Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Böyük Ariflərin ölüm anlarında baş verənlər (1)

Şübhəsiz hamı bir gün ruhun bədəndən ayrılması anlarını yaşayacaq. Bu anlarda insan fani dünyanı tərk edir və bütün maddi aləmdən ayrılır. 
Böyük insanlar hər zaman uyğun anlar barəsində düşünürlər və onun və bu düşüncənin təsirindən faydalanırlar
Nəql olunur ki, mərhum ayətullah Xansari hər neçə vaxtdan bir şeyx Abbas Quminin “axirət mənzilləri” kitabını mütaliə edərmiş. 
Həmçinin nəql olunur ki, ayətullahul-üzma hacı ağa Huseyin Qumi bəzən Camieyi-kəbirə ziyarətini oxuyar və onun savabını həzrət Əzrailə hədiyyə edərmiş ki, ölüm zamanı onunla asan davransın. Doğrudur, böyük şəxsiyyətlər həmişə ölüm barəsində nigaran olar və öz xeyir əməllərini az, dəyərsiz hesab edərmişlər, lakin eyni zamanda böyük şəxslərin ömür sonunda yaşadıqları anları mütaliə etdikdə onların canvermə zamanı aram, razı olduqları və Allah tərəfindən qəbul olunduqları müşahidə olunur. 

Mərhum Ayətullah Seyyid Əli Qazi

Ayətullah Kəşmiri buyurur: Canvermə zamanı özü öz bədəninə işarə edərək buyurdu: "Bu artıq gedir”. Həmçinin qüsl verilərkən üzü işıqlı və dodaqlarında təbəssüm var idi. 
Yenə də Ayətullah Kəşmiri buyurur: “Ölümündən sonra onun məqamının nə dərəcədə uca olduğunu bilmək istəyirdim. Yuxuda gördüm ki, ağa Qazinin qəbrindən göyədək bir nur yüksəlib. Bildim ki, onun məqamı çox yüksək imiş.” Onun nəvəsi seyyid Əbdül Huseyin Qazi ağa Qazinin ölüm hadisəsini belə açıqlayır: “O bir müddət xəstə idi. Bir gecə atama deyir ki, (o zaman atamın 20 yaşı var imiş) bu gecə yatma ayıq qal. Atam da məsələnin nədən ibarət olduğunu bilmir. Gecə yarı ağa Qazi oğlunu çağırır və özü üzü qibləyə uzanır, deyir: Mən ölüm halındayam. Oğluna tapşırır ki, həyat yoldaşını və digər uşaqları yuxudan oyatmasın və sübhədək onun başı üzərində oturub Quran oxusun. 
Atam deyir ki, düzdür, kimsə atasının ölüm halında olduğunu bilsə və bunu kiməsə deməsə onun üçün çox çətin olar. Lakin mən bu məsələni son dərəcə aramlıqla qəbul etdim və heç bir kəsə heç nə demədim, onun yanında oturdum. 
Ağa Qazi mənə dedi: Rahatlaşıram və bu rahatlıq ayaqlarım tərəfindən başlayıb və üzüyuxarı gəlir. Sonra buyurdu ki, yalnız qəlbim ağrıyır. Daha sonra buyurdu ki, üzümü ört. Mən də onun üzünü örtdüm və o dünyadan getdi. Mən heç bir nigaranlıq və iztirab olmadan sübhədək onun yanında oturub Quran oxudum. Sübh azanı oldu və ailə üzvləri gəlib nə olduğunu soruşdular. Mən də atanın dünyasını dəyişdiyini dedim. Evi ah-nalə səsi bürüdü. Mən yalnız bu zaman onun öz iradəsi ilə öldüyünü anlayıb, dərk etdim və atamın ölümündən çox təsirləndim.”

Ayətullah Seyyid Məhəmməd Kuh Kəmərei Höccət

Höccətül İslam Şeyx Əli Təhsibi həzrət ayətullah Hairidən belə nəql edir: mərhum ayətullah Seyyid Məhəmməd Kuh Kəməreinin ömrünün son anlarında onun yanında idim. Onun yaxınları da yığışmışdı. O böyük şəxs məndən su istədi. Onu su gətirdim və suya baxıb dedi ki, “Bu mənim dünyadakı son azuqəmdir.” 
Həmin vaxt ağanın halı dəyişdi. Gördüm ki, ağa qapıya tərəf baxır, çox diqqətlə həmin yerə baxırdı. Qəfil ayağa qalxıb oturdu və dedi: “Ey cəddim, ey Əmirəl-Möminin (ə), ey Əli (ə) nə üçün orada oturmusunuz? İçəri buyurun. 
Daha sonra bir işıq kimi söndü.

