Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2014

Azadlıq - verilməli, alınmalı, yoxsa öyrənməli?

Bu gün azadlıq məsələsi çox müzakirə olunur. Bəzən deyirlər ki, azadlıq verilmir, alınır. Mən deyirəm azadlıq həm verilir, həm alınır, həm də öyrənilir. “Azadlıq verilir” nə deməkdir? Bu o deməkdir ki, hökumət məmurlarının təbii azadlıq haqqını, yəni qanuni azadlıqları heç kimdən almağa ixtiyarları yoxdur. Əlbəttə, bu, hökumətlər tərəfindən bir mərhəmət deyil. Onlar azadlığı təmin etməyə borcludurlar. Bu, onların vəzifəsidir.
“Azadlıq alınır” nə deməkdir? Yəni cəmiyyətdə hər bir agah və şüurlu insan öz azadlıq haqqı və hüdudları ilə tanış olmalı, onları tələb etməli və almalıdır. “Azadlıq öyrənilir” nə deməkdir? Yəni azadlığın mədəniyyəti və qayda-qanunları var. Bunları öyrənmək lazımdır. Azadlıq mədəniyyəti və qaydaları olmadan bu böyük nemət heç kəs üçün, heç bir cəmiyyət üçün lazımi həddə mövcud olmayacaq. Əgər cəmiyyətdə azadlıq qaydaları olmasa və insanlar bundan istifadə qaydasını öyrənməzsə, heç şübhəsiz, fəal, çalışqan və öncül bir cəmiyyət üçün zəruri olan azadlıq əldən veriləcək. İslam nöqteyi-nəzərindən bu, bir cəmiyyət üçün faciədir. Azadlığın əldən çıxması faciədir.
İslamda hər növ avtoritarizm və diktatura – fərdi, yaxud ictimai diktatura (ictimai diktatura da fərdi diktatura kimidir, partiya diktaturası da belədir, bəzən bundan da pisdir), yəni bir nəfərin öz nəfs istəkləri əsasında xalqa hakimiyyəti ələ alması qəbuledilməzdir. Bu, hər hansı bir yerdə görünsə faciədir. Əgər azadlıqla davranmaq qaydalarını və mədəniyyətini bilməsək, belə olacaq. Bəziləri də məhz belə olmasını istəyir.
Bəziləri istəmir ki, biz azadlıq mədəniyyəti ilə tanış olaq, onlar da aranı qarışdırıb, xalqda güclü bir müstəbidə meyl yaratsınlar. Bəzi cəmiyyətlərdə hərc-mərclik, nizam-intizamsızlıq və iğtişaşlar elə bir həddə çatır ki, xalq güclü despotun meydana çıxıb nizam-intizam yaratmasını arzulayır. Bəziləri cəmiyyəti sözügedən vəziyyətə aparmaq istəyirlər: azadlıqdan ən pis və yanlış şəkildə istifadə edir, xalqın imanı, duyğuları və düşüncələri ilə, cəmiyyətin ehtiyacları ilə oynayıb, onu təlatümə gətirirlər. Bunlar azadlığın düşmənləridirlər. Azadlığı bədnam etmək olmaz. Azadlıqdan süngü düzəldib, onun əsil keşikçilərinin sinəsini hədəfə almaq olmaz. Azadlıqla oynamaq olmaz. Azadlığı vasitəyə çevirib, onun mədəniyyətinə əsla tabe olmayan şəxslər azadlığa zərbə vururlar. Onlar azadlıq tərəfdarı deyillər, azadlığa xəyanət edirlər. Azadlıq qanunları pozmaq və İslam Respublikası sisteminin kökünə balta çalmaq üçün vasitə edilməməlidir! Dünyanın şərq və qərbində heç bir quruluş, onun kökünü kəsmək istəyənlərə hörmət etmir. Amma İslam Respublikası bu hörməti etdi. Uzun müddət bəzi şəxslər azadlıq adı altında xalqın imanına və müqəddəsliklərinə istədiklərini etdilər. İslam Respublikası isə hər hansı səbəbə görə susdu, hakimiyyət dözdü və hörmət göstərdi.

Ayətullah Seyid Əli Xamenei