Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Qüsursuz dövlətə qüsurlu münasibət

Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq müəllim deyib ki, Azərbaycanda seçkilər düzgün keçirilir, sadəcə, bəzi xarici qara qüvvələr ölkəmizi nahaq yerə tənqid edirlər. Sitat: “Azərbaycan seçkisi böyük inkişaf yolu keçib, öz seçicilərinin hüquqlarına şərait yaratmaq baxımından öndədir. O başqa məsələdir ki, bizdən qüsursuz, ideal, dünyanın heç yerində olmayan seçki istəyirlər, göstərilən münasibətlərdən bunu sezmək olar. Artıq xalqımız, dövlətimiz o qədər inkişaf edib ki, bizə münasibət bu cür olur” (APA).
Əlaçı. Bu qabiliyyətlə biz “Məzahir müəllimdən sonra MSK-nın taleyi necə olacaq” deyə narahat suallar verməyə bilərik. Adam sırf varis planıdır, necə deyərlər. Sabah Məzahir müəllim Londondan sığınacaq alıb ölkədən qaçsın, Marsa uçsun, nə bilim, piti yeyəndə boğazında noxud qalsın - qəti problem yoxdur, vəzifəyə layiqli namizəd vardır. Hətta deyərdim Natiq müəllim Məzahir müəllimi bülleten kimi qatlayıb cibinə qoyar, protokol kimi ütüləyib YAP-a göndərər, görünməz mürəkkəb eləyib barmağına dolayar, daha doğrusu, bulayar.

Hələ fikir verin, gör necə təhlil edibdir! Deyir bizdən dünyanın heç bir yerində olmayan seçki istəyirlər, çünki biz dünyanın heç bir yerində olmayan inkişaf yolu keçmişik, analoqu olmayan addımlar atmışıq. O səbəbdən xaricdəki Con, Martin, Vartan, nə bilim, Fransua bizdən tələb edir ki, zəhmət çəkin seçkinizi də analoqu olmayan şəkildə qurun. Bah-bah...

Natiq müəllim olduqca haqlı natiqdir. Bizim hökumətdən doğrudan da analoqu olmayan şeylər istənilir. Örnək üçün, elə seçkiləri götürək. Bəyəm dünyanın hər yerində 40 il eyni adamı prezident seçmirlər? 50 il bir şəxs nazir qoyulmur? 70 il ərzində deputat kreslosuna kök atan tiplər yoxdur? Var, hətta hamıda belədir desək yanılmarıq. Az