iraqlı: Onlar təkbir deyə-deyə oğlumun başını kəsirdilər, oğlum isə “Ya Zəhra (s.ə.)!” deyirdi...
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, gözləri dolmuş atanın ilk cümləsi belə oldu: “Övladlarımın başını İŞİD kəsdi. İndi onlar üçün darıxıram.”
Zöhr azanına az qalırdı. İnsanların izdihamı o qədər çox idi ki, namaz qılmaq üçün yer tapmaq çətin idi. Təqribən Beynəl-hərəmeynin ortasında əyləşdik. Astadan zikr deyən və Həzrət Əbul-fəzl Abbasın (ə) hərəminə özünəməxsus xatircəmliklə baxan bir kişinin yanında.
Bir neçə dəqiqə keçdi. Yanımızda oturan kişinin ağlaması get-gedə artmağa başladı. O qədər ki, diqqətimizi özünə cəlb etdi. Gözü bizim baxışlarımıza sataşdıqda, gözlənilmədən özü söhbətə başladı:
-“İŞİD övladlarımın başını kəsib. İndi isə onlar üçün darıxmışam...”
Biz kişinin göz yaşları və ilk cümləsindən şoka düşmüşdük. O İraqlı kişinin ürək dağlarını eşitməyi ürəyimiz istəyirdi... Baş verənləri izah etməsini istədik.
Qəlbi sakitləşdikdən və göz yaşları dayandıqdan sonra, bizim təklifimizi qəbul etdi. Danışmağa başladı. Kərkükdən idi. Milliyyətcə türkmən idi. Ərbəin ziyarəti üçün piyada olaraq Kərbəlaya yola düşmüşdü. Öz dediyinə görə, qəlbi aramlıq tapsın deyə bu cür etmişdi. Bu da şəhid atası ilə söhbətimiz:
- Övladlarınızın adı nə idi və nə vaxt şəhid oldular?
- Əhməd və Casim. Əhməd ramazan ayının 7-si və Casim ramazan ayının 14-ü şəhid edildilər.
- Ordu qüvvələrindən idilər yoxsa könüllü qüvvələrdən?
- Müharibəyə könüllü getdilər.
- Neçə yaşları var idi?
- Əhmədin 22, Casimin isə 18 yaşı var idi.
- Neçə övladınız var?
- Onlardan başqa bir oğlum və üç qızım var.
- Uşaqları müharibəyə özünüz göndərdiniz?
- Ayətullah Sistani cihad fətvası verdikdə, uşaqlar özləri könüllü olaraq müharibəyə getdilər.
- Siz razı idiniz?
- Bəli, şərəfimlə razı idim ki, cihad hökmünə getsinlər. Əgər biz qan verməsək İslam və şiənin adı qalmayacaq. Bu azana and olsun, mən razıyam ki, o biri oğlum da müharibəyə getsin və şəhid olsun!
Bura çatdığımız zaman şəhidlərin atası yenidən ağlamağa başladı və ağlaya-ağlaya oğlanlarının necə şəhadətə yetirilməsi barədə dedi:
- Oğlanlarımın başını kəsdilər. Casimi şəhid etdikləri zaman, Casimin öz mobil telefonu ilə video çəkirdilər. Sonradan bu telefon bizim əlimizə keçdi. Təkfirçilər “Əllahu əkbər, Əllahu əkbər” deyərək Casimin başını kəsirdilər. Casim son ana qədər yalnız belə deyirdi: Ya Zəhra (s.ə.), ya Zəhra (s.ə.) ...


1448 بازدید
در حال ارسال اطلاعات...