Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Dekabr 2014

Ata-ana haqqı...

Ənkəbut surəsi, ayə 8: Biz insana valideyninə yaxşılıq etməsini tapşırdıq!

Əmirəlmöminin Əli (ə):
İnsan üçün ən böyük və mühüm ilahi vəzifə ata və anaya yaxşılıqdır. (Misanul-Hikmə; c. 10; səh. 709)

İmam Sadiq (ə):
İnsan üçün üç iş ən üstün işdir: Vaxtında namaz, ata-anaya yaxşılıq, Allah yolunda cihad. (Biharul-ənvar, c. 74; səh. 85)

Bir şəxs peyğəmbərdən (s) soruşdu: “Qoca atam və anam məni çox sevdiyindən cihada getməyimi istəmir. Mən nə edim?” Həzrət peyğəmbər (s) buyurdu: “Ata-ananın yanında qal. And olsun həyatım əlində olana! Onlarla bir gün xoş ünsiyyət sənin üçün bir il cihaddan üstündür. (Cihad iki qisimdir: Vacibi-eyni və vacibi-kifayi. Hədisdə vacibi-kifayi cihad nəzərdə tutulur. Bu elə bir cihaddır ki, cəbhənin ehtiyacı ödənəndə başqalarının iştirakı vacib olmur; Biharul-Ənvar; c. 74; səh. 52)

İbn Məsud deyir: Həzrət peyğəmbərdən soruşdum ki, Allah nəzərində ən sevimli iş nədir? Həzrət buyurdu: “Vaxtında namaz, ata-anaya yaxşılıq, Allah yolunda cihad.” (Biharul-Ənvar, c. 74, səh. 70)

Həzrət Peyğəmbər (ə):
Ata-anaya mehriban baxış müqabilində saleh övlada kamil Həcc savabı verilər...Soruşurlar ki, əgər gündə 100 dəfə belə baxsa necə? Həzrət buyurur: Bəli, Allah ən böyük və ən pakdır, hər baxışa savab yazar. (Biharul-ənvar; c. 74; səh. 73)

İmam Riza (ə):
Allah-taala buyurur ki, üç iş başqa üç işlə yanaşı yerinə yetirilsin. Namaz zəkatla, Allaha şükür ata-anaya təşəkkürlə, təqva sileyi-rəhimlə. Zəkat verməyənin namazı qəbul olmaz. Ata-anasına təşəkkür etməyənin Allaha şükrü yazılmaz. Sileyi-rəhim etməyən insanın təqvası məqbul deyil. (Biharul-Ənvar; c. 74; səh. 77)

İmam Sadiq (ə):
Müsəlman ata-anaya yaxşılıq bəndənin ləyaqət nişanəsidir. Heç bir ibadət ata-anaya ehtiram kimi insanı Allaha tez yaxınlaşdırmaz. (Biharul-Ənvar; c. 74; səh. 77)

Həzrət Peyğəmbər (s):
Ata-ana və Allaha müti olan bəndə qiyamət günü ən üstün məqama çatar. (Kənzul-Ummal; c. 16; səh. 467)

Həzrət Peyğəmbər (s):
Ata-ananın niyyətinə Həccə gedən və ya onların borcunu ödəyən kəsi Allah qiyamət günü salehlərlə məhşur edər. (Kənzul-Ummal; c. 16; səh. 468)

Həzrət Peyğəmbər (s):
Ata-anasını razı salan Allahı razı salıb. Ata-ananı qəzəbləndirən Allahı qəzəbləndirib. (Kənzul-Ummal; c. 16; səh. 470)

İmam Sadiq (ə):
Həzrət Musa minacata məşğul ikən naz-nemət içində yaşayan bir şəxs haqqında sual verdi. Allah-taala buyurdu: O ata-anasına qarşı xeyirxah olub, heçvaxt xəbərçilik etməyib. (Biharul-Ənvar; c. 74; səh. 65)

Həzrət Peyğəmbər (s):
İki il yol get, ata-anana yaxşılıq et, bir il yol get sileyi-rəhm yerinə yetir. (Yəni ata-ana iki illik yol uzaqlıqda olsa da onlara yaxşılıq üçün bu yolu get; Biharul-Ənvar; c. 74; səh. 83)

Həzrət Peyğəmbər (s):
Ömrünün uzun, ruzisinin bol olmasını istəyən insan ata-anasına yaxşılıq etsin, sileyi-rəhim yerinə yetirsin. (Kənzul-Ummal; c. 16; səh. 475) Hənnan ibn Sudeyr deyir: İmam Sadiqin (ə) yanında olduğum zaman Muyyəsir də orada idi. Qohumlarla əlaqədən söz düşdü. İmam buyurdu: Ey Muyyəsir, bir neçə dəfə əcəlin çatsa da sileyi-rəhim əməlinə görə Allah əcəlini təxirə salıb. Uzun ömür istəyirsənsə ata-anaya yaxşılıq et. (Biharul-Ənvar; c. 74, səh. 84)

İmam Sadiq (ə):
Bir şəxs peyğəmbərdən (s) soruşdu ki, kimə yaxşılıq edim? Həzrət buyurdu: Anana! Həmin şəxs bu sualı təkrarlayaraq, daha kimlərə yaxşılıq etməli olduğunu soruşdu. Həzrət anaya yaxşılığı təkidlə vurğulayıb sonda ataya yaxşılığı tövsiyə etdi. (Biharul-Ənvar, c. 74; səh. 49)

