Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Dekabr 2014

Həzrət Peyğəmbər və İmam Həsənin şəhadəti...

Həzrət Peyğəmbər (s) və İmam Həsənin (ə) şəhadəti Həzrət Peyğəmbər həccətul-vida (son həcc) səfərindən qayıtdıqdan sonra Üsamə ibn Zeydin komandanlığı altında qoşun hazırlayıb Şama, din düşmənləri üzərinə göndərdi. Həzrət öz həyatının son günlərini yaşadığını bildiyindən həzrət Əlinin (ə) Qədire-Xumda elan olunmuş canişinliyinə müxalifəti zərərsizləşdirmək üçün mühacir və ənsarları, eləcə də, Əbu-Bəkr, Ömər və Əbu-Übeydəyə Üsamənin qoşunu ilə getmək əmri verdi. Həzrət istəyirdi ki, bu adamlar onun vəfatı zamanı Mədinədə olmasınlar. Amma tarixçilərin yazdığına görə, adı çəkilən şəxslər həzrətin göstərişindən çıxıb, Üsaməyə qoşulmadılar. Həmin günlərdə həzrət xəstələndi, əvvəlcə Ümmü-Sələmənin, sonra isə Aişənin evində yataq xəstəsi oldu. Müsəlmanlar həzrətin görüşünə gəlir və o da görüşə gələnlərə nəsihət verirdi. Həzrət xüsusi ilə öz itrəti, ailəsini müsəlmanlara tapşırırdı. 

Məcburi sülh hadisəsindən sonra İmam Həsən (ə) Kufəni tərk edib Mədinəyə qayıtdı. Muaviyənin göstərişi ilə İmam Həsənin qaynatası öz qızı Cödəyə İmamı (ə) zəhərləndirməyə məcbur etdi. Beləliklə də hicri 50-ci ildə (təqribən miladi 670-ci il) İmam Həsən (ə) 47 yaşında ikən xanımı tərəfindən zəhərləndirilərək şəhadətə yetirildi. İmam Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) mübarək cənazəsini babasının yanında dəfn etmək istədi. Ancaq peyğəmbərin xanımı Aişənin başçılıq etdiyi bir dəstə bunun qarşısını aldı. İxtilafları dərinləşdirməmək üçün İmam Hüseyn (ə) qardaşını Mədinənin Bəqi qəbirstanlığında dəfn etdi.


1505 بازدید
در حال ارسال اطلاعات...