Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Dekabr 2014

Mövsüm Səmədovun səhhəti pisləşib

Qobustan həbsxanasında saxlanan Mövsüm Səmədov Qaradağ Rayon Məhkəməsinin 9 oktyabr qərarı ilə ora köçürülüb. 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin təqdimatına əsasən çıxarılan qərar məhbusun 2 il müddətinə qapalı həbsxana rejimində qalmasını nəzərdə tutur.

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov dekabrın 18-də “Media forum”a deyib ki, məhbusun həyat yoldaşı Mehparə Səmədova çox çətinliklə görüş ala bilib: “Onu uzun müddət gözlədib bir saat dəmir barmaqlıqlar arasından görüş verilib. Xanımı Mövsüm Səmədovun səhhətinin yaxşı olmadığını, ürək ağrılarının şiddətli hal aldığını bildirir. Qapalı rejim səhhətinə daha kəskin təsir edib. Vəkilinə müraciət etmişik ki, Mövsümün müalicə müəssisəsinə köçürülməsi üçün zəruri addım atsın”.<