Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2014

Haqsızlığa, yalana, zülmə etiraz edə bildimmi?

Həyatınızda nə dəyişdi?

Addım-addım, asta-asta 2015-ci ilə qədəm qoyuruq. 2014-cü ili yaşaya bildikmi? Təfəkkürümüzdə nə dəyişdi? Həyatımıza hansı yeniliyi qata bildik? Suallar çoxdur. Qısa cavab isə bundan ibarətdir ki, acından ölmədik. Hələ qəbiristanlıqda yox, evimizdə yatırıq. Bəli, biz ölmədiyimizə görə şükr edənlərdənik. Həm də müvəqqəti ölmədiyimiz üçün şükr edirik.

Yenə kasıblığa vərdiş etmiş camaatımız Şaxta baba, Qar qız ilə şəkil çəkdirəcək, yenə adamlar xoşbəxtliyin kölgəsində dincələcəklər. Beləcə yeni ilə qədəm qoyub, ənənəvi yaşayışımıza sədaqətli olacağıq.

Nə ölkədəki problemlər, nə günahsız insanların zindan həyatı, nə də eşitdiyimiz yalanlar bizi narahat etməyəcək.

Bəzən eşidirik ki, adamlar ötən ilin düşərli olmasından danışırlar. Biri maşın almasına görə, biri mənzilini təmir etdirdiyinə görə, biri də Türkiyədə istirahətə getdiyi üçün ili düşərli sayır. Biz ötən ili dəyərləndirəndə düşüncəmizdəki, təfəkkürümüzdəki, dünyaya baxışımzdakı dəyişikliyi yox, özümüzə transfer etdiyimiz maddi “məhsul”lara istinad edirik.

Bu ölkədə yeni ilə keçid nə qədər insan üçün yolka qurmaq, şar şişirtmək və doyunca kabab yeməklə əlamətdardı. Informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə biz internet vasitəsilə yemək reseptləri axtarmaqla kifayətləndik. Dünyada və ölkədə baş verənlər bizi qətiyyən maraqlandırmadı. Təhsilin, səhiyyənin, hüququn, iqtisadiyyatın acınacaqlı vəziyyəti, hansısa müğənninin mənzilindəki çal-çağırın cazibəsində itdi.

Biz ötən ili pisliklərə, yalanlara, yaltaqlıqlara, qanunsuzluqlara boyun əyərək yola salırıq. Əslində, biz 20 ildir ki, yeni ilə qədəm qoya bilmirik. Təqvim olaraq yeni ilə keçsək də, mənən h