Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

Böyük Ariflərin ölüm anlarında baş verənlər (2)

Ağa Şeyx Murtəza Zahid

O ömrünün son anlarında üç dəfə üfürür və dünyasını dəyişir. Alimlərdən biri o mərhumu yuxuda görür və soruşur: Doğru deyirlər ki, siz ölüm anında üç dəfə üfürmüsünüz? Şeyx buyurur: Bəli. Soruşur: Nə üçün? Şeyx deyir: Dünyaya, onun gözəlliklərinə və ondakı fəxr amillərinə üfürdüm. 

Mərhum ayətullah Seyyid Əhməd Xansari

Mərhum ayətullahul-üzma hacı Seyyid Əhməd Xansari oxşarsız ruhanilərdən idi. O dünyasını dəyişərkən, həyatının son anlarında belə buyurur: dünyadan gedirəm, lakin əlim boşdur. Əlbəttə bir şeyə ümidim var və o imam Huseynə (ə) tökdüyüm göz yaşlarıdır.
Onun ailəsi belə buyurur: Bir gün onun yatdığı otaqdan səs gəldiyini, söhbət etdiyini eşitdim. Öz-özlüyümdə dedim: İlahi, axı otaqda kimsə yox idi?! Yaxud da o telefonla zəng etmədi. Bəlkə bizim diqqətimiz olmayıb onu sevənlərdən kimsə qapını açıq otağa daxil olub. Daha sonra mane olmaq istəmədim və otağa daxil olmadım. Bir qədər sonra isə səs kəsildi.
Mən özüm belə ölümləri çox görmüşəm. Bir neçə nəfər can verəndə onların başı üzərində olmuşam. Hələ də gözümün qabağındadır, söhbət edirdilər. Dünyadan köçdükləri an söhbətləri kəsildi.
Ailəsi belə deyirdi: Mən daha sonra gedib otağın qapısını açdım və gördüm ki, heç kim yoxdur. Soruşdum: Ağa, özünüzlə danışırdınız? Buyurdu: Yox, burda bir kəs var idi. Dedim: Kim idi? Buyurdu: Ölüm mələyi. Sonra mən soruşdum. Bəs siz necə dirisiniz? Buyurdu: mən ona dedim ki, məni aparmaq üçün gəlmisənmi? Dedi: xeyr, sənə baş çəkməyə gəlmişəm. Gələn həftə gələcəm səni aparmağa.
Ailəsi deyir ki, onun ölümdən bir həftə, özündə olmadığı halda Ədilə duasını oxuyurdu. Zamanı elə nizamlamışdı ki, ölümdən öncə 12 min dəfə “la ilahə illallah” desin və son zikrini deyəndən sonra dünyadan getsin.
Bu la ilahə illallah zikrinə başlamamışdan öncə ailəsinə demişdi: Mənim dünya malından tək bir şeyim bu kiçik xalçadır, onu satın və və pulunu bir şəxsə verin ki, mənim üçün namaz qılıb, oruc tutsun.

Ayətullah Brucərdi

Ayətullah Seyyid Məhəmməd Huseyin Ələvi Brucərdi “Həzrət ayətullahül üzmə Brucərdinin xatirələri” kitabında belə yazır:
Onun halının yaxşı olmadığını bilirdim. Xüsusi ilə cənab doktor Nəbəvi ilə telefon danışığından sonra və profesor Morisin, həmçinin fransalı həkimin onun yaxşılaşmasına naümid olmalarından sonra istəyirdim ki, bir daha ələ gəlməyəcək qısa fürsətdə mümkün qədər yaxşı istifadə edəm və onun cazibəli çöhrəsinə tamaşa edib, gözəl kəlmələrini eşitməklə özüm üçün bir azuqə toplayam.
Bəli, həmin gecə, gecə yarıyadək onun yanında oturdum. Daha sonra onun özünün və başqalarının təkid etməsindən sonra istirahət üçün bir neçə saatlıq öz evimə getdim və həkimlərin mənə verdiyi dərmanları istifadə etdikdən sonra bir neçə saat istirahət edə bildim.
Həftənin dördüncü günü yuxudan qalxdım. Sübh namazını qıldıqdan sonra özümü ağanın evinə çatdırdım. Hələ gün çıxmamışdı. Gördüyüm ilk şəxsdən ağanın halını soruşdum və o ümidvar olduğunu bildirdi. O namazını təzə başa vurmuşdu. Mən otağa daxil oldum.
Onu müalicə edən həkimlər yanında idilər. Bir neçə kəlmə cənablarla söhbət etdi və daha sonra soruşdu ki, bu gün neçənci gündür? Dedik ki, həftənin dördüncü günüdür. Buyurdu: cümə axşamı? Halının pisləşdiyi son iki-üç gündə təkrar-təkrar soruşurdu ki, cümə axşamı nə vaxtdır?
Həmin gecə ailəsi onun yanına gəldikdə deyir ki, mənim bir kəfənim var onun arasında bir şey qoymuşam. İndi ona ehtiyacım var və təkidlə istəyir ki, kəfəni gətirsinlər. Çox israr etdiyi üçün kəfəni tapıb gətirirlər. Kəfəni açır, sonra, güman ki, bir qədər türbət onun arasına qoyur və yenidən kəfəni ailəsinə verir və deyir ki, bunu əl altına qoyun. Çünki sabah sübh yenidən onunla işim var. Elə bir yerə qoymayın ki, sabah ehtiyac olanda zəhmətə düşəsiniz.
Sabah sübh onun yanına bir stəkan çay qoydular, qəfil halı pisləşdi, üzünün rəngi qaçdı, iztiraba düşdü. Həkimlər sürətlə işə başladılar və ürək masajı və digər işlərlə onu yaxşılaşdırmağa çalışdılar, lakin təəssüf ki, bunların təsiri olmadı.
O böyük şəxsin dediyi son cümlə belə idi: Onun onu xilas etmək üçün çalışmaqda olan həkimlərə və ətrafdakılara müraciət edərək buyurdu: “Ölümdür, Ölüm ... işiniz olmasın.” Ya Allah, la ilahə illallah ...” bu cümləni üç dəfə təkrarladıqdan sonra nurlu gözləri ahəstə şəkildə bağlandı, dodaqları yumuldu, qəlbi dayandı. O izzətli və dəyərli cismi hərəkətsiz oldu. Ömrünün parlaq günəşi qürub etdi. Pak ruhu əbədi dünyaya yola düşdü, Rəbbinin və məsum imamların yanında sakin olsun. ... Allah rəhmət etsin.

Nur-az.com


1136 بازدید
در حال ارسال اطلاعات...