Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

Həzrət Peyğəmbər və İmam Həsənin şəhadəti...

Həzrət Peyğəmbər (s) və İmam Həsənin (ə) şəhadəti Həzrət Peyğəmbər həccətul-vida (son həcc) səfərindən qayıtdıqdan sonra Üsamə ibn Zeydin komandanlığı altında qoşun hazırlayıb Şama, din düşmənləri üzərinə göndərdi. Həzrət öz həyatının son günlərini yaşadığını bildiyindən həzrət Əlinin (ə) Qədire-Xumda elan olunmuş canişinliyinə müxalifəti zərərsizləşdirmək üçün mühacir və ənsarları, eləcə də, Əbu-Bəkr, Ömər və Əbu-Übeydəyə Üsamənin qoşunu ilə getmək əmri verdi. Həzrət istəyirdi ki, bu adamlar onun vəfatı zamanı Mədinədə olmasınlar. Amma tarixçilərin yazdığına görə, adı çəkilən şəxslər həzrətin göstərişindən çıxıb, Üsaməyə qoşulmadılar. Həmin günlərdə həzrət xəstələndi, əvvəlcə Ümmü-Sələmənin, sonra isə A