Həzrət Peyğəmbər (s):
Atanıza yaxşılıq edin ki, övladlarınız sizə yaxşılıq etsin. Başqalarının qadınlarına baxmayın ki, sizin də qadınlarınıza baxmasınlar. (Kənzul-Ummal; c. 16; səh. 466)

İmam Kazim (ə):
Bir şəxs peyğəmbərdən (ə) soruşdu ki, atanın övlad üzərində haqqı nədir? Həzrət buyurdu: Atanı adı ilə çağırmasın, yolda ondan qabaqda getməsin, atadan qabaq əyləşməsin, bir iş görməsin ki, camaat onun atasını söysün. (Biharul-Ənvar; c. 74; səh. 45)

Həzrət Peyğəmbər (s):
Övladın ata-anaya mehriban baxışı ibadətdir. (Biharul-Ənvar; c. 74; səh. 80)

Əbi Vəllad deyir: İmam Sadiqdən (ə) valideynə yaxşılıq ayəsi haqqında soruşdum. İmam buyurdu: Ata-anaya ehsan odur ki, onlara yaxşılıq edəsən, ehtiyacları olan şeyi səndən istəmələrini gözləməyəsən. (Biharul-Ənvar; c. 74; səh. 74)

İmam Sadiq (ə):
Ata-anana yalnız mehribanlıqla bax, səsini onların səsindən yuxarı qaldırma, yolda onlardan qabağa düşmə...(Biharul-Ənvar; c. 74; səh. 79)

İmam Sadiq (ə):
İnsana mane olan nədir ki, dünyada olan və ya dünyadan köçmüş ata-anasına yaxşılıq etmir, onların niyyətinə namaz qılmır, sədəqə vermir, Həccə getmir, oruc tutmur?! Əgər bu işləri görsə onun özünə də savab çatar və Allah-taala xeyir işləri və namazına görə ona böyük savab əta edər. (Biharul-Ənvar; c. 74; səh. 46)

İmam Baqir (ə):
Allah üç işi tərk etməyə icazə vermir. Yaxşı və ya pis adamın əmanətini çatdırmaq, yaxşı və ya pis adamla əhd-peymana əməl etmək, yaxşı və ya pis ata-anaya ehsan etmək. (Biharul-Ənvar; c. 74; səh. 56)

İmam Riza (ə) Məmuna yazır: Ata-ana müşrik və kafir olsa belə onlara yaxşılıq etmək vacibdir. Amma günah işdə onlara itaət olunmamalıdır. (Biharul-Ənvar; c. 74; səh. 72)

İmam Riza (ə):
Həzrət peyğəmbər buyurur ki, ata-anaya yaxşılıq et, mükafatın behiştdir. Onların üzünə ağ olsan yerin cəhənnəm olacaq. (Üsuli-Kafi; c. 2; səh. 348)

İmam Sadiq (ə):
Əgər Allah-taala “uf” sözündən kiçik etiraz olsaydı ata-ana ilə ünsiyyətdə onu qadağan edərdi. Ata-anaya sərt baxış da ağvalideynlik sayılır. (Üsuli-Kafi; c. 2; səh. 348)

İmam Sadiq (ə):
Allah-taala ata-anası zülm etdiyi üçün onlara nifrətlə baxan övladın namazını qəbul etməz. (Üsuli-Kafi; c. 4; səh. 50)

Əmirəlmöminin Əli (ə):
Ata-anasını pərişan edən insan ağvalideyn olub. (Biharul-Ənvar; c. 74, səh. 64)

İmam Sadiq (ə):
Atam bir oğlanın atasına söykənərək yol getdiyini gömüşdü. Buna görə həmin oğlanla danışmazdı. (Biharul-Ənvar; c. 74; səh. 64)

İmam Sadiq (ə):
Üç şəxslə yola getməyən insan xar olar: ata, həqiqi hakim, borclu şəxsəh.

Həzrət Peyğəmbər (s):
Ağvalideynlikdən çəkinin! Behiştin ətri 1000 illik yoldan hiss olunsa da ağvalideyn və sileyi-rəhim etməyən insan bu ətri duymaz. (Biharul-Ənvar; c. 74; səh. 62)

İmam Sadiq (ə):
Ağvalideyn, şərabxor və xeyir iş görüb minnət qoyan şəxs behiştə daxil olmaz.

Həzrət Peyğəmbər (s):
Qiyamət günü Allah-taala üç zümrəyə mərhəmət nəzəri salmaz. Ağvalideyn, minnət qoyan, qəza-qədəri inkar edən və şərabxor. (Biharul-Ənvar; c. 74; səh. 71)

Həzrət Peyğəmbər (s):
Üç günahın cəzası qiyamətə qlmaz. Ağvalideyinlik, xalqa zülm, nankorluq. (Biharul-Ənvar; c. 74; səh. 74)

İmam Sadiq (ə)
Ağvalideynlik havanı qaraldan günahlardandır. (Biharul-Ənvar; c. 74; səh. 74)

Nur-az.com


1340 بازدید
در حال ارسال اطلاعات...