Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Hacı Qasim Süleymani Ərbəin haqqında

Yaxın Şərqdə, Suriya və İraqda ABŞ və onun əlaltılarını ən çox narahat edən şəxslərdən olan Qüds Qüvvələri komandanı general Hacı Qasim Süleymani əzəmətli Ərbəin nümayişlərinə münasibət bildirib. General Süleymani deyib: Bu gün şəhidlər və İmam Hüseyn (ə) yolunun həqiqətini Fələstin, Livan və başqa qaynar nöqtələrdə müşahidə etmək olar.
General Qasim Süleymani Malik Əştər korpusunun 27 şəhidi, 6 Rabər şəhidinin 14-cü anım mərasimində deyib: Bəziləri soruşurlar ki, İmam Hüseynin (ə) və şəhidlərin yolunun nəticəsi nə oldu? Əgər bu yolun sonuna nəzər salsaq 2 səbəbdən inqilab səhnəsindəki uğurlara şübhə etməməliyik. İstər İmam Rahilin (r) dövründə, istərsə də Ayətullah Xameneinin rəhbərliyi zamanında həyata keçən müdiriyyət ilk dəlildir. Bu gün şəhidlərin qanının və vilayəti fəqihin rəhbərliyinin təsirləri göz qarşısındadır.
General Süleymani deyib: İnqilabdan 34, müharibədən 20 ildən artıq vaxt keçib. Bu günə qədər düşmən öz kin-küdurətini zərrəcə azaltmayıb. Ölkəmiz və inqilabımıza qarşı bacardıqlarını ediblər. Düşmənlər hərbi qüvvələrini, bütün qrumlarını səfərbər etsələr də müşahidə etdiyimiz budur ki, Səddam ordusundan xəbər yoxdur, İraqda vəziyyət başqadır. Bu gün biz Ərbəində İslam və şiə məktəbinin ən böyük iqtidar paradını seyr edirik.
Qüds komandanı deyib: İran sərhədləri açanda 1 milyon 300 min nəfər İraqa daxil oldu. Müsəlmanlar arasında böyük bir qardaşlıq hissi formalaşmaqdadır.
General Süleymani deyib: Bugünki İraq inqilabımız və inqilab rəhbərinin yolunu gedir və şəhidlərin yolunun ən böyük nəticəsi budur. Fələstin, Livan, dünyanın bir çox yerlərində şəhidlər və İmam Hüseyn (ə) yolunun təsirlərini görə bilərik. Şəhidlərimizin qanının təsiri bu yolun həqiqi yol olduğunu göstərir. Onların şəhadətindən hər gün ötdükcə cəmiyyətə təsirləri güclənir, xalqın nəzərində hörmətləri artır. Şəhidlərin və İmam Rahilin (r) yolu davam edir, hər gün ardıcılların sayı artır. Xoş halına şəhidlərə bağlılıq iftixarı qazanmış şəhid analarının, şəhid atalarının, şəhid övladlarının və şəhid ailələrinin halına! Şəhidlərimizin əziz ailələri və bu böyük mənanı dərk edən bütün insanlar üçün Ərbəin bəs edir!

Nur-az.com


1444 بازدید
در حال ارسال اطلاعات...