Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli?

Bu gün azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, hökumət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Əlbəttə, bu, hökumətlər tərəfindən bir mərhəmət deyil. Onlar azadlığı təmin etməyə borcludurlar. Bu, onların vəzifəsidir.
“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir agah və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməli və almalıdır. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Bunları öyrənmək la