Ayətullah Behcət 

O mərhumun övladı deyir: Sübh namazını və bir neçə başqa namaz qıldıqdan sonra halının pisləşdiyini gördüm. Davamlı şəkildə “Əssəlamu Əleykum və rəhmətullahi və bərəkatuh” dediyini gördüm. Əvvəllər heç zaman belə etməzdi. Ona su qoşduq. Lakin halı yaxşılaşmadı. Xəstəxanaya aparmaq üçün lazım olan şeyləri toplamağa getdik. Lakin qayıtdıqda onun cavab vermədiyini gördük:

Ayətullah hacı Ağa Müctəba Tehrani 

Ağanın oğlu onun ömrünün son anları barəsində deyir: O bir qədər əziyyət çəkirdi və təkrar təkrar "ya Huseyin", "Ya Allah" zikrini deyirdi. Həyatının son gecəsi barəsində süd bacısından belə eşitdim: O həmin vaxt imam Rzaya (ə) salam verib və ətrafa, ətrafdakılara heç bir diqqət göstərməyib.

Əllamə Əmini 

Ömrünün son anlarında əllamənin dodaqlarını müqəddəs Kərbəla türbətinə bulaşmış su ilə isladırdılar və onun övladları (hacı şeyx Rza Əmini) Ədilə duasını və mütəvəssilin və mötəsimin minacatlarını oxuyurdu, əllamə də hüzn və qəmli bir halda gözlərindən yaş axıdaraq duaları təkrarlayırdı. 
O böyük insanın ömrünün son anlarında dediyi son sözlər bu oldu: Allahım, ölüm, canvermə halı mənə doğru gəlir. Mənə doğru nəzər et və salehlərə kömək etdiyində mənə də kömək et.” 
Bu duanı tamamladıqdan sonra Allahın dəvətinə ləbbeyk deyir və uca ruhu Allaha doğru yüksəlir. (“Müqəddəmətül-Ğədir” c.1, s. 122). 

Ayətullah Şeyx Məhəmməd Kuhestani (r) 

Ömrünün son günləri hər an ölmə bir qədər daha çox yaxınlaşdığı anlar, qorxu bütün vücudunu bürüdüyü bir zaman buyurur: Hökmən məni Məşhədə aparın, mən gərək imam Rzaya (ə) sığınam, pənah gətirəm. Cənazəni aparın pak hərəmin dövrəsinə təvaf etdirin və mən o həzrətə sığınım, pənah gətirim. Daha sonra harda istəsəniz dəfn edin. 
Ömrünün son günləri ölüm yatağında idi və heç bir gücü, qüvvəsi, təpəri qalmamışdı. Lakin buna baxmayaraq hər an Allahı yad edir, Onun zikri ilə məşğul olurdu. O həzrətin qızı belə nəql edir: 
Soruşdum: Ağacan ağzın ilə zikr deyə bilirsənmi? 
Buyurdu: “Allah şeytana lənət etsin, zikr demək istədikdə məni öskürək tutur. Lakin mən şeytanın ağzından vururam və hər nə cür olursa, olsun öz zikrimi deyirəm.” 
Hicri 1392 ci ilin rəbiül-əvvəl ayının 6-sı xəstəliyin şiddətindən ağanın huşu özündən getdi və bir həftə komada qaldı. O bu müddət ərzində bir-iki dəfədən artıq danışa bilmədi və bu bir-iki dəfədə qısa cümlələr dedi. Onun ömrünün son anlarında dediyi dəyərli sözlərdən biri də bu idi: “Yoxsa Allahın yolundan başqa yol var?!” 

Şeyx Məhəmməd Huseyin Zahid

Mərhum Şeyx Məhəmməd Huseyin Zahid ömrünün son anlarında canvermə dəqiqələrində belə buyurdu: Mən beş min insan tərbiyə etmişəm, o ətrafındakılara dedi: Məni ayağa qalxızın. Onu ayağa qalxızdılar. Daha sonra buyurdu: Əssəlamu Əleykə ya Əba Abdullah! Və həmin an yəni hicri qəməri 1372 ci ilin məhərrəm ayının 21-də dünyasını dəyişdi. 
Mərhum ayətullah Müctehidi belə buyururdu: O vəsiyyət etmişdi ki, mən öldükdən sonra cənazəmi tabuta qoyun və daha sonra səs-səmirsiz, hay-küy salmadan, elə bir iş görmədən ki, yol bağlansın, yolun bir kənarı ilə cənazəmi aparın. 
Lakin o vəfat etdikdən sonra insanlar dəstə ilə Came məscidindən İbn Babiveyhədək onun pak cəsədini piyada öz çiyinləri üzərində daşıdılar və bütün bazar onun vəfatına görə tətil olundu.

Nur-az.com


1488 بازدید